Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-34/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı X9, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X9 cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m. sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Cavabdeh ilə "xxxx" MTK-nın sədri X15 arasında xx.xx.2013-cü ildə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavlənin və eyni tarixli maliyyə arayışının etibarsız sayılması, Cavabdeh ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın sədri X15 ilə iddiaçı arasında xx.xx.2013-cü ildə bağlanılmış “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə görə ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzili 48000 manata almışdır və bu barədə iddiaçıya maliyyə arayışı da verilmişdir. Lakin "xxxx" MTK müqavilə şərtlərinə əməl etməmiş, vaxtında iddiaçıya təmir etdirmək üçün şərait yaratmamış, buna müxtəlif bəhanələr gətirirdirlər. Uzun get-gəldən sonra mənzilin digər şəxsə satılması barədə məlumat aldı və bununla bağlı mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı həmin MTK-nı məhkəməyə vermişdir. İddiaçının mənzilində qeyri-qanuni yaşayan şəxs Cavabdeh da müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi "xxxx" MTK-ya və iddiaçıya qarşı iddia ilə məhkəməyə müraciət edərək istifadəsində və mülkiyyətində olan mübahisəli mənzilə dair iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli “müqavilənin etibarsız hesab edilməsi” və gələcəkdə mənzilə dair heç bir maneəçilik olmaması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 noyab 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 2 ünvanında "xxxx" MTK ünvanında inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X16 təhvil verilməsi vəzifəsinin cavabdeh “Yeni ünvan 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov – sədrlikedən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş № 2(103)-907/19) üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı (sədrlik edən hakim A.İskəndərov) ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 fevral 2019-cu il tarixli, 2(103)- 907/19 saylı qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmişdir ki, ilkin iddiaçı Ə.Müzəffərovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair hər hansı mübahisə yoxdur. Bu həqiqətən də belədir. Çünki iddiaçı mənzili onun əvvəlki sahibi olan, mənzillə bağlı xx.xx.2008-ci il tarixdə MTK ilə müqavilə bağlanmış X7 xx.xx.2013-cü ildə almışdır və bu faktı qeyd edilən məhkəmə iclasında "xxxx" MTK-nın nümayəndəsi də izahatında təsdiq etmişdir. "xxxx" MTK-nın nümayəndəsinin qeyd edilən məhkəmə iclasına etiraf etdiyi kimi, mübahisəli mənzili Cavabdeh MTK-nın əməkdaşları satmışlar. Ona görə də iddiaçının iddiası əsaslı, 3-cü şəxsin iddiası isə əsassızdır. Cavabdeh iddiaçının mənzilini qeyri-qanuni zəbt etməsi ilə bağlı şikayətinin əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanıda Korrupsiyaya qarşı Mübairzə Baş İdarəsinin İstintaq İdarəsində MTK-nın rəhbərliyi barədə aparılan cinayət işi üzrə iddiaçı xx.xx.2018-ci il tarixdə mülki iddaçı kimi tanınmış və prokurorluğun xx.xx.2018-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokoluna əsasən mübahisəli mənzilə dair "xxxx" MTK-dan yalnız iddiaçının adına olan müqavilə və maliyyə arayışının əsilləri ekspertiza keçirilməsi götürülmüşdür. Göstərilənlər həmçinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, ********* saylı məktubun məzmunu ilə də təsdiqini tapır. Belə ki, həmin məktubda göstərilmişdir ki, "xxxx", “Yüksəliş-C” və “Badu-Kübə” tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci naddələri ilə ********* №-li cinayət işi istintaq olunur. İstintaq zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK tərəfindən ünvan 6 ünvanında inşa olunmuş binada yerləşən 2 otaqlı, 106,5 kv.metr sahəli 44 nömrəli mənzil MTK-nın rəhbərliyi tərəfindən ilkin olaraq xx.xx.2008 tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1, onun tərəfindən X2 sonra sonuncunun adına xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı tərtib edilmişdir. Həmin mənzili MTK-nın əməkdaşları həmçinin xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Cavabdeh satmışlar. Cinayət işi üzrə Cavabdeh xx.xx.2018-ci ildə zərərçəkmiş şəxs, X20 xx.xx.2018-ci ildə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışlar. Beləliklə də göründüyü kimi, mübahisəli mənzilin X3 faktı mübahisəsiz olduğu üçün onun iddiaçıya mənzil satması faktı da mübahisəsiz kimi qiymətləndirilməlidir. Çünki Cavabdeh adına olan müqavilə və maliyyə arayışı MTK-nın rəhbərliyinin imzası və MTK-nın möhürü ilə təsidiqlənsə də, faktiki olaraq mənzili ona rəhbərlik deyil, MTK-nın işçiləri geri tarixlə rəsmiləşdirməklə satmışlar ki, bu da qanuna uyğun olmamışdır. Məntiqli və qanunla mənzil X8 adına olması faktı mübahisəsizdirsə, Cavabdeh da mənzili MTK deyil, o satmalı idi. Lakin işin materiallarında görünür ki, MTK onun adına mənzilin ilkin alıcısı kimi müqavilə və maliyyə arayışı vermişdir ki, bu da işin faktiki hallarında uyğun deyildir. Həmçinin də iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə X8 xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli razılıq ərizəsinə istinad olunması faktı da onu təsdiq edir ki, mənzili faktiki olaraq MTK-nın sakini kimi ondan almışdır və deməli, bu mənzil X19 tərəfindən Cavabdeh satıla bilməzdi. Həmçinin də cavabdeh də X12 tanımır və ərizələrində mənzilin ona MTK tərəfindən satılmasını göstərir. İddiaçı tərəfindən cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmələrində baxılarkən ümid edirdi ki, məhkəmələr iddiasını təmin və Cavabdeh iddiasını da rədd edərkən sonuncunun adına olan xx.xx.2013-cü il tarixli müqavilənin bağlandığı andan qanunsuz olmasını qeyd etdikləri üçün həmin vaxt bununla bağlı iddia qaldırmağa zərurət yox idi. Belə ki, mənzilin iddiaçıya təhvil verilməsi nəticəsi Cavabdeh adına olan sənədlərin faktiki olaraq qüvvədən düşməsi anlamına gəlməyə əsas verirdi və bu sənədlər artıq heç bir hüquqi əhəmiyyət kəsb etməyəcəkdi. Yuxarıda qeyd edilən mülki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, üçüncü şəxs Cavabdeh qarşı isə hazırki işdə hər hansı tələb irəli sürülməmişdir Eləcə də, üçüncü şəxsin mübahisəli mənzilə dair hüquq müəyyən edən snədləri qüvvədədir və hazırki işdə mübahisələndirilməmişdir. X13 adına olmuş müqavilənin qanuniliyi mübahisələndirilmədiyi, iddiaçının isə mənzili məhz ondan almağını MTK tərəfindən və aparılan istintaqla müəyyən edilməyini, eləcə də xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışının tərtibindən sonra həmin mənzilin MTK-nın əməkdaşları həmçinin geri tarixlə xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Cavabdeh satılması da istintaq tərəfindən müəyyən edildiyinə görə sonuncuya iddiaçının mənzilinə dair hüquq müəyyən edən sənədlərinin qanunsuz olmasını mübahisələndirmək hüququndan istifadə edir və hesab edir ki, bu sənədlər qanuna uyğun olmadığı üçün etibarsız sayılmalıdır. Əvvəlki iddiasında məhkəmələr tərəfindən Cavabdeh adına iddiaçının mənzilinə dair verilmiş hüquq müəyyən edən sənədlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1 və 337.2 maddələrinin tələblərinə əsasən bağlandığı andan etibarsız əqd olmasına qiymət verdiyi üçün həmin qərarların hazırda ləğv edilməsinə baxmayaraq, hesab edir ki, sözü gedən sənədlərin qanuniliyini mübahisələndirilməyi üçün müddəti buraxmamış sayılmalıdır. Çünki iddiaçı məhkəmənin verdiyi hüquqi qiymətlərə müdaxilə edə bilməz. Əgər iddiaçı tələb irəli sürməsə də, məhkəmə qərarında üçüncü şəxsin müqaviləsini etibarsız saymışsa, bu məhkəmənin əslahiyyətində olan məsələdir və bu qərarın ləğv edilməsi iddiaçının hazırki tələblə müraciət etməyini məhdudlaşdıra, həm də tərəfindən iddia müddətinin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçının iddiası mülkiyyət hüquqları ilə bağlı olduğundan hazırki isə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən mübahisəli mənzilə Cavabdeh ilə "xxxx" MTK-nın sədri X15 arasında xx.xx.2013-cü ildə bağlanılmış “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və eyni tarixli maliyyə arayışı bağlandığı və verildiyi andan etibarsız sayılmalı, cavabdeh iddiaçının mənzilindən çıxarılmalı, mənzili boşaldılaraq iddiaçıya təhvil verilməli, Cavabdeh isə mənzilə görə kimlərə pul vermişsə, onlara qarşı da iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X20 iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X21 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, 2013-cü ilin dekabrın 30-da Mülayim adlı şəxsdən ev almışlar və orada Mülayim, onun həyat yoldaşı və atası iştirak edib. Onlar MTK-dan deyil mülki vətəndaşdan ev almışlar. Binanın qapısı həmişə bağlı olub və onları iki ilə yaxın binaya buraxmayıblar. 2017-ci ildə təsadüfən həyat yoldaşı ilə binanın qarşısından keçəndə binanın qapısının açıq olduğunu görüb ora yaxınlaşıblar. Komendat binada işığın yanmadığnı, liftin işləmədiyini və eyni layihə olduğunu bildirərək 5-ci mərtəbəyə çıxmağı bildirdi. Onlar həmçinin 7-ci mərtəbəyə də qalxdılar. Mənzilin qapısını açan olmadı, amma içəridən səs gəlirdi və evdə adam var idi. Sonradan anası, atası və həyat yoldaşı mənzilə gediblər və mənzilin qapısını açan xanım onları evdən çıxarmamaqlarını xahiş etmişdir. Binanın həyətində isə onlara bir neçə nəfər hədə-qorxu gəlib. Yaşadıqları evin şəraiti çox pisdir və evin nəm olması ilə əlaqədar uşaqları tez-tez xəstələnir. Onlar pulunu ödəyib ev alıblar, nəyə görə şəraiti yaxşı olmayan evdə yaşamalıdırlar ?. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etmiş və izahatında bildrimişdir ki, iddiaçıdan 9 ay əvvəl mənzil ona satılmışdır. MTK onun mənzili təmir etməyinə və mənzilə köçməyinə şərait yaratmışdır. O, Korrupsiya İdarəsində vəzifəli şəxsin də qəbulunda olmuş və ona mənzillə bağlı problemin olmadığı bildirilib. 2013-cü ilin may ayında müqavilə bağlamış, dəyərini ödəyib mənzili almışdır. O, mənzili təmir etdirmiş, yeni qapı düzəltdirmiş, necə olub ki, 9 ay ərzində Mülayim, həmçinin mənzili alanda iddiaçı mənzilə gəlib baxmamışdır? O, mənzilə köçəndə binanın heç bir şəraiti olmamışdır. Müqavilədə binanın tam hazır vəziyyətdə təhvil veriləcəyi göstərilmişdir, lakin bina yarımçıq şəkildə təhvil verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 01 may 2013-cü il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 girişi, 7 mərtəbəsində ümumi sahəsi 106,5 kv.m olan 2 otaqlı, 44 saylı mənzilin pay dəyərindən 32000 manat alıcı Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 01 may 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 44 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzilin ümumi dəyəri 32000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK ilə X20 arasında bağlanmış (addan ada dəyişir: 16 fevral 2008-ci il tarixli mənzil müqaviləsi və 30 dekabr 2013-cü il tarixli ərizi) 30 dekabr 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 44 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzilin ümumi dəyəri 48000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 30 dekabr 2013-cü il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 girişi, 7 mərtəbəsində ümumi sahəsi 106,5 kv.m olan 2 otaqlı, 44 saylı mənzilin pay dəyərindən 48000 manat alıcı X20 tərəfindən ödənilmişdir. İş materiallarında olan X20 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 30 dekabr 2013cü il tarixli ərizədə qeyd edilmişdir ki, X20 xahiş edir ki, o "xxxx" MTK-nın üzvlüyünə qəbul edilsin. Nizamnamə ilə tanış olmuşdur. Nizamnamənin bütün tələblərini yerinə yetirməyi, eləcə də vaxtında pay haqlarını ödəməyi öhdəsinə götürür. MMC-nin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yüksək mərtəbəli binasında sahəsi 106,5 kv.metr olan 2 otaqlı mənzil istəyir. İdarə Heyətinin qərarına uyğun olaraq "xxxx" MTK-da mənzil almağa razıdır. İş materiallarında olan X19 tərfindən "xxxx" MTK-ya ünvanlanmış 30 dekabr 2013-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu M.Xiyabani küçəsində inşa olunan binanın 1-ci giriş, 7-ci mərtəbə 106,5 kv.metr sahəsi olan 44 saylı mənzili ona məxsusdur. Hal-hazırda maddi ehtiyacı olduğundan mənzilini satmaq qərarına gəlmişdir. Xahiş edir ki, mənzili X9 adına sənədləşdirməyə köməklik göstərilsin. Mənzilin dəyəri kimi 54315 manat pulu almış və mənzilin sənədlərinin əslini təhvil vermişdir. İş materiallarında olan "xxxx" MTK ilə X19 arasında bağlanmış 16 fevral 2008-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 44 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzilin ümumi dəyəri 54315 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 16 fevral 2008-ci il tarixli, 29 aprel 2008-ci il, 24 sentyabr 2008-ci il, 14 oktyabr 2008-ci il, 11 noyabr 2008-ci il, 26 noyabr 2008-ci il, 07 dekabr 2008-ci il, 15 dekabr 2008-ci il və 06 yanvar 2009-cu il tarixli Maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 girişi, 7 mərtəbəsində ümumi sahəsi 106,5 kv.m olan 2 otaqlı, 44 saylı mənzilin pay dəyərindən 54315 manat alıcı X19 tərəfindən ödənilmişdir. İş materiallarında olan X19 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 16 fevral 2008-ci il tarixli ərizədə qeyd edilmişdir ki, X19 xahiş edir ki, o "xxxx" MTK-nın üzvlüyünə qəbul edilsin. Nizamnamə ilə tanış olmuşdur. Nizamnamənin bütün tələblərini yerinə yetirməyi, eləcə də vaxtında pay haqlarını ödəməyi öhdəsinə götürür. MMC-nin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yüksək mərtəbəli binasında sahəsi 106,5 kv.metr olan 2 otaqlı mənzil istəyir. İdarə Heyətinin qərarına uyğun olaraq "xxxx" MTK-da mənzil almağa razıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2(004)-740/2020 saylı mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X15 və X14 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: X20 və qeyrilərinin irəli sürmüş olduqları iddia tələbləri baxılmamış saxlanılmış və onlara, həmçinin həmin iş üzrə iddia tələbləri irəli sürməyən digər zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanın ödənilməsinə dair və həmçinin əldən çıxmış fayda ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbləri ilə təqsirləndirilən şəxslər X15 və X17, həmçinin digər şəxslərə qarşı müvafiq məhkəməyə müraciət etmək hüquqları olduğu izah edilmişdir. Bundan əlavə hökmdə qeyd edilmişdir ki, “... X4 Habil Məmməd oğlu ilə 2 otaqlı, 106,5 m2 sahəli 44 №-li mənzili 16 fevral 2008-ci il tarixli müqavilə ilə X5 və mənzilin dəyəri tam ödənildiyi halda, 2013-cü ilin aprel ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını Cavabdeh Habil Fətəliyevlə birlikdə yalandan bildirib, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi 1 may 2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavabdeh satılması adı ilə ondan həmin tarixdə binanın həyətində yerləşən ofis otağında 35.000 (otuz beş min) manat məbləğində pulu Habil Fətəliyevlə birlikdə alıb, aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün Cavabdeh mənzilə köçməsini təmin edib, bununla mənzilin ilkin alıcısı olan Mülayim Hüseynovadan həmin mənzili 30 dekabr 2013-cu il tarixli müqavilə əsasında 48.000 (qırx səkkiz min) manat pul ödəməklə satın almış X18 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq cinayətlərini törətmişlər”. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə həmin hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzil "xxxx" MTK tərəfindən X11 16 fevral 2008-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən satılmış və mənzilin ümumi dəyəri 54315 manat məbləğində vəsait X19 tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Daha sonra X19 "xxxx" MTK-ya 30 dekabr 2013-cü il tarixli ərizə ilə "xxxx" MTK-ya müraciət edərək Bakı şəhəri, Yasamal rayonu M.Xiyabani küçəsində inşa olunan binanın 1-ci giriş, 7-ci mərtəbə 106,5 kv.metr sahəsi olan 44 saylı mənzili maddi ehtiyacı olduğundan satmaq qərarına gəldiyini və mənzili X9 adına sənədləşdirməyə köməklik göstərilməsini bildirmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MTK ilə X20 arasında bağlanmış (addan ada dəyişir: 16 fevral 2008-ci il tarixli mənzil müqaviləsi və 30 dekabr 2013-cü il tarixli ərizə) 30 dekabr 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 44 nömrəli mənzil yeni alıcı X9 adına rəsmiləşdirilmişdir. Buradan da görünür ki, X19 mənzili alaraq onun qanuni sahibi olmuş və daha sonra X20 da mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur. Lakin daha sonra müəyyən olmuşdur ki, həmin mənzil "xxxx" MTK tərəfindən dələduzluq yolu ilə digər bir şəxsə Cavabdeh 01 may 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında 32000 manat məbləğində satılmışdır. Hazırda iddiaçı X9 Cavabdeh və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m. sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Cavabdeh ilə "xxxx" MTK-nın sədri X15 arasında xx.xx.2013-cü ildə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavlənin və eyni tarixli maliyyə arayışının etibarsız sayılması, Cavabdeh ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən hallar iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli «Yaşayış binasında mənzil tikintisi haqqında» müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Cavabdeh ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçı X16 təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli «Yaşayış binasında mənzil tikintisi haqqında» müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Cavabdeh ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq iddiaçı X16 təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-34/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-34/2022
19.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver