Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-362/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı ilk iddia ərizəsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarma, maddi və mənəvi ziyan tələbi, vicdanlı alıcı”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X16 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 nümayəndələri (qızı) X20 və (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsinə və s. dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-3162/2023 nömrəli qətnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli əlavə qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri 23 saylı notariat ofisindən tələb edilmiş Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin bağlanmasına dair notariat işində olan sənədlərdən müəyyən olunur ki, həmin müqavilə ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısında dair rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri müəyyən edilməklə, müqavilə predmeti olan əmlakın qiyməti 131600 manat məbləğində müəyyən edilməsi, həmin məbləğin 16 600 manatını satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməsi, alıcının qalan pul məbləğinin yəni 115 000 manatın hissəhissə satıcıya 2 ay müddətində xx.xx.2020-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürməsi haqqında bağlanmışdır. İlkin müqvilənin 3.3-cü bəndində “satıcının” çıxarışın alınmasını, əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməsini öz öhdəsinə götürməsi qeyd olunur. Müqavilənin 3.1-ci bəndində isə mənzilin “Alıcı”-ya xx.xx.2020-ci il tarixdə təhvil verilməsi öhdəliyi göstərilmişdir. xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqavilənin bağlanmasına dair notariat işində olan və iş materiallarına əlavə edilmiş "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış "xxxx" Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilə kooperativin Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə Tbilisi prospekti 44 C ünvanda yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 59№li mənzilin payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürməsi haqqında bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 121.4 kv.m olan ünvan 1 (yeni qaydalarla: AZ 1102, ünvan 3 Cavabdeh2 mülkiyyətindədir. Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı tam mülkiyyət hüququ ilə mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: AZ 1102, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 121 kv.m olan mənzilini 131600 manata alıcıya satmışdır. Həmin müqavilənin “Tərəflər arasında hesablaşma qaydası” adlanan 5-ci bəndində tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin müqaviləyə əsasən alıcı tərəfindən 16600 manat məbləğ ilkin olaraq ödənildiyi, 90000 manat xx.xx.2023-cü il tarixdə bankda açılan depozit hesabı vasitəsi ilə ödəməsi, qalan 25000 manat xx.xx.2023-cü il tarixə qədər ödənilməsi öhdəliyi götürüldüyü əks olunmuşdur (göstərilən məbləğlərin cəmi 131600 manat təşkil edir). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrtindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 121.4 kv.m olan ünvan 1 (yeni qaydalarla: AZ 1102, ünvan 3 Cavabdeh3 mülkiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair ilkin iddia tələbi təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolun və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3li qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmişdir. İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilə dair "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2885/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 5636/2022 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2022-ci il tarixli 2(103)- 5636/2022 saylı qətnaməsində qeyd etmişdir ki, “Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh3 iddia tələbi ilə bağlı isə qeyd edir ki, mənzilə dair onunla bağlanmış müqavilə, buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış qeyd qüvvədədir, mübahisələndirilməmişdir. ...” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5636/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər mənizilin elektrik enerjisindən istifadəsinə görə abunəçi X5 (Cavabdeh2 A. Yaqubovla nikahda olduğu dövrdəki soyadı, nikaha.... tarixdə xitam verilmişdir) adına "xxxx" ASC tərəfindən 59.09 manat ödənilməli məbləğin qəbzi tərtib edilmişdir. xx.xx.2020-c il tarixli 103795 seriyalı kassa mədaxil orderinin qəbzindən görünür ki, mənzil 59 avqust, sentyabr, oktyabr ayları üçün xidmət haqqı təyinatı ilə X8 adına olan ********** VÖEN-nə Vüsalə Yaqubova (Cavabdeh2 A. Yaqubovla nikahda olduğu dövrdəki soyadı, nikaha.... tarixdə xitam verilmişdir) tərəfindən 150 manat ödənilmişdir. "xxxx" MTK tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçının vəkilinə (Vəkil2) ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa etdikləri yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131.43 kv.m., 3 (üç) otaqlı, ümumi dəyəri 49 480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17.2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17.2 kv.m., ümumi dəyəri 10.000 AZN manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini xx.xx.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmiləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur. Kirayəyə verən X10 ilə kirayəçi X21 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən müəyyən olunur ki, kirayəyə verən Bakı şəhəri Nəsimi rayonu Tibilisi prospekti 44 C "xxxx" MTK-da olan mənzili aylıq kirayə haqqı 500 manat olmaqla kirayəçiyə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək kirayəyə vermişdir. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, X22 ********* №-li cinayət iş üzrə sübutların qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli qərarından aşadıdakılar müəyyən olunur: “İstintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş X27 əvvəlki ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Cavabdeh2 2018-ci ilin dekabr ayının 27-də sonuncunun işlədiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 36 saylı notariat kontorunda olarkən tanımışdır. Daha sonra münasibətləri yaranmış və nikahdan kənar olaraq birlikdə yaşamağa başlamışlar. Həmçinin, Vüsalənin anası X38, övladları X57, X58 və X42 ilə birlikdə faktiki olaraq ailə kimi yaşamışlar. ... Beləliklə Vüsalə və onun ailə üzvləri ilə ilkin olaraq Vüsaləyə məxsus ünvan 6 ünvanında yaşamışdır. ... 2019-cu ilin yay aylarında meyvə-tərəvəz ticarəti ilə bağlı təxminən 53.000 (əlli üç min) manat məbləğində borcu yaranmışdır. Ailə üzvü kimi qəbul etdiyi Cavabdeh2 onun borcunun olduğunu bildikdən sonra köməklik etmək qərarına gəlmişdir. Bu məqsədlə Vüsalə ona məlum olmayan şəxsdən 21.000 (iyirmi bir min) manat məbləğində borca pul götürüb ona vermişdir. Həmin pulun üstünü düzəldib, borcunu tamamilə bağlamışdır. Həmçinin vaxtından tez Vüsalənin ona verdiyi 21.000 (iyirmi bir min) manat məbləğində pulu da özünə qaytarmışdır. Vüsalə isə öz növbəsində borc aldığı şəxsin pulunu ödəmişdir. Bununla bağlı heç bir problem yaşanmamışdır. Həmin ərəfə də Vüsalə və anası Tükəzbanın ona məlum olmayan şəxslərə borcları yaranmışdır. Bildiyinə görə Vüsalə və anası Tükəzbanın borcu təxminən 73.000 (yetmiş üç min) manat məbləğində olmuşdur. Hansı zərurətdən onların borca pul götürmələri ona məlum deyildir. Çünki, həmin pulları onlarla yaşamamışdan qabaq onlar borca götürmüşlər. Buna görə də Vüsalə və Tükəzban mülkiyyətlərində olan daşınmaz əmlaklarını satmaq qərarına gəlmişlər. ... Belə ki, ilkin olaraq Tükəzban Əliyeva 24 oktyabr 2019-cu il tarixdə adına olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evini 42.000 (qırx iki min) manat məbləğində pula X43 notariat qaydada alqı-satqı müqaviləsi əsasında satmışdır. Tükəzban həmin fərdi yaşayış evini onun köməyi ilə satmışdır. ... ikinci dəfə 19 mart 2020-ci il tarixdə Cavabdeh2 özünə məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0.35 ha olan torpaq sahəsini 10.000 (on min) manat məbləğində pula X23 notariat qaydada alqı-satqı müqaviləsi əsasında satmışdır. Üçüncü dəfə 19 may 2020-ci il tarixdə Cavabdeh2 özünə məxsus olan və həmin dövrə kimi birlikdə yaşadıqları ünvan 8 ünvanını 131.600 (yüz otuz bir min altı yüz) manat məbləğində pula Cavabdeh3 notariat qaydada alqı-satqı müqaviləsi əsasında satmışdır. Həmin mənzil satılmamışdan qabaq Vüsalənin oğlu Aqil mənzilin satılması ilə bağlı adını bilmədiyi internet saytında elan vermişdir. Bundan sonra adını bilmədiyi makler müştəri Cavabdeh3 Vüsalə ilə calaşdırmışdır. Müştəri Şəhla ailə üzvləri ilə birlikdə gəlib, mənzilə baxıb, bəyənmişlər. Müştəri ilə ailəlikcə qiymət barədə razılaşmışlar. Bundan sonra notariat kontorunda Vüsalə və Şəhla arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Satışdan əldə edilmiş pulu Vüsalə bank vasitəsi ilə nağd olaraq götürmüşdür. Vüsalə həmin pulla hissə-hissə borclarını bağlamışdır. 15 iyul 2020-ci il tarixdə isə Cavabdeh2 ünvan 8 ünvanının ümumi sahəsi 72.2 kv/m olan qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini 25.000 (iyirmi beş min) manat məbləğində pula həmin Cavabdeh3 notariat qaydasında alqı-satqı müqaviləsi əsasında satmışdır. Satışdan əldə edilmiş pulu Vüsalə bank vasitəsi ilə nağd şəkildə əldə edib, borclarını hissə-hissə ödəmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş X27 ifadəsində göstərmişdir ki, İddiaçı tanımamış və görməmişdir. Vüsalə də İddiaçı tanımamışdır. Vüsaləyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 3007-ci məhəllə, 59 nömrəli mənzili Elxan adlı makler İbrahimxəlil adlı şəxsə almaq istəmişdir. İbrahimxəlil İddiaçı əridir. Elxan isə etibarnamə əsasında İddiaçı adından çıxış etmişdir. Elxan və İbrahimxəlil hətta gəlib həmin mənzilə baxaraq bəyənmişlər. Vüsalə və anası mənzilə görə xeyirdua da vermişlər. Vüsalə mənzilin və mənzilə aid olan bir qarajın ümumilikdə 135000 manata satılmasına razılıq vermişdir. Vüsalə ona təmsil etmək üçün baş etibarnamə vermişdir. Mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmadığı üçün Vüsalə həmin mənzili "xxxx" МТК vasitəsilə satmaq istəmişdir. Bu məqsədlə o, "xxxx" МТК-nın Nərimanov rayonu ərazisində yerləşən ofisinə getmiş və orada МТК-nın hüquqşünası olan Bəhlul İskəndərov adlı şəxslə görüşdür. O, Bəhlula mənzili Vüsalənin adından satmaq istədiyini bildirmişdir, lakin Bəhlul Vüsalənin özünün МТК-ya gəlməli olduğunu bildirmişdir. Bu işdə ona Vüsal adlı dostu da köməklik etmişdir. Vüsalın qayınatası Vilayət müəllim bildiyinə görə "xxxx" МТК-nın rəhbəridir. Vüsal hazırda Türkiyədədir. Bəhlul mənzilin digər şəxsin adına sənədləşdirilməsi üçün zəruri olan sənədlər haqda Vüsala demiş, Vüsal da bu haqda ona demişdir. Vüsalənin keçmiş həyat yoldaşı olan X46 da razılığı lazım olmuşdur. Vüsalə Anarla bu haqda danışandan sonra, o, Anarın yanına gedib ərizəni almışdır. Onlar lazım olan sənədləri toplamışlar. Hətta Vüsal imzalamaq üçün МТК-dan bir ərizə gətmişdir. Ərizənin məzmununda Vüsalənin mənzilin satılmasına etirazının olmaması göstərilmişdir. Vüsalə ərizə ilə tanış olub üzərində müvafiq qeydlər etmişdir. Həmin ərəfədə Elxan ona və Vüsaləyə cəmi 15000 manat pul düzəltdiyini, qalan 120000 manat pulu isə 10 gün müddətində verəcəyini bildirmişdir. 2019-cu ilin may ayının sonlarında o, "xxxx" МТК-nın ofisinə getmişdir. Orada beh müqaviləsi əsasında İbrahimxəlil ona 15000 manat pul vermiş, qalan pulu da 10 gün müddətində verəcəyini demişdir. Vüsalə МТК-nın ofisində cəmi bir dəfə olmuş və orada heç bir sənədə imza etməmişdir. Lakin İbrahimxəlil və Elxan dörd ay müddətində mənzilə və qaraja görə qalan 120000 manat pulu Vüsaləyə verməmişdir. O və Vüsalə МТК-nın hüquqşünası Bəhlul İskəndərovun yanına gedib bu haqda sonuncuya demişlər. Bəhlul isə mənzili satıb İbrahimxəlilin 15000 manatını qaytarmağı məsləhət görmüşdür. Onlar Bəhlulun təklifi ilə razılaşmışlar. Bəhlul Vüsalədə olan mənzil və iki qaraja dair 2006-cı ildə verilmiş maliyyə arayışlarını götürüb əvəzində yeni maliyyə arayışlar vermiş, həmçinin mənzil və qarajlara dair protokoldan çıxarışlar vermişdir ki, Vüsalə həmin mənzil və qarajlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ala bilsin. Bəhluldan həmin sənədləri götürəndən sonra onlar Yasamal rayonu ərazisində yerləşən ASAN xidmətə getmişlər və çıxarışlar almaq üçün sənədləri Vüsalə ASAN xidmətə təqdim etmişdir. Həmin ərəfədə mənzilə müştəri də çıxmışdır - o, Şəhlanı nəzərdə tutmuşdur. Vüsalə özündə olan mənzilə dair müqavilə əsasında 23 saylı notariat ofisində ilkin alqı-satqı etmişlər. Təxminən bir-iki gündən sonra Vüsalə mənzilə və qaraja dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alandan sonra Vüsalə mənzili və qarajı rəsmi olaraq Şəhlaya satmışdır. Mənzilin satışından əldə edilmiş puldan 15000 manatı götürüb Nərimanov rayonu ərazisində Elxanla görüşüb 15000 manatı sonuncuya vermişdir. Elxan pulu götürüb İbrahimxəlilə çatdıracağını demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Elxan İbrahimxəlilə pulu çatdırmamışdır. Eyni zamanda, İbrahimxəlil "xxxx" МТК-nın hüquqşünası Bəhlul İskəndərovun yanına gedib sonuncudan Vüsalənin adına olmuşdur. Sonradan İddiaçı adına sənədləşdirilmiş mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün protokoldan çıxarış və maliyyə arayışını istəmişdir. Bəhlul həmin vaxt həyəcanlı vəziyyətdə ona zəng edərək məsələni yoluna qoymağı demiş və İbrahimxəlilə sonuncunun istədiyi sənədləri məcbur olaraq verməli olduğunu bildirmişdir. İbrahimxəlil Bəhluldan sənədləri alandan sonra mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün arvadı Gülnarə ilə 1 saylı ASAN xidmətə müraciət etmiş, lakin oradan onlara bildirmişlər ki, artıq mənzilə dair Cavabdeh2 adına çıxarış verilmişdir. Bundan sonra İbrahimxəlil ona zəng edərək 170000 manat verməli olduğunu, əks təqdirdə Vüsalədən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edəcəyini bildirmişdir. O isə bu məsələyə aydınlıq gətirmək üçün İbrahimxəlilin qohumu olan Elxan adlı maklerin yanına getmişdir. Elxan İbrahimxəlilin tərəfini saxlasa da, sonradan ona bu məsələni yoluna qoyacağını demişdir. Bir müddət sonra Elxan İbrahimxəlili və Gülnarəni Azadlıq prospekti və Teymur Əliyev küçəsini kəsişməsi yaxınlığında yerləşən notariat ofisinə gətirmişdir. O və Vüsalə də ora getmişdir. Notariat ofisində Gülnarə ərizə yazaraq Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 3007-ci məhəllə, 59 nömrəli mənzildən və qarajdan imtina etdiyini bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, anası 15 iyun 1957-ci il təvəllüdlü X38, oğlu 30 oktyabr 2001-ci il təvəllüdlü X57, oğlu 25 iyun 2003-cü il təvəllüdlü X58 və oğlu 16 mart 2006-cı il təvəllüdlü X42 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X49 yerləşən Aynur adlı rəfiqəsinin evində müvəqqəti məskunlaşmışdır. X18 2018-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 36 saylı notariat kontorunda işlədiyi müddətdə tanımışdır. Ramil Musazadə oraya xatırlamadığı sənədlərin surətini notarial qaydada təsdiq etdirmək üçün gəlmişdir. Oradan münasibətləri yaranmış və nikahdan kənar ona məxsus olan ünvan 9 ünvanında anası və övladları ilə birlikdə yaşamışlar. ... 2019-cu ilin təxminən yay aylarında Ramil Musazadə ona və anasına demişdir ki, onun kimlərəsə yüksək məbləğlərdə borcu yaranmışdır və borc sahibləri ondan pullarını geri tələb edirlər. Anası Tükəzbanla qərara gəlmişlər ki, ailə üzvləri hesab etdikləri Ramilə bu çətin vəziyyətdən çıxamaqda köməklik etsinlər. Ramil ona və anasına dəfələrlə demişdir ki, borclarını bağladıqdan sonra uğurlu biznes quracaqdır və bununla da onların həyat şərati yüksək səviyyədə olacaqdır. Onlar isə Ramilə etibar etdiklərindən inanmışlar. ... İlkin olaraq 24 oktyabr 2019-cu il tarixdə anası X60 q ızının adına olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik preşkül küçəsi, ev 2A/1 saylı fərdi yaşayış evini 42.000 (qırx iki min) manat məbləğində pula X43 notarial qaydada alqı-satqı müqaviləsi əsasında anası Tükəzban Əliyeva satmışdır. ... İkinci dəfə 19 mart 2020-ci il tarixdə ona məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0.35 ha olan torpaq sahəsini 10.000 (on min) manat məbləğində pula X23 notarial qaydada alqı-satqı müqaviləsi əsasında satmışdır. Üçüncü dəfə 19 may 2020-ci il tarixdə ona məxsus olan və həmin dövrə kimi yaşadıqları ünvan 8 ünvanını 131.600 (yüz otuz bir min altı yüz) manat məbləğində pula Cavabdeh3 notarial qaydada alqı-satqı müqaviləsi əsasında satmışdır. Satışdan əldə edilmiş pulu Ramil Musazadəyə borcunu bağlamasından ötrü vermişdir. Həmin müştəri Cavabdeh3 o, əvvəllər tanımamışdır. Həmin şəxsi Ramil tapmışdır və Şəhla ilə danışıb, alqı-satqını təşkil etmişdir. Dördüncü dəfə 15 iyul 2020-ci il tarixdə ona məxsus olan həmin ünvan 8 ünvanının qarajı ümumi sahəsi 72.2 kv/m olan qeyri-yaşayış sahəsini 25.000 (iyirmi beş min) manat məbləğində pula Cavabdeh3 notarial qaydada alqı-satqı müqaviləsi əsasında satmışdır. Satışdan əldə edilmiş pulu Ramil Musazadəyə borcunu bağlamasından ötrü vermişdir. ...Yaşadıqları ünvan 8 ünvanını satdıqdan sonra Ramilin təşkilatçılığı ilə ünvan 10 ünvanına köçmüşlər. ...Lakin Ramilin borcları bitməmişdir. Həmçinin Ramilin borclarını ödədikcə onun və anasının borcları yaranmışdır. ... Həmin vaxt Ramillə mübahisəsi yaranmışdır. Lakin ayrılmamışlar və sonradan barışmışlar. Həmçinin müəyyən olunmuşdur ki, ona məxsus olan Ramilin borcları səbəbindən satdığı ünvan 9 ünvanını bir il əvvəl Ramil MTK sənədləri vasitəsi ilə qanunsuz olaraq Gülnarə adında qadına 35.000 (otuz beş min) manat məbləğində pula satmışdır. Onun bundan xəbəri olmamışdır. Hazırda həmin Gülnarə adlı şəxs onu və MTK-nı Nəsimi Rayon Məhkəməsinə verib pulunu tələb etmişdir. İstintaq zamanı şahid qismində əlavə dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, ... ona məxsus ünvan 8 ünvanını 2019-cu ilin iyun ayında Ramil Musazadənin borcları ucbatından satmaq qərarına gəlmişlər. Bu məqsədlə Ramil həmin MTK ilə danışmışdır. Daha sonra ona bildirmişdir ki, MTK ilə aralarında bağlanmış müqavilə əsasında mənzili aldığından satmaq üçün onun və keçmiş əri Anar Yaqubovun razılıq ərizəsi lazımdır. O, razılıq ərizəsini özü yazıb, Ramilə vermişdir. Həmçinin Ramil özü keçmiş ərindən razılıq ərizəsi almışdır. Lakin o, hansısa danışıqda və ya mənzilə baxışda iştirak etməmişdir. Daha sonra Ramil ona demişdir ki, həmin alqı-satqı alınmamışdır. Çıxarış əldə etdikdən sonra mənzili satarlar. Lakin sonda məlum olmuşdur ki, Ramil həmin mənzili Gülnarə adında qadına qanunsuz satmışdır. Həmçinin Ramil ona demişdir ki, mənzilə görə ona 35.000 (otuz beş min) manat pul verilmişdir. Həmin pulun isə 17.000 (on yeddi min) manatını qaytarmışdır. Mənzilin Gülnarə adlı qadına satılması ilə bağlı o, heç kimlə danışıq aparmamışdır. O, Ramilin əvvəllər adı Şahəddin olduğunda ona etibarnamə vermişdir. O, verdiyi razılıq ərizəsini öz xətti ilə yazmışdır. Lakin ona tədim edilmiş ərizədən görünür ki, ərizəni kimsə yazıb, o isə imzala təsdiq etmişdir. Onun yazdığı ərizədə o, İddiaçı adını qeyd etməmişdir. O, Oqtay adlı şəxsi ümumiyyətlə tanımamışdır. Həmçinin ünvan 11 ünvanı ilə bağlı Ramil və Oqtay arasında hər hansı bir razılaşmanın olub-olmamasını bilməmişdir. İstintaq zamanı şahid qismində əlavə dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, o, İddiaçı, sonuncunun əri İbrahimxəlil Məhərrəmovu və qohumu Elxan Məhərrəmov adlı şəxsi əvvəllər tanımamışdır. İbrahimxəlili və Elxanı o, yalnız 2020-ci ilin sentyabr ayında tanımışdır. Həmin şəxslər ona zəng edərək Ramilin onları aldadaraq МТК sənədləri əsasında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 3007-ci məhəllə, 59 nömrəli mənzili onlara sataraq pullarını ələ keçirdiyini bildirmişlər. O, bu haqda Ramildən soruşanda, Ramil ona həmin şəxslərdən 35000 manat pul götürdüyünü və müvəqqəti olaraq mənzilini Gülnarənin adına keçirtdiyini bildirmişdir. Həmin ərizənin alt hissəsində yazılmış yazılar: « Ərizə mənim sözlərim ilə düzgün yazılmışdır, oxudum, məzmunu ilə razıyam. İmza: Cavabdeh2 xx.xx.2091» ona məxsusdur. O, həmin vaxt yaşadığı, yuxarıda qeyd edilən mənzili özəlləşdirib daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəmişdir. Ramil və МТК-nın direktoru olan Vilayət müəllimin kürəkəni Vüsal adlı şəxs yaşadığı mənzilə gələrək ona mənzillərinin özəlləşdirilməsinə etirazının olmaması ilə bağlı yazılmış bir ərizə gətirib vermişlər, həmin ərizədə İddiaçı adı qeyd edilməmişdir. Ramil bildirmişdir ki, ora-bura getməmək üçün bu ərizəni imzalamaq lazımdır. O, Ramilə inanıb həmin ərizənin sonunda yazmışdır ki, «Ərizə mənim sözlərim ilə düzgün yazılmışdır, oxudum, məzmunu ilə razıyam. İmza: Cavabdeh2 xx.xx.2091». Mənzilinin Gülnarə Əliyevanın adına keçirilməsi ilə bağlı heç bir ərizəni imzalamamışdır. X35 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 3007-ci məhəllə, 59 nömrəli mənzilə dair X15 Məhərrəmovla kirayə müqaviləsi bağlamasını o, bilməmişdir. 2019-cu ilin may-iyun aylarında həmin mənzili satmaq istədiyi üçün bir çox adamlar gəlib mənzilə baxmışlar. O, xx.xx.2019-cu il tarixdə X13 adına baş etibarnamə vermişdir. Ağayev Ramilin keçmiş soyadı, Şahəddin isə Ramilin keçmiş adıdır. Həmin etibarnamə əsasında Ramil 2020-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 3007-ci məhəllə, 59 nömrəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Çıxarışın alınması ilə bağlı o, DƏDRX-nin Bakı ərazi İdarəsinə getməmişdir. Mənzilin Şəxla Xəlilovaya satılmasında isə özü iştirak etmişdir.xx.xx.2020-ci il tarixdə 23 saylı notariat kontorunda ilkin alqı-satqı baş vermişdir, həmin vaxt hələ mənzilin çıxarışı almamışdır, xx.xx.2020-ci il tarixdə mənzilə dair çıxarış alandan sonra 19 may 2020-ci il tarixdə 23 saylı notariat kontorunda alqı-satqı olmuş, Şəhlaya yeraltı qarajı da satdığı üçün növbəti alqı-satqı xx.xx.2020-ci il tarixdə olmuş və Şəhla bu dəfə qalan pulu ödəmişdir. 2019-cu ilin may ayında mənzilinin İddiaçı adına sənədləşdirilməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Bütün bunları ondan xəbərsiz Ramil Musazadə etmişdir. O, nə Gülnarə, nə də ki, sonuncunun qohumları heç bir məbləğdə pul verməmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Cavabdeh3 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanını 19 may 2020-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi əsasında mənzil sahibəsi Cavabdeh2 satın almışdır. Təxminən 2020-ci ilin may ayının 6da mənzil almaq məqsədi ilə ünvan 12 ünvanında yerləşən “New House” daşımaz əmlak agentliyinə müraciət etmişdir. Həmin agentlik vasitəsi ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən bir neçə mənzillərə baxış keçirmişdir. Lakin müxtəlif səbəblərdən alqı-satqı baş tutmamışdır. 16 may 2020-ci il tarixdə “New House” daşımaz əmlak agentliyinin əməkdaşı Kamran adlı şəxs ona zəng edərək bildirmişdir ki, onların istəklərinə uyğun olan üç otaqlı mənzil vardır. Həmçinin həmin ünvan 8 ünvanını mənzili sahibinin 135.000 (yüz otuz beş min) manat məbləğində pula satdığını bildirmişdir. O, razılaşmış və həmin agentliyin digər bir əməkdaşı Oqtay adlı şəxslə həmin gün saat 16 radələrində satılan mənzilə gedib, baxış keçirmişdir. Mənzilə baxış zamanı mənzil sahibəsi orada olmamışdır. Mənzilə sahibəsi Cavabdeh2 övladlarının iştirakı ilə baxış keçirmişdir. O, mənzili bəyənmiş və Oqtay adlı maklerə bildirmişdir ki, mənzil sahibəsi ilə danışıq aparsın və qiymət barədə razılığa gəlsinlər. Oqtay mənzil sahibəsi ilə danışıq apardıqdan sonra ona demişdir ki, mənzili 135.000 (yüz otuz beş min) manat pula satır. Həmçinin bildirmişdir ki, əvvəlcədən beh istəyir. O isə bildirmişdir ki, mənzilin çıxarışı təqdim edilməmiş, heç bir alqı-satqı baş tutmayacaqdır. Qarşı tərəf bildirmişdir ki, növbəti gün mənzilin çıxarışını təqdim edəcəklər. O, razılşmış və həmin gün saat 21 radələridə ünvan 12 ünvanında yerləşən “New House” daşımaz əmlak agentliyinə getmişlər. Həmin agentliyə Cavabdeh2 da gəlmişdir. Makler Kamran və Oqatayın vasitəçiliyi ilə müqavilə əsasında Cavabdeh2 3.400 (üç min dörd yüz) manat təşkil edən 2.000 (iki min) ABŞ dolları məbləğində beh şəklində pul vermişdir. Növbəti gün Cavabdeh2 daşınmaz agentliyə mənzilin onun adına olmasına dair çıxarışı təqdim etmişdir. Bundan sonra alqı-satqı müqaviləsi bağlamaq barədə razılığa gəlmişlər. 19 may 2020-ci il tarixdə saat 12 radələrində 23 saylı notariat kontoruna Cavabdeh2 ilə alq-satqı müqaviləsini bağlamaqdan ötrü getmişdir. Oraya Cavabdeh2, sonuncunun əri kimi tanıdığı Ramil Musazadə ilə birlikdə gəlmişdir. İlkin olaraq notarisun içərisində yerləşən “Günay” bankın filialına 90.000 (doxsan min) manat məbləğində pulu depozit hesabına köçürmüşdür. Ondan bir gün əvvəl isə tərəfindən 16.000 (on altı min) manat məbləğində pul vəsaiti nağd şəkildə Cavabdeh2 ödənmişdir. Daha sonra Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmçinin müqaviləyə əsasən Cavabdeh2 19 iyul 2020-ci il tarixədək 25.000 (iyirmi beş min) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Bir ay müddətində həmin pul vəsaitini Cavabdeh2 ödəmişdir. ünvan 8 ünvanı üçün Cavabdeh2 ümumilikdə 135.000 (yüz otuz beş min) manat məbləğində pul ödəmişdir. Daha sonra mənzilin adına qeydiyyata alınmasına dair çxarış əldə etmişdir. 15 iyul 2020-ci il tarixdə isə Cavabdeh2 məxsus olan həmin ünvan 8 ünvanının qarajı ümumi sahəsi 72.2 kv/m olan qeyri-yaşayış sahəsini 25.000 (iyirmi beş min) manat məbləğində pula “New House” daşımaz əmlak agentliyinin vasitəsi ilə 23 saylı notarial kantorunda alqı-satqı müqaviləsi əsasında almışdır. Həmçinin həmin qarajın çıxarışını əldə etmişdir. Qarajın alqı-satqısı zamanı verdiyi etibarnamə əsasında əri X28 iştirak etmişdir. Aldığı mənzil və qarajı daşınmaz əmlak agentliyinin vasitəsi ilə əldə etmişdir. Bununla bağlı hər hansı şəxslə danışığı olmamışdır. Onda olan məlumata əsasən Oqtay adlı şəxs vəfat etmişdir. Kamran adlı şəxsin mobil nömrəsi isə ***-***-**-** və ***-***-**-** olmuşdur. Ramil Musazadəni o, Cavabdeh2 əri kimi tanımış, Ramil həm mənzilin həm də qarajın alqı-satqı zamanı Vüsalənin yanında olmuşdur. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 Xəlilovanın göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, 25 aprel 2020-ci il tarixdən etibarən ünvan 12 ünvanında yerləşən “New House” daşımaz əmlak agentliyində rieltor (vasitəçi) vəzifəsində işləyir. 2020-ci ilin may ayının 6-da Cavabdeh3 mənzil almaq məqsədi ilə işlədiyi agentliyə müraciət etmişdir. Cavabdeh3 ilə agentlikdə satış elanı verilmiş, Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən bir neçə mənzillərə baxış keçirilmişdir. Lakin Cavabdeh3 mənzil sahiblərinin şərtləri ilə razılaşmamışdır. Bu səbəbdən də alqı-satqı baş tutmamışdır. 16 may 2020-ci il tarixdə işlədiyi agentlikdə rieltor (vasitəçi) vəzifəsində çalışan Oqtay İsmayılov internet saytlarının birində müştəri Şəhlanın tələblərinə uyğun gələn, üç otaqlı olan ünvan 8 ünvanının satışa çıxarıldığını bildirmişdir. Oqtay İsmayılov həmin mənzilin sahibləri ilə internet saytına qoyulmuş mobil nömrəni götürüb, əlaqə saxlayaraq danışmışdır. Mənzil sahibləri mənzili 135.000 (yüz otuz beş min) manat məbləğində pula satdıqlarını bildirmişlər. Bundan sonra Cavabdeh3 ilə əlaqə saxlanılmış və mənzilin alınması barədə razılıq əldə edilmişdir. Bundan sonra vasitəçi Oqtay İsmayılov və müştəri Şəhla birlikdə həmin ünvan 8 ünvanına baxış keçirmək üçün getmişlər. Müştəri Şəhla mənzili bəyənmiş və mənzil sahibləri ilə qiymət və ilkin olaraq beh verilməsi barəsində razılığa gəlmişlər. Lakin mənzilin çıxarışı həmin vaxt hazır olmamışdır. Mənzil sahibləri çıxarışı növbəti günə təqdim edəcəklərini söz vermişlər. Onlar razılaşmışlar və bu məqsədlə həmin gün saat 21 radələridə ünvan 12 ünvanında yerləşən işlədiyi “New House” daşımaz əmlak agentliyinə mənzil sahibəsi Cavabdeh2, sonuncunun əri kimi tanıdığı Ramil Musazadə, müştəri Şəhla gəlmişlər. Orada işlədiyi agentliyin vasitəçiliyi ilə beh müqaviləsi əsasında müştəri Cavabdeh3 Cavabdeh2 3.400 (üç min dörd yüz) manat təşkil edən 2.000 (iki min) ABŞ dolları məbləğində beh şəklində pul vermişdir. Növbəti gün Cavabdeh2 və əri kimi tanıdığı Ramil Musazadə işlədiyi daşınmaz agentliyinə çıxarışı təqdim etmişdir. 19 may 2020-ci il tarixdə saat 12 radələrində 23 saylı notariat kontoruna alqı-satqı müqaviləsinin bağlanmasından ötrü, o, Oqtay İsmayılov, Cavabdeh2, Ramil Musazadə və Cavabdeh3 getmişlər. Cavabdeh3 ilkin olaraq notarisun içərisində yerləşən “Günay” bankın filialına 90.000 (doxsan min) manat məbləğində pulu depozit hesabına köçürmüşdür. Ondan bir gün əvvəl isə Cavabdeh3 notarial qaydada 16.000 (on altı min) manat məbləğində pul vəsaitini nağd şəkildə Cavabdeh2 ödəmişdir. Daha sonra Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh3 19 iyul 2020-ci il tarixədək 25.000 (iyirmi beş min) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Bir ay müddətində Cavabdeh3 Cavabdeh2 notarial qaydada 25.000 (iyirmi beş min) manat məbləğində pulu ödəmişdir. Beləliklə ünvan 8 ünvanı üçün Cavabdeh3 Cavabdeh2 ümumilikdə 135.000 (yüz otuz beş min) manat məbləğində pul ödəmişdir. 15 iyul 2020-ci il tarixdə isə Cavabdeh2 məxsus olan həmin ünvan 8 ünvanının qarajı ümumi sahəsi 72.2 kv/m olan qeyri-yaşayış sahəsini 25.000 (iyirmi beş min) manat məbləğində pula işlədiyi “New House” daşımaz əmlak agentliyinin vasitəsi ilə 23 saylı notarial kantorunda alqı-satqı müqaviləsi əsasında Şəhla Əliyeva almışdır. Həmin vaxt notariat kantoruna Cavabdeh3 adından etibarnamə əsasında əri Əmir Əliyev gəlmişdir, qarşı tərəfdən isə Cavabdeh2 və sonuncunun əri kimi tanıdığ Ramil Musazadə gəlmişdir. Onda olan məlumata əsasən işlədiyi agentliyin içisi Oqtay İsmayılov internet saytına qoyulmuş mobil nömrəyə zəng edərək Cavabdeh2 əri kimi tanıdığı Ramil Musazadə ilə danışmışdır. Oqtay İsmayılov ona demişdir ki, mənzil sahibəsi Cavabdeh2 əri Ramil Musazadə ilə mobil telefon vasitəsi ilə danışmışdır. Oqtay İsmayılov 2020-ci ilin dekabr aylarının sonlarında vəfat etmişdir. Hər iki alqı-satqı müqaviləsi bağlanarkən, həmçinin beh müqaviləsi bağlanarkən Cavabdeh2 ilə birlikdə oraya Ramil Musazadə də gəlmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin may ayında əri X1 ilə birlikdə Bakı şəhəri ərazisində mənzil əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə müxtəlif makler fəaliyyəti ilə məşğul olan tanışları vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti 44 c ünvanında yerləşən "xxxx" MTK-ya getmişlər. Həmin MTK-da əri İbrahimxəlil və onu Əbil adlı makler qarşılamışdır. Daha sonra Əbil adlı makler və Şahəddin adlı şəxsin vasitəsi ilə həmin binada yerləşən Cavabdeh2 məxsus olan ünvan 8 ünvanına əri İbrahimxəlil baxış keçirmiş və mənzli bəyənmişdir. O isə orada iştirak etməmişdir. Onda olan məlumata əsasən əri İbrahimxəlil mənzil sahibəsi Cavabdeh2 və sonuncunun əri kimi özünü təqdim edən Şahəddin adlı şəxslə alqı-satqı ilə bağlı danışıq aparmışdır. Həmin danışığa əsasən Vüsalə mənzili onlara qarajı ilə birlikdə ümumilikdə 140.000 manata satmağa razılıq vermişdir. Həmin mənzilin çıxarışı olmamış və mənzil MTK-ın müqaviləsi əsasında Vüsaləyə satılmışdır. Razılaşmaya əsasən qeyd edilən pulu Vüsaləyə verdikdən sonra MTK Vüsalə ilə müqaviləyə xitam verib, onlarla yeni alqı-satqı müqaviləsi bağlamalı olmuşdur. Beləliklə onun və əri İbrahimxəlilin iştirakı ilə 2019-cu ilin may ayının 27-də həmin MTK-da Cavabdeh2 ərizə yazaraq mənzili ona satması barədə razlıq vermişdir. Ərizənin məzmunundan görünür ki, Vüsalə MTK-da olan payından imtina etmişdir. O isə özünə məxsus olan 130.000 manat məbləğində pulu orada Cavabdeh2 və sonuncunun əri kimi tanıdığı Şahəddin adlı şəxsə vermişdir. Qaraj üçün onlara müəyyənləşdirilmiş 10.000 manatı isə əvvəlcədən beh qismində əri İbrahimxəlil Şahəddin adlı şəxsə vermişdir. Həmin Şahəddin özünü ərinə ilk olaraq Rasim kimi təqdim etmişdir. Beləliklə ümumi pulu Vüsaləyə verdikdən sonra MTK-ın hüquqşünası müvafiq sənədləşdirmə işlərini aparmışdır. Mənzil sahibəsi Vüsalənin adından sonuncunun əri kimi tanıdığı Şahəddin Ağayev etibarnamə əsasında çıxış etmişdir. Şahəddin və Vüsalə ilə söhbət zamanı onlardan mənzildə yaşayıb-yaşamadıqlarını soruşmuşlar. Onlar isə bildirmişlər ki, mənzili hələlik kirayə vermək istəmişlər. Onlar isə təklif etmişlər ki, yeni mənzil almışlar və təmirə ehtiyacı vardır. Bu səbəbdən də xahiş etmişlər ki, bu müddət ərzində kirayə müqaviləsi əsasında həmin mənzildə yaşasınlar. Onlar razılşmışlar və 18 ay müddətinə kirayə müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən onlara aylıq 500 manat kirayə haqqı verməli olmuşlar. Həmin mənzili onlar Vüsalədən təmirli vəziyyətdə və əşyaları ilə birlikdə almışlar. Sonralar mənzilin özəlləşdirilməsi məqsədi ilə müvafiq dövlət orqanına müraciət etmişlər. Lakin pandemiya ilə əlaqədar olaraq sərt karantin rejimi tətbi olunduğundan bu məsələ uzanmışdır. Növbəti dəfə müraciət etdikdə məlum olmuşdur ki, mənzil başqa şəxsə yəni, Cavabdeh3 satılmışdır. Sonralar bu barədə Vüsalədən soruşduqda sonuncu Şəhlaya başqa bir mənzil tapacağını vəd vermişdir. Beləliklə nəticədə məlum olmuşdur ki, Vüsalə və sonuncunun əri kimi tanıdığı Şahəddin adlı şəxs iki nəfərə eyni mənzili satmışdır. Bununla bağlı o, Nəsimi Rayon Məhkəmsinə iddia ərizəsi ilə müraciət etmişdir və hazırda orada mülki iş icraatda baxılır. Mənzil mübahisəsi ilə bağlı məhkəməyə müraciət etdiyindən cinayət işi üzrə Vüsalə və Şahəddindən heç bir şikayəti və tələbi olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş X2 və X3 Gülnarə İlham qızının göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadələr vermişlər. İstintaq zamanı şahid qismində dindirilmiş X57 ifadəsində göstərmişdir ki, ... Onlar Ramili qəbul etmişlər və birlikdə anası Vüsaləyə məxsus olan ünvan 9 ünvanında yaşamağa başlamışlar. ... Təxminən 2019-cu ilin oktyabr ayından etibarən nənəsi Tükəzban və anası Vüsaləyə məxsus olan əmlakları satmağa başlamışlar. ...19 may 2020ci il tarixdə anası Cavabdeh2 məxsus olan və həmin dövrə kimi yaşadıqları ünvan 8 ünvanını anası satmışlar. İstintaq zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, təxminən 2005-ci il tarixdən "xxxx" MTK-da hüquqşünas vəzifəsində işləyir. MTK-nın ofisi ünvan 14 ünvanında yerləşir. MTK-nın hazırki sədri X39r. Ağabəy Musayev bu vəzifədə 2015-ci ildən işləmişdir. Cavabdeh2 ailəsini təxminən 2006-cı ildən tanımış, həmin vaxt Vüsalənin atası Vüsalənin adına "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 44c, 3007-ci məhəllə, blok A, 13-cü mərtəbədə yerləşən, sahəsi 131,43 kv. metr olan üç otaqlı 59 nömrəli mənzili 49480 ABŞ dollarına almışdır. Təmirdən sonra Allahverdi arvadı ilə orada yaşamağa başlamışlar. Bir müddət sonra Vüsalə də öz övladları ilə birlikdə orada yaşamağa başlamışlar. Təxminən 2019-cu ilin may ayında özünü Cavabdeh2 əri kimi təqdim edən Rasim adlı şəxs İbrahimxəlil və Elxan adlı şəxslərlə ofisə gələrək Vüsalənin adına olan, mənzili İbrahimxəlilə satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə onu tanımadığını və Vüsalə ilə söhbət etmək istədiyini bildirmişdir. Sonra həmin şəxsin mobil telefonu vasitəsilə Cavabdeh2 ilə danışmışdır. Cavabdeh2 ona mənzili satmaq istədiyini təsdiqləyəndən sonra, o, İbrahimxəlildən mənzilin digər şəxsin adına sənədləşdirilməsi üçün zəruri olan sənədləri istəmiş, o cümlədən birinci əri olan Anar adlı şəxsin razılıq ərizəsini, belə ki, həmin mənzil Vüsalənin adına alınanda sonuncu rəsmi nikahda olmuşdur. Təxminən 5-6 gündən sonra- xx.xx.2019-cu il tarixdə Vüsalə, özünü Vüsalənin əri kimi təqdim edən Rasim adlı şəxs, mənzili almaq istəyən İbrahimxəlil, arvadı Gülnarə və onların qohumu Elxan adlı şəxs MTK-nın ofisinə gəlmişlər. Orada Vüsalə ona yaşadığı mənzilə dair müqaviləni, maliyyə arayışını, keçmiş əri Anarın mənzilin satılması ilə bağlı razılıq ərizəsini, nikahın pozulması haqqında şəhadətnamənin surətini, şəxsiyyət vəsiqələrinin surətlərini, ailə tərkibi haqqında arayışı, həmçinin Rasim kimi tanıdığı X13 adına verilmiş xx.xx.2019-cu il tarixli etibarnamənin surətini ona təqdim etmiş, bundan sonra ofisdə katibə işləyən Aytən Əliyeva onu göstərişi ilə Vüsalənin adından Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 44c, 3007-ci məhəllə, blok A, 13-cü mərtəbədə yerləşən, sahəsi 131,43 kv. metr olan üç otaqlı 59 nömrəli mənzilə görə ödənilmiş 49480 ABŞ dolları, yəni pay haqqının İddiaçı adına keçirilməsi və pay haqqından könüllü olaraq azad edilməsi ilə bağlı ərizə yazmışdır. Cavabdeh2 ofisdə ərizə ilə tanış olduqdan sonra ərizənin alt hissəsində «Ərizə mənim sözlərim ilə düzgün yazılmışdır, oxudum, məzmunu ilə razıyam» cümləsini yazıb və ərizəni imzalayaraq tarix qoymuşdur. Bundan sonra Vüsalənin adına olan mənzil İddiaçı adına sənədləşdirilmişdir. Sənədləşdirmə prosesi gedərkən İbrahimxəlil mənzilə görə danışılmış məbləği ofisin foyesində Vüsaləyə ödəmişdir. Vüsalə və Rasim foyedə pulları sayıb götürmüşlər. Sənədləşdirmə başa çatandan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı adına "xxxx" kooperativ binada mənzil tikintisi haqqında müqavilə tərtib edilmiş və sonuncuya xx.xx.2019-cu il tarixli maliyyə arayışı təqdim edilmişdir. Təxminən 15 gündən sonra İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün MTK tərəfindən «mənzilin sənədləşdirilməsi ilə bağlı protokoldan çıxarış» təqdim edilmişdir. Təxminən bir ildən sonra İddiaçı ofisə gələrək Cavabdeh2 aldıqları mənzilə dair başqa bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olduğunu bildirmişlər. O isə onlara Cavabdeh2 həmin mənzilin özəlləşdirilməsi ilə bağlı heç bir sənədin verilmədiyini bildirmişdir. Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün MTK tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Mənzilə dair DƏDRX-dən çıxarış alınması üçün maliyyə arayışının və «mənzilin sənədləşdirilməsi ilə bağlı protokoldan çıxarış»ın təqdim edilməsi kifayət etmişdir. Cavabdeh2 mənzilə dair çıxarışın alınması üçün DƏDRX-nə hansı sənədləri təqdim etdiyini o, bilməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş X4 İskəndərovun göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. İstintaq zamanı şahid qismində əlavə dindirilmiş X30 ifadəsində göstərmişdir ki, Ramil Musazadə ona 15000 manat pul verməmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəlində onlara məlum olmuşdur ki, Vüsalə mənzili və qarajı öz adına özəlləşdirdikdən sonra həmin mənzili və qarajı Şəhla adlı qadına satmışdır. Onlar bununla bağlı 2020-ci ilin oktyabr ayında MTK-nın hüquqşünası Bəhlul İskəndərova müraciət etmiş, sonuncu isə onlara İddiaçı yuxarıda qeyd etdiyi mənzil və qarajdan imtina etməsi ilə bağlı ərizə yazacağı təqdirdə Cavabdeh2 135000 manat pulu İddiaçı qaytaracağını bildirmişdir. O, Gülnarə, sonuncunun əri İbrahimxəlil, Gülnarənin vəkili Ülvi, Ramil Musazadə, Vüsalə və onların Heydər adlı vəkili Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 51 saylı notariat ofisinə getmişlər. Orada notariat ofisinin əməkdaşı Gülnarənin Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 3007-ci məhəllə, 59 nömrəli mənzildən və qarajdan imtina etməsi ilə bağlı ərizə yazmış, o da Gülnarənin ona verdiyi etibarnamə əsasında həmin ərizəni imzalamışdır. Gülnarə 2020-ci ilin may ayında ona bir il müddətinə onun adından imza etmək üçün müvafiq etibarnamə vermişdir və o, həmin etibarnamə əsasında Gülnarənin adından ərizəni imzalaya bilməmişdir. Gülnarənin əri İbrahimxəlil həmin imtina ərizəsini ona imzalamağı dediyi üçün, o da Gülnarənin adından həmin ərizəni imzalamışdır. Gülnarənin adından sənədləşdirmə işlərinin aparılması ona həvalə edilmişdir. Onlar notariat ofisindən çıxanda Ramil və Vüsalə bildirdilər ki, «gedin MTK-nın ofisinə, biz də ora gəlirik və mənzilə görə 135000 manat pulu gətiririk». Lakin onlar MTKnın ofisinə getsələr də, Ramil və Vüsalə MTK-nın ofisinə gəlməmişlər. Notariat ofisinə getməmişdən öncə isə Ramil ona 135000 manat pulun idarə etdiyi avtomobilin yük yerində olduğunu bildirmişdir. Ramil və Vüsalə MTK-nın ofisinə gəlmədikləri üçün o, 51 saylı notariat ofisində yazdığı ərizəni MTK-nın hüquqşünası Bəhlul İskəndərova təqdim etməmişdir. Onlar vəkil tutmuşlar və vəkil isə bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mənzili "xxxx" MTK-nın vasitəsi ilə əldə etdikləri üçün onlar da həmin MTK-ya müraciət etmişlər. İstintaq zamanı şahid qismində əlavə dindirilmiş X14 ifadəsində göstərmişdir ki, X37 Musazadəyə bütün pulların verilməsində iştirak etməmiş, belə ki, Şücayət təklikdə də özü Ramilə pul vermişdir. Şücayət Ramilə pul verməsini, Ramil isə Şücayətdən pul almasını təsdiq edəndən sonra əməkdaşlarına beh müqaviləsini sənədləşdirməsinə dair göstəriş vermiş, yəni Ramil və Şücayət əməkdaşlarının birinin işitirakı ilə beh müqaviləsini imzalayırdılar. Beh müqavilələrini tərtib edən əməkdaşın isə nə üçün həmin müqavilələri imzalamamasını bilmir. Eyni zamanda, beh müqavilələrindən birində Şücayətin və Ramilin nə üçün imza etmədiklərini də bilmir, ola bilsin ki, əməkdaşı burada səhlənkarlıq edib. Onu da qeyd etmişdir ki, beh müqavilələrini müxtəlif əməkdaşlar tərtib etmişlər. İmzalar olmayan beh müqaviləsi özü-özlüyündə hüquqi əhəmiyyət kəsb etmir, belə ki, yekunda X56 Həbibzadədən mənzilə görə beh şəkilində hissə-hissə olmaqla, ümumilikdə 61000 manat pulun almasını təsdiq edən yekun beh müqaviləsini imzalayıb, həmin müqaviləni Şücayət Həbibzadə də imzalayıb. Həmin beh müqaviləsinin ikinci bəndində tərəflər arasında alqı-satqı müqaviləsinin 05 sentyabr 2020-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur, lakin həmin beh müqaviləsində əməkdaş tərəfindən texniki səhv yol verilərək «dekabr» sözünün əvəzinə səhvən «sentyabr» sözü yazılmışdır.” Birinci instansiya məhkəməsində icraat İddiaçı G. Quliyevanın tələbi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli, AN-İ № ******* saylı müqavilənin etibarsız hesab olunması; Mənzilin qeydiyyatı ilə bağlı sonrakı hüquqi nəticələrin ləğv edilməsi; Cavabdeh3 ünvan 1-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. G. Quliyevanın iddia tələbinə verilmiş dəqiqləşdirmə: İddiaçının nümayəndəsi və vəkili iddiaya dəqiqləşmə təqdim edərək, ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin Cavabdeh2 ilə Cavabdeh3 arasında alqısatqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli, 4Ə-420 reyestr qeydli müqavilənin etibarsız hesab olunması; Mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsi; Cavabdeh3 ünvan 1-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq İddiaçı təhvil verilməsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş və Bakı şəhər Nəsimi rayon 3007-ci məhəllə Tibilisi prospekti 44C ünvanında yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17.2 kv.m-dan ibarət qaraj sahəsi satıldığından Cavabdeh2 ilə razılaşmış və 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıcı və yeni payçı qismində onun, yəni İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh2 bütün sənədləri MTK-ya təhvil vermiş, ondan mənzilin satışına görə pulunu almışdır. Bu rəsmiləşmə zamanı keçmiş payçı Cavabdeh2 razılığı alınmış, həmin şəxs payından imtina etmiş və MTK yeni payçı olaraq adına yeni müqavilə rəsmiləşdirilmişdir. Cavabdeh2 öz paylarından G.Quliyavnın xeyrinə imtina etməsini rəsmən bəyan etmişdir. Cavabdeh2 müqavilənin rəsmiləşdirilməsindən bir il keçdikdən sonra hansısa özünə bəlli olan uydurma əsaslarla qeydiyyat orqanına sənəd təqdim edərək mənzili öz adına qeydiyyatdan keçirmiş və mülkiyyətinə salmışdır. Sonradan isə məqsədli olaraq özgəninkiləşdirərək qanunsuzluq etmişdir. Təqdim olunan protokoldan çıxarışda qeyd olunan rəhbər şəxs faktiki həmin dövrdə müəssisənin sədri olmamış, imzalar saxtalaşdırılmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)1473/2021 saylı qətnaməsilə “İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbinə dair ilkin iddia tələbi təmin edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunmuş, Cavabdeh2 mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı qızma və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5636/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 1361/2023 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməməklə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunduğundan və Cavabdeh2 həmin mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edildiyindən mənzilə dair Cavabdeh2 rəsmiləşdiridiyi bütün əqdlər etibarsız hesab olunmalıdır. Bununla yanaşı Cavabdeh2 məqsədli olaraq saxta sənədlərlə adına keçirdiyi mənzili özgəninkiləşdirirərək aradan çıxmışdır. Notariat qaydasında 19 may 2020ci il tarixdə Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzilə dair Cavabdeh3 adına bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmış, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Azərabycan Respublikasının Konstitusiyasının 13, 29, 33, 60-cı maddələrinə, Azərabycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.1, 157.2, 157.4, 337.1 əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh3 iddia tələbinə etrazının və qarşılıqlı iddiasının dəlilləri: Cavabdeh3 iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia irəli sürərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 13.000 manat, mənəvi ziyanın əvəzi olaraq 15.000 manat məbləğində kompensasiyanın, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun, habelə hüquqi yardım üçün çəkilmiş 220 manat xərcin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzili (yeni qaydalarla: AZİ 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) 19 may 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsi əsasında və əvəzi ödənilməklə, mənzilin mülkiyyətçisi Cavabdeh2 Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələblərinə riayət etməklə satın almışdır. Bundan sonra mənzil mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, mənzili daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın həqiqiliyinə və tamlığına güvənərək almışdır. Cavabdeh2 mənzilin mülkiyyətçisi olduğuna dair heç bir problemin olmadığını yoxlamaqla yanaşı, mənzilə faktiki olaraq yerində baxarkən də, mənzilin ona məxsus olduğuna dair heç bir şübhə yaranmamışdır. Belə ki, Cavabdeh2 mənzilin hər yerini ona göstərib, mənzil barədə məlumat vermişdir. Misal üçün, o, yataq otağına bitişik qarderob otağında kiçik gizli seyfin olduğunu bildirmiş, üstündə adı olan mənzilin qaz sayğacını ona təqdim etmiş, mənzilin domofonunun necə işlədiyini və mənzildə iki internet xəttinin olduğunu və sair bu kimi xırda detalları da bildirmişdir. Yəni, mənzil təkcə hüquqi deyil, həm də faktiki olaraq da mülkiyyətçinin - Vüsalə Allahverdiyevanın istifadəsində olmuşdur. Bu incəlikləri ona bildirən şəxsin mənzilin mülkiyyətçisi olmadığını düşünmək mümkün deyildi, bütün bu prosesdə onun mənzilin mülkiyyətçisi olduğuna dair onda və ailə üzvləri ilə heç bir şübhə olmamışdır. O, mənzili aldıqdan sonra həyat yoldaşı Əmir Əliyevlə mənzilə getmişlər, mənzilin yerləşdiyi binanı inşa etmiş “Tac Mahal’' MTK-nın işçiləri onların mənzilin yeni sahibi olduğunu görmüşlər, binanın komendantı həyat yoldaşının adını və telefon nömrəsini sakin kimi qeydiyyata almışdır. Bundan başqa MTK-ya mənzilə görə dəfələrlə xidmət haqları ödəmişlər. Buna baxmayaraq, ötən müddət ərzində mənzilə dair bütün hüquqları (mənzildə yaşamaq, onun tərkib hissələrindən istifadə etmək və s.) İddiaçı əsassız iddialarına görə məhdudlaşdırılmışdır. Qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın alqı-satqı prosesində 2 qurum birbaşa iştirak edir notarius və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi. Daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin notariat qaydada həyata keçirilməsinin əsas məqsədi sıravi vətəndaşların həyatında mühüm əhəmiyyət kəsb edən mənzil alqı-satqısının təhlükəsizliyinin təmin olunması, onun kimi vicdanlı alıcıların hüquqlarının qorunmasından ibarətdir. Dövlətin vicdanlı alıcıların hüquqlarının qorunmasına yönəlmiş bu niyyəti məhkəmə tərəfindən də müdafiə olunmalıdır. Bu həm də mülki dövriyyə iştirakçıları arasında inam mühitini artırmaqla, vergidən yayınma hallarının qarşısını almaqla dövlətin öz maraqlarının reallaşması üçün vacibdir. Dövlətin 2 qurumuna inanaraq, vergi və rüsumu ödəyərək, öz mənzilini satıb ordan götürdüyü vəsait hesabına bu mənzili almışdır. Azərabycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, “İnsan hüquqlarının və X26 haqqında” Avropa Konvensiyasının 1-ci maddəsi, Azərabycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 144.1, 144.2, 148.2, 149.2, 152.1, 152.5, 178.1 152.5-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyetri haqqında” Azərbaycan Respublikası Qanunun 16.6-cı maddəsinə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh3 qarşılıqlı iddia tələbinin əsaslandırılması: Cavabdeh2 arasında bağlanmış 19 may 2020-ci il tarixli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi"nə əsasən, mənzil mülkiyyətinə verilmiş və 07 avqust 2020-ci il tarixdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Mənzilə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzil təhvil verilmiş, bundan sonra isə mənzildə təmir işlərinə başlanılmışdır. Lakin, cavabdeh İddiaçı tərəfindən mənzillə bağlı Cavabdeh2 Allaheverdi qızına və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, həmin iddia ərizəsi üzrə işə baxılması zamanı Nəsimi Rayon Məhkəməsinin 2(006)-6275/2020 saylı, 11 dekabr 2020-ci il tarixli qərardadı ilə iddia təminetmə/müvəqqəti təminat tədbirinin tətbiq olunması ilə əlaqədar mənzildən istifadə hüququndan tamamilə məhrum olunmuşdur. Bundan sonra, həmin işə məhkəmə instansiyaları tərəfindən baxılmış və qəbul edilmiş məhkəmə aktlarına görə, İddiaçı iddiasının təmin olunması qət edilmişdir. Göründüyü kimi, İddiaçı əvvəlki iddia tələbi ona qarşı yönəlməmiş, lakin iddiası ilə əlaqədar faktiki olaraq mülkyyətində olan mənzildən istifadə edə bilmir. Nəticədə bu müddət ərzində ailə üzvlərimlə birgə Bakı şəhəri Yasamal rayonu ərazisində kirayə mənzildə yaşamağa məcbur qalmış. Odur ki, cavabdeh tərəfindən mənzili ilə bağlı iddia tələblərinin məhkəməyə verilməsi nəticəsində maddi və mənəvi zərər vurulmuşdur. 2021-ci ilin iyun ayının əvvəlindən bu günə kimi hər ay 500 manat olmaqla, ümumilikdə 13.000 manat məbləğində kirayə haqqı ödəməyə məcbur qalmış. Bundan əlavə, bütün bu müddət ərzində əsəb, mənəvi sarsıntı və iztirab keçirmiş, bu stress həm də şəkər xəstəliyimin ağırlaşmasına səbəb olmuşdur. Bununla da maddi zərərdən əlavə, mənəvi zərər dəymişdir. Vurulmuş maddi və mənəvi zərərə görə, cavabdehdən xeyrinə kompensasiya tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, "İnsan Hüquqlarının və X26 Haqqında Konvensiya"mn 41-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 115.1, 149-150-ci maddələrinə, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilir. Cavabdeh3 nümayəndəsi və vəkili tərəfindən yazılı sürətdə ilkin iddia tələbinə münasibət bildirilmiş, iddianın müddətinin keçməsi barədə dəlillərə əsasən ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Nümayəndə qeyd edilmişdir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsinə əsasən, mənzil Cavabdeh3 mülkiyyətinə keçmişdir. Hazırda həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh3 vicdanlı əldə edən hesab edilir. İddiaçı 2020-ci ilin noyabr ayında mənzilin qapısını sındırdığı gündən mənzilin mülkiyyətçisinin Cavabdeh3 olduğunu bilmişdir. Daha sonra Cavabdeh3 İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı iddiası ilə əlaqədar, üçüncü şəxs kimi işə qoşulmuş və mənzili Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə riayət etməklə əldə etdiyini öz etirazında bildirmiş və daşınmaz əmlakın dövlət reyestrindən öz adına olan çıxarışı məhkəməyə təqdim etmişdir. Hər bir halda, İddiaçı 27 may 2021-ci il tarixdən etibarən Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzilə dair bağlanmış 19 may 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə məlumatlıdır. Belə ki, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı "alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, Cavabdeh2 mənzilin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokolunun və ondan çıxarışın və 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə" iddiası üzrə mülki işə baxılan zaman məhkəmə 09 aprel 2021-ci il tarixli sorğu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin sorğuya cavab məktubu ilə 19 may 2020-ci il tarixli müqavilə və mənzilə dair digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Lakin İddiaçı həmin vaxt 19 may 2020-ci il tarixli müqaviləni mübahisələndirməmiş, yalnız 2 ildən sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilməsini göstərməklə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edərək məhkəmədən qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir. Tərəflərin izahatı a) İddia tərəfinin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında qeyd etdi ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin buraxılması haqqında mülahizələri əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iş üzrə Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş və Bakı şəhər Nəsimi rayon 3007-ci məhəllə Tibilisi prospekti 44C ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17.2 kv.m-dan ibarət qeyri-yaşayış sahəsi olan qaraj sahəsinə olan hüquqlarından rəsmi olaraq imtina etmişdir. Razılaşma əsasında onun öz payından imtinası və müvafiq ərizə verməsi yolu ilə alınması nəzərə alınaraq 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında əmlakların keçmiş payçısı Cavabdeh2 adından çıxarılaraq alıçı və yeni payçı qismində İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh2 məqsədli olaraq saxta sənədlərlə sonradan adına keçirdiyi mənzili özgəninkiləşdirərək aradan çıxmışdır. Notariat qaydasında 19 may 2020-ci il tarixdə Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 4ə-420 reyestr qeydli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. Bundan əvvəl isə xx.xx.2020-ci ildə Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 3M-610 reyestr qeydli ilkin alqı-satqı müqaviləsi ilə sözü gedən əmlakın Cavabdeh3 satılması rəsmiləşdirilmişdir. Bütün bunlardan onlar gec xəbər tutmuş və dərhal müvafiq işlərə başlamışlar. Belə ki, Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmazdan əvvəl aşağıda qeyd olunan məhkəmə qərarlarının qəbul edilməsindən öncə mənzilin özəlləşdirilməsi, alqı-satqısı ilə bağlı Binəqədi Rayon Məhkəməsində və Nərimanov Rayon Məhkəməsində iddialar qaldırılmışdır. Lakin, həmin iddialar aidiyyat məsələləri səbəbindən qərardadlarla geri qaytarılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 6958/2020 saylı qərardından sonra xx.xx.2020-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nərimanov Rayon Məhkəməsində aidiyyat məsələsinin əsas tutulması ilə qərardadı üzrə iddia geri qaytarıldığından sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuş və preyudisial hüquqi qüvvəsi olan məhkəmə qərarları ilə iddiaçının hüquqi mövqeyi təsdiqlənmişdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu isə öz növbəsində o deməkdir ki, eyni tərəflər arasında, eyni əmlakla bağlı mübahisəli hal davam etdiyindən və İddiaçı mövqeyi məhkəmələr tərəfindən müdafiə olunduğundan iddia müddəti ötürülməmişdir və heç bir kəsici və yaxud digər müddət instititu bu işdə tətbiq edilə bilməz. Digər bir tərəfdən, əgər müddəti buraxmışdılarsa, məhkəmə birinci olaraq alıcı qismində çıxış edən və halal əmlakını tələb edən tərəfin yuxarıda keçdiyi mərhələli nəzərə alaraq onun vəziyyətini üzürlü hesab edə bilər. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələblərinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunun mənasına görə məhkəmə müəyyən müddətdə şəxsin prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik törədən istənilən həyati halı üzürlü səbəb hesab edə bilər. Ona görə də hazırkı vəziyyətdə İddiaçı tərəfindən heç bir müddət pozuntusuna yol verilmədiyindən iddia müddəti ötürülməmiş hesab olunmalıdır. b) Cavabdeh tərəfin izahatı: Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, Cavabdeh2 ilkin alqı-satqı müqaviləsi bağlanmamışdan qabaq Anar adlı şəxs ofisində evə dair beh verən zamanı və sonra isə alqı-satqı zamanı notariat ofisində görmüşdür. Bundan əvvəl Cavabdeh2 tanımamışdır. Beh müqaviləsi təxminən 19-20 may 2020-ci ildə bağlanmış, tam olaraq yadında olmasa da 1500 manat beh vermiş və sonra isə Cavabdeh2 mənzilə dair çıxarışı alacağı barədə müraciət etdiyini bildirmişdir. Mənzilə baxış keçirilən zaman Cavabdeh2 oğlu orada olmuşdur. xx.xx.2020-ci ildə ilkin olaraq müqavilə bağlanmış və ödəniş iki hissəndən olmuşdur. Həmin vaxt evə dair ancaq müqavilə olmuş və çıxarış o zaman alınmamışdır. Çıxarışsız evlərin alqı-satqı qaydası barədə məlumatı var, öz evini müqavilə əsasında, çıxarışsız satmışdır. Çıxarış aldıqdan sonra evin 2-ci ödənişini həyata keçirmişdir. Evin açarını ona vermiş özü isə kirayədə qalmışdır. Cavabdeh2 saxta müqavilə olması barədə məlumatı olmamışdır. Bu məsələdə Cavabdeh2 təqsirkar olmasını qeyd etmişdir. Müqavilələrdə başqa MTK sədri tərəfindən imza çəkilməsini görməmişdir. Həmin evlə bağlı mübahisənin olmasını 2020-ci ilin noyabr ayında bilmişdir. Cavabdeh2 məhkəməyə yazılı şəkildə izahatla müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Həmin izahatda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 59 saylı mənzil onun sahibliyində və istifadəsində olmuş və "Tac Mahal’ MTK tərəfindən verilmiş müvafiq sənədlər əsasında mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Sonradan mənzili satmaq qərarına gəldiyi üçün onunla Cavabdeh3 arasında mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı notariat qaydasında təsdiqlənən 19 may 2020-ci il tarixli müqavilə bağlanmışdır. Onu əlavə etmişdir ki, nə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almazdan əvvəl, nə ondan sonrakı müddətdə, nə də mənzili Cavabdeh3 satan zaman mənzillə bağlı hər hansı mübahisə olmamışdır. O, mənzilin mülkiyyətçisi olaraq, mənzili Cavabdeh3 qzına satmış və qanunvericiliyin tələbinə uyğun olaraq aralarında notariat qaydasında təsdiqlənən müqavilə bağlanmış, nəticədə Cavabdeh3 mənzilə mülkiyyət hüququ yaranmışdır. Mənzillə bağlı mübahisə isə sonradan, yəni İddiaçı 2020-ci ilin dekabr ayında ona qarşı “alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi və tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra məlum olmuşdur. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı şəkildə izahatla müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində ifadə vermiş X19 bildirmişdir ki, 2019-2020-ci illərdə "xxxx" MTK-nın komendantı olmuş, bina sakinlərindən kommunal ödənişləri yığmışdır. İddiaçı və Cavabdeh2 arasında mənzil mübahisəsi olmuşdur. Cavabdeh2 mübahisəli evin 12 və ya 13 mərtəbəsində 2 oğlu ilə yaşamış və sonra isə mənzili satmaq istəmişdir. Həmçinin İddiaçı və həyat yoldaşı İbrahim adlı şəxsi 2019-cu ilin aprel ayında işləməyə başladığı zaman tanımış. İbrahim ona həmin binada mənzili olduğunu bildirmişdir. Daha sonra isə Cavabdeh3 və həyat yoldaşı həmin binada ev almaq istəmiş və onlara həmin bəyəndikləri mənzilin mübahisəli olduğunu və bununla bağlı "xxxx" MTK-ya gedərək dəqiqləşdirməsini məsləhət görmüşdür. Mübahisə olan mənzilə dair sənədlərində problem olduğuna görə Cavabdeh3 və həyat yoldaşına məlumat verərək "xxxx" MTK-dan maraqlanmalarını bildirmişdir. İddiaçı həmin mübahisəli mənzildə yaşamasını görməmiş, yalnız həyat yoldaşı İbrahim adlı şəxsi tanımışdır. İbrahim adlı şəxs gələrək mənzilin sənədini göstərmişdir. Həmin mənzilə dair kommunal ödənişlər etməmişdir. Cavabdeh2 uşaqları ilə həmin binada kirayədə qalmışdır. Kommunal ödəniş etməmişdir. 2019-cu ilin iyun-iyul aylarında İddiaçı həyat yoldaşı İbrahim adlı şəxs binaya gələrək buradan mənzil aldığını bildirmişdir. Mənzilin Cavabdeh2 mülkiyyətində olmaqla, kommunal ödənişlərin başqa şəxs tərəfindən ödənilməsi ehtimalını bildirdi. Ramin adlı şəxsi tanımamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh3 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına “Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair” hissədə xitam verilməsi qərara alınmışdır. (Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi) Məhkəmə iddia tələbinə münasibətdə ilk öncə qeyd etmişdir ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə, forması və məzmununa, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir (Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli qərarı). Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun 2 aprel 2021-ci il tarixli qərarı). Cavabdehlər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqısı müqaviləsinin subyektləri kimi Cavabdeh2 – “Satıcı”, Cavabdeh3 –“Alıcı” qismində çıxış etməsi tələb olunur. Qanunvericilklə bu tipli müqavilələrdən irəli gələn münasibətlərin predmetini satıcı tərəfindən əşyanı alıcının mülkiyyətinə verməsi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəliyi təşkil edir (Mülki Məcəllənin 567-ci maddəsi). Cavabdeh2 əmlakın satıcısı qismində çıxış etməsi üçün əmlaka sərəncam vermək hüququnun olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin olması zərurirdir. Qanunvericikdə ikin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (Mülki Məcəllənin 402.1-ci maddəsi). Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin müqaviləyə əlavə edilmiş sənədlərədən bəlli olur ki, satıcı Cavabdeh2 əmlakın mülkiyyətçisi olmasını onun "xxxx" MTK ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə ilə təsdiq edilmişdir. Notarial qaydada bağlanmış ilkin müqaviləyə Cavabdeh2 tərəfindən həmin mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı əlavə edilməmiş və ya təqdim edilməmişdir. O cümlədən, ilkin müqavilə bağlanarkən Cavabdeh2 satılan əmlakın mülkiyyətçisi olmasını bildirən məlumatlar müqavilədə əks olunmamışdır. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixli ilkin müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı” mənzilə dair bu müqavilə bağlandığı andan “Alıcı”-ya xx.xx.2020-ci il tarixdə mənzili təhvil verməyi öz öhdəsinə götürür. 23 saylı notariat ofisinin notariusunun (Z.Dəmirov) ilkin müqavilənin 3.1-ci bəndində göstərildiyi satıcı Cavabdeh2 hansı əsasla mənzilin mülkiyyətçisi olduğu qənaitinə gəldiyi və bunu hansı sənədlərlə təsdiq olunduğu müqavilədən bəlli deyildir. Notarius və Cavabdeh3 mənzilin mülkityətçisinin Cavabdeh2 olmasına tam əmin olduqda belə, dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakın alqı-satqısı barəsində müqavilə notariat təsdiqi deyil, mənzil kooperativində bağlanmalı və mənzil yeni mülkiyyətçiyə rəsmiləşdirilməli idi. Çünki, bu vəziyyətdə daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə qanunvericilik yol vermir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Çıxarışı olmayan mənzilin alqı-satqısı qaydası barəsində məlumatlı olmasını Cavabdeh3 öz ifadəsində təsdiq etmişdir (Mülki Məcəllənin 139-1.1.6, 146.3-cü maddəsi). Buna baxmayaraq, notarius və Cavabdeh3 ilkin müqavilə bağlayarkən Cavabdeh2 mülkiyyətçi olmasının təsdiqi kimi onun mənzil kooperativi ilə xx.xx.2006-cı il tarixli müqaviləni görməklə qeyd olunan məsələyə lazımı diqqət, sayıqlılıq və ehtiyyatlılıq göstərməmişlər və ya göstərmək istəməmişlər. Qanunvericiliklə belə hallarda pay haqqının tam ödənilməsi ilə əmlaka mülkiyyət hüququ əldə edilir (Mülki Məcəllənin 178.8-ci maddəsi). Qeyd olunmalıdır ki, daşınmaz əmlakla bağlı əqdlərin təsdiqlənməsi səlahiyyətlərini həyata keçirən notariat orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda notariusların üzərinə belə əmlakı özgəninkiləşdirən şəxslərin sərəncam hüququna malik olmasının yoxlanması ilə bağlı bir sıra vəzifələr qoyulur. Cavabdeh2 təqdim etdiyi sənədlər əsasında satılan əmlakın mülkiyyətçisi olmasını müəyyən etməkdən ötrü bu sahədə formalaşan işgüzar adətlərə uyğun olaraq əmlakın dəyərinin kooperativə tam ödənilməsi barədə maliyyə arayışının mövcud olması, o cümlədən tikinti kooperativinə müraciət etməklə bu məlumatların yoxlanılması məntiqəuyğundur. Göstərilənlər öz təsdiqini tapdıqdan sonra isə kooperativlə yeni müqavilənin, maliyyə arayışının tərtib edilməsinə dair iradə ifadəsinin bildirilməsi, razılığın alınması formalaşmış işgüzar adət və təcrübəyə uyğun hesab edilir. Bununla da əmlakın mülkiyyətçisinin müəyyən edilməsi ilə bağlı lazımi diqqət, ağlabatan sayıqlılıq və ehtiyyatlılıq ifadə edilmiş olardı (digər məhkəmə icraatlarında kooperativin həmin dövrdə fəaliyyətdə olması təsdiq edilmişdir. İddiaçı ilə "xxxx" kooperativi arasında Cavabdeh2 payın yenidən rəsmiləşdirilməsi qeyd olunan qayda üzrə aparılmışdır). Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əqdin hüquqmüəyyənedici sənədi kimi isə artlq Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə verilmiş çıxarış olmuşdur. Beləliklə, Cavabdeh3 ilkin müqavilə bağlayarkən əmlaka dair Cavabdeh2 əmlaka mülkiyyət hüquqlarına dövlət qeydiyyatının (çıxarışın) sonradan əmələ gələciyini bilirmiş, bu hal hətta ilkin müqavilə şərtlərində razılaşdırılmışdır (ilkin müqvilənin 3.3-cü bəndi). Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər qismində isə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış və ilkin müqavilənin bağlanmasında əsas kimi istifadə edilmiş xx.xx.2006-cı il tarixli müqavilə deyil, Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarış, xx.xx.2020-ci il tarixli maliyə arayışı təqdim edilmişdir (2(006)-1473/2021 saylı nömrəli mülki işin materialları). Bu sənədlər isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Buna məhkəmə araşdırması zamanı iki sənəd arasında aşkar və kobud uyğunsuzluqlar səbəb olmuşdur ki, buna baxmayaraq daşınmaz əmlak müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Bu məsələyə münasibətdə məhkəmə qətnamələrində və istintaq mateteriallarında qiymət verilmişdir. Qeyd olunanlara əsasən, əmlaka dair Cavabdeh2 verilmiş çıxarış Cavabdeh3 ilə alqı-satqı müqaviləsi bağlanana gədər özüözlüyündə etibarsız olmaqla (yəni huquqi nəticələri geriyə şamil olunmaqla) onun əsasında sonrakı qeydiyyat hərəkətləri aparılması ilə, yəni mənzil Cavabdeh3 satılması ilə, həmin çıxarış qüvvədən düşmüş hesab edilməlidir. Hazırda mənzilə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, qeydiyyat reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi iddia tələbi təmin edildikdə, Cavabdeh2 xx.xx.2020ci il tarixdə verilmiş çıxarış bundan əvvəlki vəziyyətinə qayıdaraq etibarsız hesab olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə alqı-satqı müqaviləsi bağlanarkən və bağlandıqdan əvvəl (İddiaçı ilə "xxxx" MTK arasında 27 may 2019-cu ildə bağlanmış müqaviləyə qədər) satıcı kimi çıxış edən Cavabdeh2 mübahisəli əmlakın mülkiyyətçisi olmadığını bilirdi. Preyudisial əhəmiyyəti olan məhkəmə qərarlarına, o cümlədən iş materialllarında qeyd olunan əsaslara (subyekt tərkibinə görə) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixdə bağlanmış əqdin məzmununa aid edilən şərtlər pozulmuş, alqı-satqı predmeti olan daşınmaz əmlaka dair verilmiş hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş sənədlər məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmişdir. Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticə doğurmamaqla əhəmiyyətsiz olmuş, etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır (Mülki Məcəllənin 329.1, 337.2, 337.3, 337.4-cü, Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi). Cavabdeh3 isə alınan əmlaka dair Cavabdeh2 subyektiv hüququnun olmaması barədə ilkin müqavilə və ya daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmasından əvvəl məlumatlı olub-olmaması halı Cavabdeh3 əmlak əldə edilməsinə dair mülki münasibətlərdə vicdanlı davranmasına təsir edən xüsusiyyətdir. Bununla da, iddia tələbinin “mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə təmin edilib edilməməsi məsələsinə təsir edir. İddia tələbinin qeyd olunan hissəsinə münasibətdə məhkəmə araşdlrması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 əmlakın əldə edilməsi ilə bağlı ilkin hərəkətləri onu bəyənməsi olmuşdur. Bunun üçün alınacaq əmlaka baxış keçirmişdir. Cavabdeh3 öz ifadələrində bildirdiyinə əsasən, bu zaman onda əmlakın Cavabdeh2 aid olması təəssüratı yaranmışdır. Əmlakın xx.xx.2020-ci il tarixdən əvvəl Yaqubova Vüsalə (Cavabdeh2 nikahda olduğu dövrdəki soyadı) istifadəsində olması "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə dair verilən qəbzlə də təsdiq olunur (§94). Bu hal həmçinin mübahisəli əmlakın İddiaçı tərəfindən əldə edildikdən sonra Cavabdeh2 kirayəyə verilməsini də təsdiq edir (xx.xx.2019-cu il tarixli kirayə müqaviləsi). Məhkəmə iclasında ifadə verən koopertaivin həmin dövrdə kommendantı olan şahidin Cavabdeh3 onun bəyəndiyi əmlakın mübahisəli olduğunu, yəni digər şəxsə məxsus olması ehtimalı barədə məlumatın bildirilməsini Cavabdeh3 qarşı desə də, Cavabdeh3 belə halın olmasını inkar etmişdir. Əmlakla tanışlıqdan sonra Cavabdeh3 tərəfindən Cavabdeh2 əmlaka dair hansı hüquqmüəyyənedici sənədlərə əsasən mülkiyyətçi olmasının sübutu kimi yalnız ilkin müqavilənin bağlanması zamanı Cavabdeh2 ilə "xxxx" arasında 2006-cı ildə bağlınmış müqaviləni göstərmək olar. Bu sənədlərin və məlumatların yoxlanmasına dair Cavabdeh3 tərəfindən hər hansı yoxlama hərəkətlərinin edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə ilkin müqavilə bağlanarkən əmlakın rəsmi qeydiyyatının olmadığı Cavabdeh3 aşkar bəlli olduğu təqdirdə, tərəfindən yenidən əmlaka dair sənədlərin doğruluğu və tamlığı barədə yoxlama aparmaması, bu hallarda formalaşmış təcrübəyə uyğun kooperativə müraciət etməməsi başa düşülən deyil. Halbuki, Cavabdeh3 öz ifadəsində rəsmi qeydiyyatı olmayan əmlakların alqı-satqı təcrübəsinin olduğunu bildirmişdir. Bununla da Cavabdeh3 əmlakın əldə edilməsinə dair iradə ifadəsini bildirərkən, yəni artıq xx.xx.2020-ci il tarixdə, əmlakın dövlət reyestrində qeydə alınmadığını bilmiş, alıcı kimi əqdin legitimsizliyi barədə məlumatlı olmuşdur. Bu səbəbdən, yaranmış mülki hüquq münasibətlərində Cavabdeh3 vicdanlı əldə edən qismində qəbul oluna bilməz (Mülki Məcəlləsinin 5.3-cü maddəsi) Vicdanlı əldə edən əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 yanvar 2009-cu il tarixli qərarı). Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarı). Qeyd etmək lazımdır ki, xx.xx.2020-ci il tarixdə sonra kooperativin Yaqubova Vüsalə (Cavabdeh2 nikahda olduğu dövrdəki soyadı) adına mənzil üzrə xidmət haqqları barədə qəbzin təqdim edilməsi "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli alqı-satqı və əmlaka dair digər nəticələrdən məlumatsız olduğunu sübut edir (§95). Məhkəmə iddia tələbinin “Cavabdeh3 ünvan 1-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq İddiaçı təhvil verilməsı” hissəsinə münsibətdə qeyd etmişdir ki, sözügedən mənzilə dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixdə verilmış çıxarış ləğv edilməli olduğundan, eləcə də, Cavabdeh3 sözügedən mübasəli mənzildə yaşaması iş üzrə tərəflərin izahatları ilə müəyyən edildiyindən Cavabdeh3 həmin mənzildən çıxarılmaqla mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.2, 152.3 və 152.4, 157.2-ci maddəsi). Məhkəmə Cavabdeh3 nümayəndəsi və vəkilinin iddia müddətinin tədbiq edilməklə iddianın rədd edilməli olmasına dair mülahizələrinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmetinə daxil olan mənzilə dair alğı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanılmışdır. İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl, xx.xx.2020-ci il tarixdə "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış müqavilənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı və protokoldan çıxarışın etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, həmin mübahisə iş üzrə yekun məhkəmə aktı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minməklə yekunlaşmışdır. Odur ki, iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı Cavabdeh3ın nümayəndəsinin və vəkilinin ərizəsinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Cavabdeh3 Cavabdeh2 mənzilə görə ödənilmiş pulun tələb edilməsi hüququna dair ilk olaraq qeyd edilməlidir ki, əqd etibarsız olduqda tərəflər üçün hüquq və vəzifə yaratmır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Lakin, bu halda qanunvericilik tərəfləri hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməyə məcbur edir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Cavabdeh3 bu əsaslarla Cavabdeh2 mənzilə görə aldə etdiyi vəsaitin qaytarılması tələbini irəli sürmək hüququ vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3162/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma tələbinə dair ilk, Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına “Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair” hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3162/2023 nömrəli qərardadından Cavabdeh3 şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1524/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3162/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1391/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1524/2024 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3381/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma” tələbinə dair ilk, həmçinin Cavabdeh3 cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli əlavə qətnaməsi ilə Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddianın “maddi ziyanın ödənilməsi” hissəsinin əsasında “2021-ci ilin iyun ayının əvvəlindən bu günə kimi hər ay 500 manat olmaqla, ümumilikdə 13.000 manat məbləğində kirayə haqqı ödəməyə məcbur qalması, mülkiyyətində olan mənzildə yaşamış olması halında həmin kirayə haqqını ödəməyəcəyi” dəlilləri durmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh3 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, əqd etibarsız olduqda tərəflər üçün hüquq və vəzifə yaratmır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Lakin, bu halda qanunvericilik tərəfləri hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməyə məcbur edir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Hazırki tələblə bağlı qeyd edilməlidir ki, məhkəmə tərəfindən Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqısatqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi etibarsız hesab edilməli olması qət edildiyindən Şəhla Hüseynovanın kirayə haqqı olaraq ödədiyi məbləğə görə İddiaçı cavabdehlik daşımır və hazırki iddia üzrə tələbə cavab verməli şəxs deyildir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Beləliklə “2021-ci ilin iyun ayının əvvəlindən bu günə kimi hər ay 500 manat olmaqla, ümumilikdə 13.000 manat məbləğində kirayə haqqı ödəməyə məcbur qalması” səbəbindən Gülnarə Quliyevdan maddi ziyan tələb etməsi arsında səbəbli əlaqə olmadığından və sonuncu qarşılıqlı iddiaya cavab verməli şəxs olmadığından qeyd edilən hissədə Cavabdeh3 qarşılıqlı iddiası təmin edilə bilməz. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş 15.000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “dəymiş maddi ziyanın ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə bu hissədə qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilmədiyindən hüquqi yardıma görə çəkilmiş xərc və ödənilmiş dövlət rüsumu da Cavabdeh3 aid edilməklə, qeyd edilən hissədə də qarşılıqlı iddi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.6, 21, 139-1.1.6, 140, 146.3, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 178.1, 178.8, 329.1, 337.2, 337.3, 337.4, 337.4, 337.5, 354, 375.2, 386.1., 402.1, 567, 646.1, 646.2, 1096.1, 1097.1, ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82.4, 88, 229.1.1-ci maddələrinə, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1, 15.1.2, 16.6-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 yanvar 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun 2 aprel 2021-ci il tarixli qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli qətnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli əlavə qətnaməsindən apellyasiya şikayətləri verərək qətnamənin və əlavə qətnamənin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma tələbinə dair” iddiasının rədd edilməsi və iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair” qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılır ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Tbilisi prospekti, 100, M14, mənzil 4) dair 19 may 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqavilə”si bağlanmış və müqavilə Bakı şəhəri 23 saylı notariat ofisinin notariusu X47 tərəfindən reyesrdə 4Ə-420 nömrə ilə qeyd edilməklə təsdiq olunmuşdur. Aralarında alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzil faktiki olaraq ona təhvil verilmiş, 05 avqust 2020-ci il tarixdə isə mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata alınmışdır. Qeyd edir ki, mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın həqiqiliyinə və tamlığına güvənərək almışdır. Cavabdeh2 mənzilin mülkiyyətçisi olduğuna dair heç bir problemin olmadığını yoxlamaqla yanaşı, mənzilə faktiki olaraq yerində baxarkən də, mənzilin ona məxsus olduğuna dair heç bir şübhə yaranmayıb. Belə ki, Cavabdeh2 mənzilin hər yerini ona göstərib, mənzil barədə məlumat verib. Misal üçün, o, yataq otağına bitişik qarderob otağında kiçik gizli seyfin olduğunu bildirmiş, üstündə adı olan mənzilin qaz sayğacını ona təqdim etmiş, mənzilin domofonunun necə işlədiyini və mənzildə iki internet xəttinin olduğunu və sair bu kimi xırda detalları da bildirmişdir. Yəni, mənzil təkcə hüquqi deyil, həm də faktiki olaraq da mülkiyyətçinin – Cavabdeh2 istifadəsində olmuşdur. Bu incəlikləri ona bildirən şəxsin mənzilin mülkiyyətçisi olmadığını düşünmək mümkün deyildi, bütün bu prosesdə Vüsalənin mənzilin mülkiyyətçisi olduğuna dair onda və ailə üzvlərində heç bir şübhə olmamışdır. O, mənzili aldıqdan sonra həyat yoldaşı Əmir Əliyevlə mənzilə getmiş, mənzilin yerləşdiyi binanı inşa etmiş "xxxx" MTK-nın işçiləri onların mənzilin yeni sahibi olduğunu görmüş, binanın komendantı həyat yoldaşının adını və telefon nömrəsini sakin kimi qeydiyyata almışdır. Bundan başqa MTK-ya mənzilə görə dəfələrlə xidmət haqları ödəmişlər. Buna baxmayaraq, ötən müddət ərzində mənzilə dair bütün hüquqlarının (mənzildə yaşamaq, onun tərkib hissələrindən istifadə etmək və s.) İddiaçı əsassız iddiası və onunla əlaqədar tətbiq olunmuş iddianın təmini müvəqqəti təminat tədbirinə görə, məhdudlaşdırılmışdır. Belə ki, İddiaçı ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6275/2020 saylı, 11 dekabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianın təmini tədbirinə dair ərizəsinin təmin edilməsi, iddianın təmini tədbiri kimi Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m. olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin 2(006)-3162/2023 qadağan edilməklə üzərinə həbsin qoyulması və iş üzrə Cavabdeh2 və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmiləşdirilməsinin məhdudlaşdırılması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Nəsimi Rayon İcra və probasiya şöbəsinə və "xxxx" MTK-yah əvalə edilməsi qərara alınmışdır. İddiaçı mənzilin mülkiyyətçisi olduğunu, evdə təmir apardığını bildiyi halda, bu barədə məhkəməyə məlumat təqdim etməmişdir. Bundan sonra işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (hakim: Rəşid Səmədov) digər şəxslərin əmlak üzərində hüquqlarının mövcud olması ehtimalını araşdırmadan, məhkəmə prosesi barədə mənzilin qanuni mülkiyyətçisinə məlumat verməmişdir. O, mənzil üzərinə həbs qoyulduqdan sonra müstəqil tələb irəli sürən üçüncü şəxs kimi öz təşəbbüsü ilə işə qoşulmuş və cavabdehlər "xxxx" MTK-ya, Quliyeva Gülnarə İlham qızına və Əliyeva Vüsalə Allahverdi qızına qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK, Quliyeva Gülnarə İlham qızı və Əliyeva Vüsalə Allahverdi qızı tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən 3 otaqlı, 59 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Tbilisi prospekti 100, M14, mənzil 4) istifadə etməyə yaradılan maneələrin aradan qaldırılması, ona vurulmuş maddi və mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, həmin işə məhkəmə instansiyaları tərəfindən baxılmış və qəbul edilmiş məhkəmə aktlarına görə, İddiaçı iddiasının təmin olunması, "xxxx" MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m. olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş 16 fevral 2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m. olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. İddiaçı əvvəlki iddia tələbləri ona qarşı yönəlməmiş, lakin onun iddiası ilə əlaqədar o, faktiki olaraq mülkyyətində olan mənzildən istifadə edə bilmir. Nəticədə bu müddət ərzində ailə üzvləri ilə birgə Bakı şəhəri Yasamal rayonu ərazisində kirayə mənzildə yaşamağa məcbur qalmışdır. Odur ki, cavabdeh tərəfindən mənzilillə bağlı iddia tələblərinin məhkəməyə verilməsi nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Nəzərə alaq ki, 2021-ci ilin iyun ayının əvvəlindən iddia ərizəsi verilən günə kimi hər ay 500 manat olmaqla, ümumilikdə 13.000 manat məbləğində kirayə haqqı ödəməyə məcbur qalmışdır. Əgər, mülkiyyətində olan mənzildə yaşamış olsaydı, həmin kirayə haqqını ödəməzdi. Bundan əlavə, bütün bu müddət ərzində o, əsəb, mənəvi sarsıntı və iztirab keçirmişdir. Bununla da maddi zərərdən əlavə, ona mənəvi zərər dəymişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını, o cümlədən onun mənzilin vıcdanlı alıcısı olması ilə bağlı dəlilləri nəzərə almamış, nəticə etibarilə mülkiyyət hüququnun pozulmasına səbəb olan qanunsuz, qeyri-obyektiv və əsassız qətnamə qəbul etmişdir. Onunla digər Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 23 saylı notariat ofisinin notariusu X47 tərəfindən reyesrdə 4Ə-420 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş 19 may 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Tbilisi prospekti, 100, M14, mənzil 4) mülkiyyətinə verilmişdir. Qanunvericiliyin tələbinə görə, daşınmaz əmlakın alqı-satqı prosesində dövlətin 2 qurumu iştirak edir – notarius və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi. Daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiq edilməsinin əsas məqsədi sıravi vətəndaşların həyatında mühüm əhəmiyyət kəsb edən mənzil alqı-satqısının təhlükəsizliyinin təmin olunması, onun kimi vicdanlı alıcıların hüquqlarının qorunmasından ibarətdir. Dövlətin vicdanlı alıcıların hüquqlarının qorunmasına yönəlmiş bu niyyəti məhkəmə tərəfindən də müdafiə olunmalıdır. Bu həm də mülki dövriyyə iştirakçıları arasında inam mühitini artırmaqla, vergidən yayınma hallarının qarşısını almaqla dövlətin öz maraqlarının reallaşması üçün vacibdir. Dövlətin 2 qurumuna inanaraq, vergi və dövlət rüsumunu ödəməklə, öz mənzilini satıb ordan götürdüyü vəsait hesabına mübahisəli mənzili almışdır. Beləliklə, Cavabdeh2 ilə aralarında bağlanan daşınmaz əmlakın alqısatqı müqaviləsi qanunvericiliyin tələbləri baxımından notariat qaydasında təsdiq edilmiş (zəruri şərt) və onlar – müqavilənin tərəfləri müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər (əqd onların real iradələrini əks etdirmişdir). Yəni, alqı-satqı müqaviləsinin bağlanması üçün tələb olunan bütün zəruri şərtlər (əşyanın satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsi, bunun müqabilində pulun alıcıya ödənilməsi) tam yerinə yetirilmişdir. Bundan sonra isə, mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmışdır. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almadan işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək, hüquq normasının kobud pozuntusuna yol vermişdir. Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olmuş və mənzili məhz mülkiyyət hüququ əsasında ona satmışdır. Digər tərəfdən, onun Cavabdeh2 ilə İddiaçı və "xxxx" MTK arasındakı məhkəmə mübahisəsindən məlumatı olmamışdır. Bu barədə məlumatı yalnız İddiaçı iddiası üzrə tətbiq olunmuş iddia təminetmə tədbiri barədə məhkəmə qərardadı (mənzilin üzərinə həbs qoyulması və s.) Nəsimi rayon İcra şöbəsi tərəfindən icra olunarkən əldə etmişdir. Bundan sonra isə məhkəməyə ərizə verərək üçüncü şəxs qismində həmin prosesin iştirakçısı olmuşdur. Bundan əlavə, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd olunur ki, “Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.” Yenə həmin qərarda qeyd olunur ki, “Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır.” Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “kassasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yeni qərar qəbul edilərkən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının nəzərə alınmaması, mübahisənin vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməməsi N.Hacıyevanın yaşayış sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.” Mübahisəli mənzilə dair ilkin olaraq Cavabdeh2 adına, sonra isə onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyat aparılmışdır. Lakin iddiaçı nə Cavabdeh2, nə də onun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirməmiş, yalnız adına verilmiş çıxarışın ləğvini məhkəmədən xahiş etmişdir. Halbuki, çıxarış reyestrdə aparılmış qeydiyata əsasən verilən daşınmaz əmlaka dair hüquqları təsvir edən sənəddir. Reyesrtdə aparılmış qeyd mübahisələndirimədiyi halda, onun mə zmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, məhkəmə maddi hüquq normasının bir daha pozuntusuna yol verməklə, qanunsuz qətnamə qəbul etmişdir. O, artıq 3 ildir ki, İddiaçı verdiyi əsassız iddialar, onun əvvəlki iddiası əsasında mənzilin üzərinə qoyulmuş iddianın təmini tədbiri ilə əlaqədar mənzilindən istifadə edə bilmir. Odur ki, onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi isə mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin ehtiva etdiyi hüquq normalarını kobud şəkildə pozaraq, hüququnun pozuntusu ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İddiaçı 2020-ci ilin noyabr ayında mənzilinin qapısını sındırdığı gündən mənzilin mülkiyyətçisinin kimliyini (mülkiyyətçinin o, - Cavabdeh3 olduğunu) bilmişdir. Daha sonra o, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı iddiası ilə əlaqədar, üçüncü şəxs kimi işə qoşulmuş və mənzili Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə riayət etməklə əldə etdiyini öz etirazında bildirməklə, daşınmaz əmlakın dövlət reyestrindən öz adına olan çıxarışı məhkəməyə təqdim etmişdir. Hər bir halda, İddiaçı 27 may 2021-ci il tarixdən etibarən onunla Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzilə dair bağlanmış 19 may 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə məlumatlı olmuşdur. Belə ki, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, Cavabdeh2 mənzilin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokolunun və ondan çıxarışın və 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə” iddiası üzrə mülki işə baxılan zaman məhkəmə 09 aprel 2021-ci il tarixli sorğu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin sorğuya cavab məktubu ilə 19 may 2020-ci il tarixli müqavilə və mənzilə dair digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Lakin İddiaçı həmin vaxt onunla Cavabdeh2 arasında bağlanmış 19 may 2020-ci il tarixli müqaviləni mübahisələndirməmiş, yalnız 2 ildən sonar müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (o, 12 iyul 2023-cü il tarixdə, elektron qaydada iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir). Başqa sözlə, əmlakın qanuni mülkiyyətçisi barədə məlumatlı olduğu andan əmlaka dair mülkiyyət hüququ, habelə onun mülkiyyət hüququnun yaranmasına səbəb olmuş xx.xx.2020-ci il tarixli mənzil alqı-satqısı müqaviləsi iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində mübahisələndirilə bilərdi və bunun üçün heç bir maneə yox idi. Bu mənada məhkəmənin öz qətnaməsində (132-ci bənd) qeyd etdiyi istənilən “səbəb”ə istinad edərək iddia müddətini və ya kəsici müddəti tətbiq etməməsi qanunvericiliyin kobud pozuntusudur. İddia müddətinin tətbiq olunması barədə məhkəməyə tərəfindən ərizə verilsə də, məhkəmə ərizəni, o cümlədən Mülki Məcəllədə təsbit olunmuş kəsici müddəti də nəzərə almamış və bunun hansı səbəbdən nəzərə alınmadığını öz qətnaməsində əsaslandırmamışdır. Halbuki, məhkəmə ən azından müddətin keçməsi əsası ilə iddianı rədd etməli idi. Mənzilə dair adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi məhkəmədən istənilsə də, lakin daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən müvafiq dövlət qurumu nə cavabdeh qismində işə cəlb olunmamış, nə də iddiaçı tərəfindən həmin quruma qarşı tələb yönəldilmişdir. Buna baxmayaraq, məhkəmə nəticə etibarilə həmin quruma qarşı qətnamə qəbul etmişdir. Bundan əlavə onunla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə mənzilə dair notariat qaydasında təsdiqlənən ilkin müqavilə bağlansa da, iddiaçı həmin müqaviləni (əqdi) də mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının nümayəndəsinin izahatına, şahidin yalan ifadəsinə və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna bir daha yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Məhkəmə iddiaçının dəvət etdiyi şahidi məhkəmə baxışında dindirmiş və öz qətnaməsində həmin şahidin ifadəsinə istinad etmişdir. Halbuki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan əlavə, məhkəmə şahidin "xxxx" MTK ilə hansı hüquqi bağlılığının olub-olmamasını araşdırmamış, ondan bununla bağlı hər hansı sübut tələb etməmişdir. Şahidin məhkəmə iclasında verdiyi ifadəsi isə ziddiyyətli olmuşdur (o, 2019-cu ilin aprel ayından 2020-ci ilin avqust ayınadək "xxxx" MTK-da komendant işlədiyini bildirsə də, 2020-ci ilin oktyabr ayında kommunal ödənişlərə dair öz imzası və möhürü ilə verdiyi 2 ədəd qəbzlə qarşılaşdıqda, buna dair uyğun olmayan cavab vermişdir). Reallıq odur ki, şahidi/komendantı o, mənzili aldıqdan sonra tanımışdır. Onda olan məlumata görə kommendant 2020-ci ilin aprel ayından orada işləməyə başlayıb. Məhkəmə iclasının videoyazısından aydın görünür ki, komendant ondan və həyat yoldaşı Əmir Əliyevdən 300 manat miqdarında liftə görə pul aldığını, alt mənzilə su sızdığı zaman Əmir Əliyevə zəng etdiyini, onun adını sakin kimi qeydiyyata aldığını, habelə kommunal ödəniş qəbzlərindəki imza və möhürün ona aid olduğunu etiraf etmişdir. Lakin məhkəmə qətnaməsində bu məqamlara toxunulmamışdır. Qətnamənin 117-ci bəndində qeyd olunur ki, preyudisial əhəmiyyəti olan məhkəmə qərarlarına, o cümlədən iş materiallarında qeyd olunan əsaslara (subyekt tərkibinə görə) xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Qeyd olunduğu kimi, o, əvvəlki mülki işə öz təşəbbüsü ilə qoşulsa da, nə iddia tələbinə, nə də etirazlarına məhkəmə tərəfindən məhəl qoyulmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5636/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin 65-ci bəndində göstərilmişdir ki, “Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh3 iddia tələbi ilə bağlı isə qeyd edir ki, mənzilə dair onunla bağlanmış müqavilə, buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış qeyd qüvvədədir, mübahisələndirilməmişdir.” Əvvəlki mülki iş üzrə tərəflər İddiaçı (iddiaçı), Cavabdeh2 (cavabdeh) və "xxxx" MTK (cavabdeh) olmuşdur. Əvvəlki mülki işdə mülkiyyət hüququnun, o cümlədən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi mübahisələndirilmədiyi üçün həmin məhkəmə aktları ona münasibətdə preyudisial əhəmiyyət daşımır. Məhkəmə tərəfindən “müəyyən olunmuş” hallar mötəbər sübutlara deyil, işə aid olmayan “sübutlarla” (iddiaçı tərəfindən dəvət edilmiş və məhkəmə iclasında yalan ifadə vermiş şahid ifadəsi və s.) təsdiq edilmişdir. Məhkəmə şahidin "xxxx" MTK ilə hansısa hüquqi bağlılığının olubolmamasını araşdırmamış, bununla bağlı ondan hər hansı sübut tələb etməmişdir. Məhkəmə onun iddiaçıya münasibətdə mənzlin vicdanlı alıcısı olmağı barədə işin hallarına ümumiyyətlə, qiymət verməmiş və qəbul etdiyi qanunsuz qətnaməsinə don geyindirmək məqsədilə belə nəticəyə gəlmişdir ki, guya o, Cavabdeh2 mənzilin mülkiyyətçisi olmadığnı əvvəlcədən bilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə heç bir mötəbər sübuta söykənmir və məhkəmənin subyektiv mülahizəsindən ibarətdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3162/2023 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma tələbinə dair” iddiasının rədd edilməsi və Cavabdeh3 İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair” qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Namiq qızının nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətlərinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə razılaşmır və ona dair öz etirazımızı bildirir. Mülki işin halları ondan ibarətdir ki, hazırkı iddia ilə İddiaçı iş üzrə Cavabdeh2 və qeyrilərinə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək “ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli, AN-İ № ******* saylı müqavilənin etibarsız hesab olunması, mənzilin qeydiyyatı ilə bağlı sonrakı hüquqi nəticələrin ləğv edilməsi və Cavabdeh3 ünvan 1-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq İddiaçı təhvil verilməsı” tələbi ilə iddia qaldırlmışdır. Sonradan iddiaya dəqiqləşmə edilərək, «ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli 4Ə-420 reyestr qeydli müqavilənin etibarsız hesab olunması; mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsi; Cavabdeh3 ünvan 1dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq mənzilin ona təhvil verilməsı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.» Məhkəmənin gedişində iş üzrə Cavabdeh3 qarşılıqlı iddia verərək əvvəllər də nümayiş etdirdiyi mövqeyini təkrarlayaraq «ona vurulmuş maddi ziyanın əvəzi olaraq 13.000 manatın, mənəvi ziyanın əvəzi olaraq 15.000 manatın, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun, habelə hüquqi yardım üçün çəkilmiş 220 manat xərcin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını» xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə «İddia tələbi təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair bağlanmış xx.xx.2020ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Cavabdeh3 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin.” məzmunda qərarlaşdırılmışdır. Qəbul edilmiş 2(006)-3162/2023 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnamə ilə “Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin” məzmunda qərarlaşdırılmışdır. Tərəf qətnaməni və ona əlavəni apellyasiya qaydasında mübahisələndirmişdir. Mübahisəli vəziyyətin yaranmasına əsas səbəb isə o olmuşdur ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən A girişinin, Xİ mərtəbəsində ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı 59 saylı mənzil və ümumi sahəsi 17,2 kv.m-dan ibarət qaraj sahəsi 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıcı və yeni payçı qismində İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş və Bakı şəhər Nəsimi rayon 3007-ci məhəllə Tibilisi prospekti 44C ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17.2 kv.m-dan ibarət qeyri-yaşayış sahəsi olan qaraj sahəsinə olan hüquqlarından rəsmi olaraq imtina etmişdır. Razılaşma əsasında onun öz payından imtinası və müvafiq ərizə verməsi yolu ilə alınması nəzərə alınaraq 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında əmlakların keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıçı və yeni payçı qismində İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh2 məqsədli olaraq saxta sənədlərlə sonradan adına keçirdiyi mənzili özgəninkiləşdirərək aradan çıxmışdır. Notariat qaydasında 19 may 2020-ci il tarixdə Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 4ə-420 reyestr qeydli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m 4) Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. Bundan əvvəl isə xx.xx.2020-ci ildə Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 3M-610 reyestr qeydli ilkin alqı-satqı müqaviləsi ilə sözü gedən əmlakın Cavabdeh3 satılması rəsmiləşdirilmişdir. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s” tələbləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (X67) xx.xx.2021ci il tarixli qətnaməsi ilə təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş mənzilin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunmuş, Cavabdeh2 mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə “Tac Mahal" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokolu və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5636/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə “Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin.” qət olunmuşdur. AR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1361/2023 saylı qərarı ilə “Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin.... Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir....” qərarlaşdırılmışdır. Yuxarıda qeyd olunan preyudisial əhəmiyyətli məhkəmə qərarlarını əsas götürərək verilmiş iddiaları əsaslı hesab olunaraq sonda Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmiş, qarşılıqlı iddia isə rədd olunmuşdur. Qarşılıalı iddia ilə əlaqədar bildirir ki, vaxtı ilə ilk mübahisəyə baxılan dövrdə hakim iddianın təmin edilməsi tədbiri qismində 2(006)-6275/2020 xx.xx.2020-ci il tarixli qərardad qəbul etmiş və “İddiaçı iddianın təmini tədbirinə dair ərizəsi təmin edilsin. Hazırkı mülki iş üzrə iddianın təmini tədbiri kimi Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin qadağan edilməklə üzərinə həbs qoyulsun və iş üzrə cavabdehə və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmişləşdirilməsi məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə, Nəsimi rayon İcra və probasiya şöbəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilsin” məznunu məhtudiyyət tətbiq etmişdir. Qərardaddan o vaxt verilmiş şikayətə baxılaraq Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-2428/2021 saylı qərardadı ilə şikayət təmin olunmamışdır. Hələ o vaxt iş üzrə tərəf olan Cavabdeh3 mövqeyi ondan ibarət idi ki, sözü gedən qərardadla əmlaka qoyulmuş məhtudiyyət və İddiaçı məhkəmədə iddia qaldırması ona maddi və mənəvi ziyan vurmuşdur və iddia əsassız olduğundan və güya o əsassız olaraq Yasamal rayonu ərazisində kirayə mənzildə yaşamağa məcbur qaldığından,iddianın ona heç bir aidiyyatı olmadığından cavabdehdən müvafiq pul məbləği alınaraq ona verilməli və maddi, mənəvi ziyanı ödənməlidir. Bu mövqe dəfələrlə təkrarlanmış və hazırkı mübahisəli vəziyyətin yaranmasının əsası da bu olmuşdur ki, iddiaçı Gülnarə Quliyevə əmlakı mübahisələndirməməli idi və onun mövqeyi sonuncunun hüquqlarını pozmuşdur. Məhkəmələrin mövqeyi belə olmuşdur ki, “Hazırki tələblə bağlı qeyd edilməlidir ki, məhkəmə tərəfindən Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair bağlanmış xx.xx.2020ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli olması qət edildiyindən Şəhla Hüseynovanın kirayə haqqı olaraq ödədiyi məbləğə görə İddiaçı cavabdehlik daşımır və hazırki iddia üzrə tələbə cavab verməli şəxs deyildir” Məhkəmələr haqlı olaraq Cavabdeh3 mövqeyini əsassız hesab etmişlər. Əsas iddiaya gəldikdə isə cavabdehin vicdanlı alıcı simasını yaratması cəhdi əbəsdir və arqumentlər əsassızdır. Belə ki, Cavabdeh3 mübahisəli mənzili MTK müqaviləsinə güvənərək ilkin müqavilə ilə əldə etmişdir. Bu müqavilənin qanuni və düzgün olmasını araşdırmaq üçün tikinti şirkətinə gəlməmiş və ərazidə xidmət müqaviləsi ilə çalışan kommendantın xəbərdarlıq sözlərinə məhəl qoymamışdır. Alıçı ilkin müqavilə bağlayarkən əmlaka dair Cavabdeh2 əmlaka mülkiyyət hüquqlarına dövlət qeydiyyatının (çıxarışın) sonradan əmələ gələciyini bilirmiş, bu hal hətta ilkin müqavilə şərtlərində razılaşdırılmışdır (ilkin müqvilənin 3.3-cü bəndi). Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər qismində isə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə cavabdeh V. Əliyeva ilə "xxxx" MTK arasında bağlanmış və ilkin müqavilənin bağlanmasında əsas kimi istifadə edilmiş xx.xx.2006-cı il tarixli müqavilə deyil, Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarış, xx.xx.2020-ci il tarixli maliyə arayışı təqdim edilmişdir (2(006)-1473/2021 saylı nömrəli mülki işin materialları). Bu sənədlər isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Buna məhkəmə araşdırması zamanı iki sənəd arasında aşkar və kobud uyğunsuzluqlar səbəb olmuşdur ki, buna baxmayaraq daşınmaz əmlak müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Bu məsələyə münasibətdə məhkəmə qətnamələrində və istintaq mateteriallarında qiymət verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə, forması və məzmununa, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. AR MPM-nin 76-cı maddəsinin məzmununda qeyd olunur ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. AR MPM-nin 14, 77.1-ci maddələrinin məzmununda qeyd olunur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 8-ci maddəsinin məzmununa əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Mülki Məcəllənin 16, 17 və 18-ci maddələrində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bütün dövlət hakimiyyəti orqanları, yerliözünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 50-ci maddəsinin məzmununda qeyd olunur ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Ona görə də, hazırkı şikayət əsaslı deyildir və rədd olunmalıdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 nümayəndələri (qızı) X44 və (vəkili) Vəkil1 apellyasiya şikayətlərini müdafiə edib, apellyasiya şikayətlərinin məzmununa uyğun izahatlar verib, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 məhkəməyə təqdim etdiyi izahatında göstərmişdir ki, 1(101)-124/2022 nömrəli cinayət işinin materiallarının cari məhkəmə mübahisəsinə aidiyyatı ola biləcək hissələrdə araşdırılmasının həyata keçirildiyi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkilinin bəzi şərhlərinə və ümumiyyətlə həmin materiallarda qeyd olunan və cari iş üzrə əhəmiyyəti olduğunu düşündükləri bəzi məqamlara aydınlıq gətirilməsi zərurəti yarandığını düşünürlər. Belə ki, həmin iclasda hakim Cavabdeh3 ifadəsində adı keçən Oqtay adlı maklerin kim olduğunu soruşduqda, iddiaçının vəkili əsassız olaraq bildirmişdir ki, bu şəxs həmin cinayət işi materiallarında da, adı keçən "Zamin Əmlak" daşınmaz əmlak agentliyinin direktoru Oqtay Zərbəliyevdir. Yerində buna etiraz etsək də, iş üzrə sübutların təhrif olunmaması nöqteyi-nəzərindən bu yazılı izahatın verilməli olduğunu düşünürük. X.Şəhlanın ifadəsində adı keçən Oktay adlı makler "New House" daşınmaz əmlak agentliyinin makleri olmuşdur. Həmin şəxs X.Şəhlanın da öz ifadəsində qeyd etdiyi kimi daha sonra vəfat etmişdir. Bu məlumat evin X.Şəhla üçün tapılmasında iştirak etmiş, "New House" agentliyinin digər əməkdaşı, makler Nuruzadə Kamranın ifadəsi ilə də, təsdiq olunur. N.Kamran həmin şəxsin tam ad-soyadını öz ifadəsində bildirmişdir, 2020-ci ilin dekabrında vəfat etmiş maklerin adı Oktay İsmayılov olub. Oktay İsmayılovun ölüm haqqında şəhadətnaməsinin surəti əlavə olunur. Sübutların qiymətləndirilməsi haqqında qərarda hər yerdə 15 iyul 2020-ci ildə alınmış qeyri-yaşayış sahəsinin (qaraj) sahəsinin 77 kv olduğu göstərilib. Bu səhvdir, sahə 17.2.kv.-dır. İddiaçı ifadəsində bildirmişdir ki, "....mənzilin özəlləşdirilməsi məqsədilə müvafiq dövlət orqanına müraciət etmişlər. Lakin pandemiya ilə əlaqədar olaraq sərt karantin rejimi tətbiq olunduğundan bu məsələ uzanmışdır. Növbəti dəfə müraciət etdikdə məlum olmuşdur ki, mənzil başqa şəxsə, yəni Cavabdeh3 satılmışdır." Burdan görünür ki, hansısa səbəbdən iddiaçının müvafiq dövlət orqanına müraciəti müsbət cavablandırılmamışdır. Sərt karantin rejiminin mövcudluğu heç vaxt hər hansı dövlət orqanına edilmiş müraciətin rədd edilməsi üçün əsas olmamışdır. Hesab edilir ki, onun təqdim etdiyi sənədlər tam və düzgün olmadığı üçün müraciəti müvafiq dövlət orqanı tərəfindən müsbət cavablandırılmamışdır. Bundan başqa onun ifadəsində diqqət çəkən digər məqam odur ki, İddiaçı heç vaxt "cinayət işi üzrə Vüsalə və Şahəddindən (Ramil) heç bir şikayət və tələbi olmamışdır." Məhkəməyə ilk dəfə müraciət edərkən isə, mənzilin qanuni mülkiyyətçisinin onun olduğunu bildiyi halda bu barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı bu ifadəsi ilə onun qanuni mülkiyyətçinin mövcudluğunu daha öncədən, yəni müvafiq dövlət orqanından 2-ci imtinanı aldığı tarixdən bildiyi sübut olunur və onun bütün proses boyu faktları və sübutları təhrif etməyə alışdığını təsdiqləyir. M.Ramil və Ə.Vüsalə tərəfindən aldadılmasını qeyd etdiyi halda onların əməllərindən niyə cinayət işi üzrə müvafiq şikayət ilə hüquqmühafizə orqanlarına şikayət etmədiyi isə əlavə sual işarələri doğurur. Cavabdeh2 əməlində CM-nin 178.3.2.-ci maddəsinin tərkibi olmadığı bildirilərək onun barəsində cinayət təqibi başlanmasından imtina edilmişdir. Bundan başqa, bu günədək iddiaçının evə görə hansısa ödənişi etdiyini təsdiq edən sübut təqdim olunmayıb. İlkin məhkəmə prosesində isə belə bir sübutun təqdim edilməyi sübut olunub və məhkəmə qərarlarında öz əksini tapıb. Vicdanlı alıcıya münasibətdə nəzərə alınmalı əsas məqamlardan biri alıcının əmaka görə həqiqətən ödəniş edib-etməməsinin müəyyənləşdirilməsidir. İddiaçı iddiası ödənişin edildiyinə dair müvafiq qəbzlər, ödəniş sənədəri ilə sübut olunmaldır, hansısa işin nəticəsində maraqlı olan şəxslərin ifadələri ilə yox. Belə bir sübut isə cinayət işi materiallarında da, yoxdur. Bütün bu maddi və prosessual pozuntularının fonunda, öz hüquqlarını tələb etmək üçün hamıdan daha çox vicdanlı alıcının məhrumiyyətlərə məruz qalması təəssüf doğurur və ədalət mühakiməsinə olan inamımızı sarsıdır. 1(101)-124/2022 nömrəli cinayət işinin materialları ilə tanış olduqdan sonra bu qədər insana qarşı dələduzluq əməli törədən Musazadə Ramil adlı dələduzun cəmi 1 il 1 ay 15 gündən gündən sonra azadlığa çıxması cəzaların nə qədər qeyri-adekvat olduğunu göstərir. Vicdanlı alıcı olaraq o, və ailəsi 5 ildir ki, əsassız iddialardan və süründürməçilikdən əziyyət çəkirlər. Sonda onu da qeyd edir ki, qanunvericilik normalarının düzgün tətbiq olunacağı halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasına əlavə olaraq, vicdanlılıq prezumpsiyası da, Cavabdeh3 vicdanlı alıcı kimi qoruyur. Vicdanlılıq prezumpsiyasına Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair" xx.xx.2012-ci il tarixli Qərarında da istinad edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, "... azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium)." Sonda, bütün proses gedişində təqdim etdikləri bütün sübutları, qarşı tərəfin iddiasına veridikləri etirazı, izahatları və qeyd olunan cinayət işinin materiallarında istinad olunan ifadələrə verdiyikləri şərhləri nəzərə alaraq, məhkəmədən Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən və əlavə qətnaməsindən verdiyi apellyasiya şikayətlərinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətləri ilə razılaşmayıb, apellyasiya şikayətlərinə qarşı təqdim etdiyi etirazının məzmununa uyğun izahat verib, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia ərizəsi üzrə Cavabdeh2 məhkəməyə təqdim etdiyi izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsində yazılı izahatını məhkəməyə təqdim etmiş, təkrarən bildirirəm ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə. 59 saylı mənzil (yeni qaydalarla: AZİ 102, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M4,) onun sahibliyində və istifadəsində olmuş və “Tac Mahal’' MTK tərəfindən verilmiş müvafiq sənədlər əsasında mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə adınaa qeydiyyata alınmışdır. Sonradan mənzili satmaq qərarına gəldiyi üçün onunla Cavabdeh3 arasında mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı notariat qaydasında təsdiqlənən 19 may 2020-ci il tarixli müqavilə bağlanmışdır. Bundan sonra o, mənzili boşaldaraq Cavabdeh3 vermişdir. Onu da əlavə edir ki, nə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almazdan əvvəl, nə də ondan sonrakı müddətdə mənzillə bağlı hər hansı mübahisə olmamışdır. O, qanuni mülkiyyətçi olaraq mənzili Cavabdeh3 satmış və qanunvericiliyin tələbinə uyğun olaraq aralarında notariat qaydasında təsdiqlənən müqavilə bağlanmış, nəticədə Cavabdeh3 mənzilə mülkiyyət hüququ yaranmışdır. Mənzillə bağlı mübahisə isə sonradan, yəni İddiaçı 2020-ci ilin dekabr ayında ona qarşı “alqı-salqı müqaviləsinin ləğv edilmiş hesab edilməsinə və s. tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra ona məlum olmuşdur. Eyni zamanda bildirir ki, o, İddiaçı tanımır və mənzilə olan pay haqqından onun xeyrinə imtina məzmunlu hər hansı razılıq verməmiş və belə məzmunlu hər hansı sənəd imzalamamışdır. Əvvəlki məhkəmə prosesində də, dəfələrlə onun məhkəmələrdə iştirakı üçün vəsatət qaldırılsa da, ondan mənzilli aldığını iddia edən bu şəxs heç bir prosesdə iştirak etməmişdir. Yəni, o, həmin şəxsi heç məhkəmə prosesləri gedişində də görməmişdir. Mənzili Cavabdeh3 satanadək o, mənzildə yaşamış və mənzili ona təhvil verdikdən sonra mənzildən çıxmışdır. 2019-cu ildən evi aldığını iddia edən İddiaçı 2020-ci ilin sonlarınadək harada idi görəsən?! O, İddiaçı ilə Tac-Mahal MTK-nın əlbir olub evi ələ keçirmək istədiklərini düşünür. Bunun nəticəsidir ki, formal fiqur olduğunu düşündüyü İddiaçı məhkəmə iclaslarında iştirak etməyib. Əvvəlki prosesin gedişində də nə MTK, nə də İddiaçı ona mənzilə görə hər hansı haqqın ona ödənildiyini sübut edən sənəd, qəbz təqdim edə bilməmişdir, çünki belə bir sənəd yoxdur. Əvvəlki məhkəmə prosesləri ona qarşı haqsızlıqla keçmiş, təqdim etdiyi sübutlar nəzərə alınmamış, məhkəmə instansiyaları birinci instansiya məhkəməsinin verdiyi əsassız və kobud hüquq pozuntuları ilə müşahidə olunmuş ədalətsiz qərarı təkrarlamaqla kifayətlənmişlər. Ona görə də səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasını, Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən və əlavə qətnaməsindən verdiyi apellyasiya şikayətlərinin təmin edilməsi, İddiaçı ona, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsız hesab olunmaqla müvafiq nəticələrin ləğv edilməsi və mənzildən çıxarılma tələbi barədə” iddiasının rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı notariat ofisinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 14.3. Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarı: Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə ilk iddia təmin olunduğundan, qarşılıqlı iddia rədd olunduğundan və apellyasiya şikayətlərində qətnamə və əlavə qətnamə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin və əlavə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-3162/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia ərizəsi təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-3162/2023 nömrəli əlavə qətnaməsindən verdiyi apellyasiya şikayəti isə təmin edilməyərək əlavə qətnamə dəyişdirlmədən saxlanmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia ərizəsini təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdır. İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlillərinə əsasən, işə baxan birinci instansiya məhkəməsi 19 may 2020-ci il tarixli, 4Ə-420 reyestr qeydli müqaviləni etibarsız hesab edərkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını, o cümlədən Cavabdeh3 vicdanlı alıcı olmasını nəzərə almamış, nəticədə sonuncunun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqlarını pozmaqla nəticələnən məhkəmə aktı qəbul etmişdir. Kollegiya mülki işdə olan sübutları tədqiq edib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 vicdanlı əldə edən olmaması qənaətinə gələrkən düzgün qərar qəbul etməmişdir. Çünki mülki işdə olan sübutlarla əldə edənin, yəni Cavabdeh3 özgəninkiləşdirənin, yəni Cavabdeh2, əqd bağlanarkən, daşınmaz əmlak ona təhvil verilərkən, mülkiyyətçi olmadığını bilməsi və ya bilməli olması öz təsdiqini tapmır. Belə ki, tədqiq olunan sübutlardan görünür ki, tərəflər bağladıqları notarial qaydada təsdiq olunmuş ilkin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44C yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının A blokunun ümumi sahəsi 131,43 kv\m olan 3 otaqlı 59 saylı mənzilinə dair alqı-satqı müqaviləsi üzrə öhdəliklərini müəyyən etmiş, satıcı qısa müddət ərzində müqavilənin predmeti olan daşınmaz əmlakla bağlı sərəncam vermək hüququnu təsdiq edən çıxarışı alıcıya təqdim etmiş, bundan sonra tərəflər arasında notarial qaydada təsdiq olunmuş əsas müqavilə, yəni 19 may 2020-ci il tarixli, 4Ə-420 reyestr qeydli müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsinin Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız olması, alcının isə vicdanlı alıcı olmaması qənaətinə gələrkən əsaslandığı “notarial qaydada bağlanmış ilkin müqaviləyə Cavabdeh2 tərəfindən həmin mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının əlavə edilməməsi, ilkin müqavilə bağlanarkən Cavabdeh2 satılan əmlakın mülkiyyətçisi olmasını bildirən məlumatların müqavilədə əks olunmaması, notariusun satıcının daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun olub-olmamasını müəyyən etmək üçün kifayət qədər araşdırma aparmaması, alıcının daşınmaz əmlaklara dair əqdlərin bağlanması qaydası barədə məlumatlı olması, şahid ifadələri və s.” kimi hallar Ş.C. Xəlilovanın vicdanlı alıcı olmaması qənaətinə gəlinməsi üçün mötəbər, təkzib olunmaz sübut kimi qiymətləndirilə bilməz. Belə ki, mənzili bəyənən alıcı ilk vaxtdan satıcıdan mənzilə dair sərəncam vermək hüququnun olması barədə sənədin təqdim edilməsini tələb etməklə, satıcı isə qısa müddət ərzində bu sənədi alıcıya təqdim etməklə sonuncuda alqı-satqı müqaviləsinin predmeti olan mənzilə dair özünün sərəncam vermək hüququ ilə bağlı hər hansı bir şübhənin yaranmasının qarşısını almışdır. Məhkəmə kollegiyasının iclasında tədqiq olunan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı mülki işinin və X17 Azərbaycan Respublikası CM-in 178.3.2.,320.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2022 saylı cinayət işinin məhkəməyə təqdim olunan materiallarından da, həmin işlər üzrə aparılan araşdırma zamanı, mübahisələndirilən əqdlə bağlı tərəflərin, vasitəçilərin, "xxxx" MTK-ın işçilərinin və digər şəxslərin alınmış izahat və ifadələrində Cavabdeh3 vicdanlı alıcı olmaması qənaətinə gəlinməsi üçün hər hansı bir xüsusat aşkar olunmadığından kollegiya birinci instansiya məhkəməsində tədqiq olunmuş şahid ifadəsini ilk iddiaçının iddia tələbində istinad etdiyi halları sübut etmə vəzifəsini yerinə yetirilməsi qənaətinə gəlinməsi üçün mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, şahid ifadəsi də iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli, heç bir sübutun isə məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tədqiq olunan mülki işdə və cinayət işinin materiallarında izahatları alınan "xxxx" MTK-ın əməkdaşları mübahisələndirilən əqd bağlanmazdan əvvəll Cavabdeh3 tanımaları, ona almaq istədiyi mənzilin mübahisəli olmasının bildirmələri barədə hər hansı bir məlumatı göstərməmişlər. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). İstinad olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbləri təmin edilərkən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmamış, tərəflər arasında olan mübahisə vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməmiş, nəticədə Cavabdeh3 daşınmaz əmlaka qanuni əsaslarla yaranmış mülkiyyət hüquqları pozulmuşdur. Kollegiya hazırkı mülki iş üzrə tərəflər arasında əvvəllər baxılan mülki işlə bağlı qanuni qüvvəsini alan məhkəmə aktının preyudisial əhəmiyyət daşıması ilə bağlı dəlillər üzrə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli Qərarında Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin müddəalarına açıqlama verərək qeyd etmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Belə tələb həmçinin Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Beləliklə, qanuni qüvvəsini alan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar Cavabdeh3 ilk iddiaçı tərəfindən mübahisələndirilən əqd üzrə vicdanlı əldə edən olmaması halını müəyyən edən faktlar olmadığından həmin məhkəmə aktı ilk iddia tələbləri ilə bağlı preyudisial əhəmiyyətə malik deyil, ona görə də ilk iddiaçını iddia tələbində istinad etdiyi halları, yəni alıcının vicdanlı olmaması halını sübut etmək vəzifəsindən azad etmir. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3162/2023 nömrəli qətnaməsi ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia ərizəsi tam həcmdə təmin edilməməlidir. Məhkəmə kollegiyası Cavabdeh3 ilk iddia tələblərinə iddia müddətinin təbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Məhkəmə kollegiyası Cavabdeh3 şahid X12 yalan ifadə verməsinə görə barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsinə dair vəsatətinə münasibət bildirib qeyd edir ki, şahidin ifadəsi tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmasa da, bu hal sonuncunun əməlində bilərəkdən yalan ifadə verməyə görə cinayət əməlinin tərkibinin mövcud olması qənaətinə gəlinməsi üçün əsas olmadığından vəsatət təmin edilmir. Məhkəmə kollegiyası ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-3162/2023 nömrəli əlavə qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirib qeyd edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı olan Cavabdeh3 ona vurulan zərərin əvəzinin ödənilməsi tələbini deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəldiyini iddia edir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Hazırkı işdə İddiaçı Cavabdeh3 münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətməsi, Ş.C. Xəlilovanın ona vurulmasını iddia etdiyi ziyanla onun baş verməsini ehtimal etdiyi hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Ona görə də kollegiya Cavabdeh3 əlavə qətnamədən verdiyi şikayəti əsassız hesab edib təmin etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli qətnaməsindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli qətnaməsi ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqısına dair Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli, 4Ə-420 reyestr qeydli müqavilənin etibarsız hesab olunmasına, mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsinə, Cavabdeh3 ünvan 1-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq İddiaçı təhvil verilməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. İlk iddia ərizəsi üzrə məhkəmə xərcləri İddiaçı aid edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli əlavə qətnaməsindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3162/2023 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Ş.C. Xəlilovaya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-362/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-362/2025
12.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver