Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3399/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında bir uşağa görə 300 (üç yüz) manat alimentin ödənilməsi tələbinə əsasən 06 iyun 2024-cü il tarixinədək yığılmış 1200 (min iki yüz) manat gecikdirilmiş borcun ödənilməsini və barışıq sazişi üzrə hər ayın 15-dən 29-na kimi olan 300 (üç yüz) manat məbləğin tam ödənilməsi barədə Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında bir uşağa görə 300 (üç yüz) manat aliment tələbi iləmaraqlı şəxs ödəməyə razılıq vermişdir və həmin alimentin ödənilməsini öz üzərinə öhdəlik götürmüşdür. Lakin qarşı tərəf Barışıq sazişi üzrə 1 dəfədə ödəniş etməyib, digər aylar üzrə üzərinə götürdüyü öhdəliyə də əməl etməyərək sazişin tələblərini pozmuşdur. Belə ki, hazırki tarixə öhdəlik götürən tərəfin qarşı tərəfə 4 ay daxil olmaqla 1200 (min iki yüz) manat borcu qalmaqdadır. Daha sonra ərizəçi iddia tələbinin həcminin azaldılması və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən yalnız barışıq sazişinin 1.3-cü bəndinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin alimentə dair bəndinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında ərizəyə etirazı olmadığını bildirərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Tərəflər Ərizəçi və Maraqlı şəxs arasında 10 saylı Mediasiya təşkilatında bağlanmış 26 yanvar 2024-cü il tarixli MŞB/10/2024-00022 saylı barışıq sazişinin şərtlərindən görünür ki, 1.1 Tərəflər razılaşırlar ki, Bakı şəhəri Səadət Sarayında xx.xx.2014-cü il tarixində aralarında bağlanmış nikaha xitam verilsin. 1.2 Tərəf- Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. 1.3 Tərəf- Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 300 manat aliment ödəməyə razıdır və həmin məbləği fevral ayından başlayaraq hər ayın 15-dən 29-dək uşağın anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür 1.4 Ərizəçi bəyan edir ki, birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 atası – Maraqlı şəxs ilə həftə sonu şənbə və bazar günləri istənilən vaxt uşaqla görüşə bilər və bununla bağlı heç bir etirazı yoxdur. Sazişin 5-ci bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 7-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1416/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında 14 oktyabr 2014-cü il tarixdə Səadət sarayı Bakı nikah evində 1761 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət olunmuşdur. Tərəflər mediasiya prosesində uşaqların kimin himayəsində saxlanılması və aliment ilə bağlı məsələdə barışıq əldə etmişdirlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü aliment öhdəliyini icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı, X4 ilə X3 ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1.3-cü maddəsi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1.3-cü maddəsi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: 1.3 X5 bəyan edir ki, bir uşağa görə 300,0 manat aliment ödəməyə razıdır və həmin məbləği fevral ayından başlayaraq hər ayın 15-dən 29-dək uşağın anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3399/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3399/2024
20.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver