Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2117/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblər barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1916/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı MTK Cavabdeh qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 100.000 (bir yüz min) manat məbləğində pulu geri qaytarmaq şərtilə, Cavabdeh tərəfindən İddiaçı MTK arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə; Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması və həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MTK məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, AR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi İ saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iş üzrə cəlb edilməsini, Cavabdeh ödədiyi 100 000 (bir yüz min) manat məbləğində pul geri qaytarmaq şərtilə, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh həmin mənzildən çıxarılması və həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1916/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 100.000 (bir yüz min) manat pulun İddiaçı MTK-dan tutularaq Cavabdeh xeyrinə ödənilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması və ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1916/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı MTK-nın qanuni təmsilçisi X6 elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixli ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilə bağlanılmış, həmin müqavilə ilə 81.8 kv.m. mənzil və 172.0 kv.m. terrasdan ibarət sahə Cavabdeh 245.000 manata satılmış, həmin məbləğin 100.000 manatı müqavilə imzalanan gün, yerdə qalan 145.000 manatı isə 8 ay ərzində, ən geci xx.xx.2023-cü il tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra, Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmiş, 145.000 manatı ödəmək üçün, aldığı mənzili ipoteka qoyub pul götürmək istədiyini bildirmiş, bunun üçün mənzilin dövlət reyestrindən hüquq müəyyənedici sənədin olması lazımdır və xahiş etmişdir ki, ona mənzilin çıxarışı alınması üçün müvafiq sənədlər verilsin və üzərinə öhdəlik götürmüşdür ki, çıxarış alan kimi ipoteka edib borcunu dərhal ödəyəcəkdir. İddiaçı tərəfindən ona lazımi köməklik göstərilmiş, sənədlər borcu qala-qala verilmiş, lakin o üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Bununla əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddiaçı tərəfindən “cavabdehin ödədiyi 100.000 manat ona geri qaytarmaqla müqavilənin ləğv edilməsini və Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin mənzili MTK-ya təhvil verilməsi” barədə iddia ərizəsi verilmiş və iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1916/2024-cü il saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Ondan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, həmin şikayət üzrə iş hal-hazırda icraatdadır. İş apellyasiya baxışında olarkən cavabdeh “Barışıq Sazişi” bağlanmasını təklif etmiş və 3-cü şəxs qismində Bəhruz Məmmədov daxil olmaqla, aşağıdakı şərtlərlə Bakı şəhəri 14 saylı notariat ofisində, Reyestrdə 3M-942 nömrə ilə qeyd edilmiş, xx.xx.2025-ci il tarixdə aralarında “Barışıq Sazişi” imzalanmışdır. Həmin sazişin şərtlərinə görə, Cavabdeh üzərinə aşağıdakı öhdəlikləri götürmüşdür. 1. Mübahisəli mənzili ipotekaya salıb ödənilməmiş qalan borcu olan 145.000 manatı qaytarır. 2. Borcu vaxtında ödəmədiyi üçün 2023-cü ilin noyabr ayından birinci instansiya məhkəməsinin qətnaməsi çıxdığı 2024-cü ilin avqust ayına kimi, 10 aylıq müddəti üçün, hər ay 2.000 manat olmaqla, cəmi 20.000 manat cəriməni ödəyir.
3. Cavabdeh tərəfindən təmir üçün istifadə olunan materialların qalıq borcu dəyəri müəyyən edilməklə ödəyir. 4. 3 ay ərzində göstərilənlər qeyd-şərtsiz icra edir, icra etmədiyi təqdirdə isə mənzili İddiaçı MTK-ya heç bir bəhanə irəli sürmədən geri qaytarır. 5. Apellyasiya şikayətindən imtina edir. 6. Mənzili yalnız üçüncü şəxs Bəhruz Məmmədovun adına ipoteka edir. B.Məmmədovda cavabdehlə bərabər eyni öhdəlikləri üzərinə götürmüşdür. İddiaçı MTK-da öz növbəsində üzərinə öhdəlik götürərək; 1. Nəsmi Rayon Məhkəməsinin e-16(006)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadın ləğv edilməsini təmin edir. 2. İddia tələbindən imtina edir. MTK tərəfindən saziş bağlandıqdan sonra dərhal müraciət olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli qərardadı ilə mənzil üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür. Hazırda sazişin şərtlərinə iddiaçı tərəfindən əməl olunmaqla iddiadan imtina etməyə hazır olduğunu bildirmişdir. Ona görə də, xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi”nin bütün şərtləri nəzərə alınmaqla və həmin şərtlər qərardadda xüsusi qeyd edilməklə, göstərilən şərtlər cavabdeh tərəfindən qeyd-şərtsiz icra ediləcəyi öhdəliyi barədə cavabdehin və ya vəkilinin məhkəməyə müvafiq qaydada ərizəsi olacağı təqdirdə və həmçinin cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etdiyini də diqqətə alaraq, icraatınızda olan hazırki iş üzrə iddiadan imtina etdiklərini nəzərə alıb işin icraatına xitam verilməsi xahiş olunur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə iclasına çata bilməyəcəyi təqdirdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin tələblərinin, təqdim etdiyi barışıq sazişinin tələblərinin, o cümlədən, iddiaçının iddiadan imtina etməsinin, cavabdehin isə apellyasiya şikayətindən imtina etməsinin nəzərə alınmasının, beləliklə, iddiaçının iddiadan, cavabdehin isə apellyasiya şikayətindən imtina etməsi barədə qərardad qəbul edilərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş birinci tərəf İddiaçı MTK-nın qanuni təmsilçisi X6, ikinci tərəf Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4, üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən imzalanan 20 fevral 2025-ci il tarixli “Barışıq Sazişi” nin şərtlərinə əsasən: 1.Müqavilənin predmeti İddiaçı MTK Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1916/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, hazırda düzəlişlə bağlı birinci instansiya məhkəməsinə geri qaytarılan, mülki işin əvvəlki nömrəsi 2(103)-463/2025 olan mülki işdə iddiaçı iddia tələbindən, cavabdeh isə apellyasiya şikayətindən imtina edirlər. X7 isə öz növbəsində üçüncü şəxs qismində bu sazişə daxil olur. 2.İddiaçı MTK Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 162, 164, mənzil 76-la bağlı (yeni qaydalarla: AZ1014 Bakı şəhəri, Nəsimi rayonu. Salatın Əsgerova küçəsi, ev 162, M17, m2) verilmiş xx.xx.2023-cü il tarixli, **********82- 05301-093003 reyestr və ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh mülkiyyətində olan mənzilin üzərindəki qadağanın götürülməsini təmin etməyi üzərinə götürür. O cümlədən, Cavabdeh öz öhdəsinə götürür ki, mənzili yalnız X5 adına ipotekaya salacaqdır. 3.Cavabdeh və X7 isə şirkətə olan 145.000 (bir yüz qırx beş min) manat ödənilməmiş borcu və gecikdirilmiş yalnız 10 (on) ay üçün 2.000 (iki min) manatlıq cəriməni mənzili ipotekaya salıb, bankdan kredit götürüb ödəyirlər və təmir üçün istifadə olunan materialların qalıq borcu dəyəri qısa vaxt ərzində əlavə üzləşmə akt ilə müəyyən olunub ödənilməsini, tərəflər arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli alqı-satqı müqaviləyə əsasən mənzilin ödənilməmiş 145.000 (bir yüz qırx beş min) manat borcu və gecikdirilmiş yalnız 10 (on) ay üçün 2.000 (iki min) manatlıq cəriməni ən geci 3 (üç) ay müddətində tam ödəməyi, həmin müddətdə mənzili özgəninkiləşdirməməyi, satmamağı, bağışlamamağı və digər hərəkətləri etməməyi və həmin məbləğin ödənişi ilə bağlı gələcəkdə hər hansısa bir iddia və tələbinin olmayacağına dair öhdəlik götürürlər. 4.İddiaçı MTK öz növbəsində Cavabdeh və X7 tərəfindən bu barışıq sazişinin 3-cü bəndində göstərilən öhdəlikləri tam və dəqiq icra edəcəkləri təqdirdə, onlara qarşı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 162, 164, mənzil 76-la bağlı (yeni qaydalarla: AZ1014 Bakı şeheri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 162, M17, m2) xx.xx.2023-cü il tarixli **********82-05301-093003 reyestr və ********** qeydiyyat nömrəli verilmiş Çıxarışlı mənzilə dair hər hansı bir iddia və tələbi olmayacağını öz öhdəsinə götürür. 5.Cavabdeh və X7 "Pilot İnşaat-A” MTK-ya 3 (üç) ay müddətində 145.000 (bir yüz qırx beş min) manat məbləğində pulu və gecikdirilmiş yalnız 10 (on) ay üçün 2000 (iki min) manatlıq cəriməni tam ödəyə bilməyəcəkləri təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgerova küçəsi, ev 162, 164-də yerləşən 76 saylı mənzili (yeni qaydalarla: AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgerova küçəsi, ev 162, M17, m2) saziş imzalanan gündən 3 (üç) ay tamam olan gün qeyd-şərtsiz, heç bir bəhanə irəli sürmədən "xxxx" MTK-ya qaytarmağı (təhvil verməyi), "xxxx" MTK isə mənzili təhvil aldıqdan sonra Cavabdeh müqavilə üzrə ilkin olaraq ödədiyi 100.000 (bir yüz min) manat və mənzilin təmir-tikintisi üçün Cavabdeh tərəfindən çəkilmiş olan bütün real xərclərini ödəməyi öz öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər mübahisəni öz aralarında həll edilməsi barədə barışıq sazişi bağladıqlarından, iddiaçı iddia tələblərindən imtina etməsi barədə ərizəsini məhkəməyə təqdim etdiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1916/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı tərəfin iddiadan imtinası onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı “Pilot İnşaat MTK”-nın iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1916/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “Pilot İnşaat MTK”-nın cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblər barədə iddiasına dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.