Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-940/2024 20.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, ona məxsus olmuş torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılmasına və aralarında Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2015-ci ilin fevral ayının ortalarında ünvan 1i ərazisində torpaq alqı-satqısı ilə məşğul olan şəxs X1 vasitəsi ilə həmin kəndin ərazisində 0,02 ha torpaq sahəsinə mülkiyət hüququna dair çıxarış aldıqdan sonra 2016-cı ilin mart ayında evin tikintisini başa çatdırmışdır. Aralarında inam yarandığı üçün o, özünə məxsus olan fərdi yaşayış evini 30000 manat məbləğinə satılmasını X2 həvalə etmişdir. X4 həmin fərdi yaşayış evinin satışından əldə edilmiş puldan 17000 manat məbləğini ona vermişdir. O, pulun qalan hissəsinin ödənilməsini tələb etdikdə X4 ona bildirmişdir ki, evi Cavabdeh1 30000 manat məbləğinə satmış, Cavabdeh1 17000 manat məbləğində pulu ödəmiş, lakin qalan 13000 manat məbləğində pulun ödənilməsi üçün Cavabdeh1 ilə torpaq sahəsinin alqı-satqısını həyata keçirmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, 13000 manat məbləğində pulun ödənilməsini tələb etsə də Cavabdeh1 həmin pul məbləğini ödəməkdən yayınmışdır. O da Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən mübahisənin mülki hüquqi xarakterli olması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. Bu səbəbdən də o, Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş, onun pul tələbi ilə bağlı iddiası təmin edilmiş, sonra apellyasiya və kassasiya instansiya məhkəmələrində iddia ərizəsi ilə bağlı olan mülki işə baxılmışdır. Sonuncu dəfə Şirvan Apellyasiya Məhkəməsində ona bildirilmişdir ki, o, pul tələbi ilə deyil, evdən çıxarılma tələbi ilə bağlı iddia qaldırmalıdır. Ona görə də bu məzmunlu iddia və digər tələblərlə bağlı məhkəməyə müraciət etmişdir. Bildirir ki, satdığı ev və onun yerləşdiyi torpaq sahəsi ünvan 1ində yerləşir, torpaq sahəsinə dair onun rəsmi sənədi olmuş, vaxtilə torpaq sahəsinin üzərində tikili inşa etdirmişdir. Hesab edir ki, evin alqı-satqısı zamanı o, torpaq sahəsini də satmalı idi. Lakin onunla Cavabdeh1 torpaq sahəsi ilə bağlı formal olaraq alqı-satqı müqaviləsi bağlamış, o, həm torpaq sahəsini, həm də evi cavabdehin sərəncamına vermişdir. Cavabdeh1 əvvəllər qalan pulu verməyə söz versə də sonralar müxtəlif bəhanələrlə pulun qalığını ona verməmiş və nəticədə onunla cavabdeh arasında məhkəmə çəkişmələri olmuşdur. Son nəticədə məhkəmələr belə qərara gəlmişlər ki, o, evdən çıxarılma tələbi ilə çıxış etməlidir. Bu səbəbdən o, həm evdən çıxarılma, həm də formal olaraq bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır, belə ki, onun sahiblik və mülkiyyət hüququ pozulmuşdur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, ona məxsus olmuş torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılması və aralarında Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 İddiaçı izahatına uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ona məxsus olmuş torpaq sahəsi üzərində inşa edilmiş evin alqısatqısı müqaviləsi əsasında ona ödənilməli olan 13000 manat məbləğində pulun ona verilməsi barədə məhkəməyə müraciət etmiş, alınan evin qalıq məbləği barədə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının lehinə qərar verilmişdir, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə sözügedən qətnamə ləğv olunmuşdur. Odur ki, iddia əsaslı olduğundan qeyd edilənlər əsasında o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 etirazında və izahatında bildirdi ki, İddiaçı Cavabdeh1, Respublikasmm İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Abşeron Ərazi İdarəsinə qarşı evdən çıxarılma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi 2 tələbdən ibarətdir. Birinci tələb Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılması; ikinci tələb Cavabdeh1 ilə Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpağın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsidir. Bildirir ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi qanunverici tərəfin irəli sürdüyü tələbi sübut etmək yükünü tərəfin öz üzərinə qoyur. Qanunun tələbinə görə İddiaçı birinci növbədə Cavabdeh1 çıxarılması tələb edilən evdə yaşamasını sübut etməli idi. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Halbuki məhkəməyə təqdim edilmiş Emil Behbudovun 30000 manatı Ceyhun Həmzəyevdən almasına dair verdiyi barədə yazdığı qəbzdə evin Ceyhun Həmzəyevə satıldığını və pulunun da sonuncunun ödədiyini göstərmişdir. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Cavabdeh1 apellyasiya instansiyasında verdiyi izahatında həmin evdə qardaşının ailəsi ilə birlikdə yaşadığını göstərmişdir. Bundan əlavə məhkəmədə sübut olunmuşdur ki, Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı predmeti olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsidir və orada tikilən ev özbaşına tikili hesab olunmuşdur. İddiaçının cavabdehə yaşayış evi kimi satdığı əmlak özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Həmin əmlak üzərində sərəncam verilə və bu barədə olan müqavilə qanunla müəyyən edilmiş qaydada notarial qaydada təsdiqlənə bilməzdi. MM-in 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. X8 Həmzəyevə satdığı yaşayış evinin yerləşdiyi torpaq sahəsi kənd təssərüfatı təyinatlı torpaq sahəsində yaşayış evi tikilə bilməzdi və alqı-satqının predmet ola bilməzdi və ümumiyyətlə, həmin evlə bağlı hər hansı bir əqd bağlana bilməzdi. Bu o deməkdir ki, iddiaçının həmin ev ilə bağlı heç bir səlahiyyəti yoxdursa, deməli, həmin evdən kiminsə çıxarılmasını tələb etmək hüququ da yoxdur. İkinci tələb isə qeyd edildiyi kimi İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi barədə bağlanmış 05 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsidir. İddiaçı torpağın alqı-satqısı ilə bağlı müqavilənin formal olaraq bağlandığını etiraf etmişdir. O, iddiaçının iddia ərizəsində bununla bağlı qeyd etdiklərini olduğu kimi göstərir: «Təbii ki, ev alqı-satqı zamanı torpağı da satmalıydım. Torpaqla bağlı formal olaraq alqı-satqı müqaviləsi bağladıq. Həm torpağı, həm də evi onun sərəncamına verdim. Əvvəllər qalan pulu verməyə söz versə də sonralar müxtəlif bəhanələrlə pulun qalığını vermədi və nəticədə məhkəmə çəkişmələri oldu. Son nəticədə məhkəmələr belə qərara gəldi ki, mən çıxarılma tələbi ilə çıxış etməliyəm. Belə də mən həm çıxarılma, həm də formal olaraq bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmaq məcburiyyətindəyəm». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair» 18 mart 2022-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 02 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. Göründüyü kimi Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Qeyd edilməlidir ki, mülkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi) Bildirir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçün əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə baxışı zamanı təqdim edilmiş sənədlərdən və verilmiş izahatlardan məlum olmuşdur ki, qeyd edilmiş şərtlərdən hər hansı biri pozulmamışdır. Bu prinsiplər Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarda dəfələrlə xatırlanmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Hesab edirlər ki, hazırkı işdə iddia müddətinin tətbiqi zərurəti ortaya çıxır ki, həmin iddia müddətinin axımı da məhz alqı-satqı müqaviləsinə münasibətdə xx.xx.2022-ci tarixdən, yəni iddiaçının həmin alqı-sattqını imzaladığı gündən başlayır və ən geci xx.xx.2022-ci il tarixdə başa çatmış olur. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. G.Qəhrəmanovanın şikayəti üzrə Ali Məhkəmənin 18 oktyabr 2018-ci il tarixli qərarının Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Konstitusiya Məhkəməsinin 30 iyun 2006-cı il tarixli qərarında qeyd edilir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyrimüəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Ona görə də torpağın alqı-satqısı barədə bağlanmış müqavilə üzrə iddia müddəti ötürülmüşdür. Bundan başqa, iddiaçı həmin müqavilə bağlanarkən hər hansı bir qanun pozuntusuna yol verildiyini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Əksinə, müqavilə bağlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın tələblərinə əməl edilmişdir. Sənəddən görünür ki, notarius alqı-satqı müqaviləsini təsdiq edərkən əqdin mənasını və əhəmiyyətini tərəflərə izah etmiş və məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamışdır. Bu tərəflərin imzaları ilə təsdiq olunur. Bundan əlavə, İddiaçı yazdığı ərizələrdə və məhkəmədə verdiyi izahatında özbaşına tikilinin pulunun Cavabdeh1 tərəfindən tam olaraq onun alqı-satqını etibar etdiyi Emil Bədəlova tam ödəmədiyini, sonuncudan zor tətbiq edilməklə pulun tam ödənilməli olması barədə qəbz alındığını bildirmişdir. İddiaçı izahatından belə məlum olur ki, Emil Behbudovdan zor tətbiq edilməklə alınmasını iddia etdiyi qəbzin alınmasında iştirak etməmişdir. İddiaçı bunu Emil Bədəlovun deməsi əsasında bildirir. Cavabdeh1 isə pulun tam olaraq qardaşı tərəfindən ödənildiyini bildirmiş və apellyasiya instansiyası məhkəməsində videokonfrans vasitəsi ilə verdiyi izahatında Ceyhun Həmzəyevin pulun tam olaraq Emil Behbudova verildiyini təsdiq etmişdir. Beləliklə, İddiaçı şahidi olmadığı hadisə ilə bağlı Emil Bədəlovun 30000 manat pulu tam olaraq almadığını, sonuncunun zor tətbiq edilməsi nəticəsində qəbz yazdığını bildirir. Bir məsələni də nəzərə almaq lazımdır ki, Emil Behbudov nə Abşeron Rayon Məhkəməsində, nə Sumqayıt Apellyasiya məhkəməsində, habelə Cəbrayıl Rayon Məhkəməsində İddiaçı iddiası üzrə işə baxarkən ondan zor tətbiq edilməklə qəbz alınması barədə heç bir söz deməmişdir. Emil Behbudov tərəfindən sonuncu dəfə Şirvan Apellyasiya Məhkəməsində işə baxılana qədər heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Yalnız İddiaçı ərizəsi əsasında Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə İstintaq Şöbəsinin müstəntiqi tərəfindən 21 noyabr 2018-ci il tarixlə qərar qəbul edilmişdir. Bundan əlavə, Emil Behbudovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı ərizəsində və izahatında göstərdikləri bir-birinə ziddir, həm də İddiaçı göstərdikləri ilə qətiyyən uyğunluq təşkil etmir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsində mülki işə baxılarkən verilmiş sorğuya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən verilən cavabda göstərilmişdir ki, X4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı müraciətində 2015-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 2 sot torpaq sahəsini tikili ilə birlikdə Cavabdeh1 30000 manata satmış, sonuncu həmin məbləğin 15800 manatını ödəsə də qalan məbləği ödəməkdən imtina etmişdir. Araşdırma zamanı Emil Behbudov izahatında 2017-ci il tarixdə Cavabdeh1 və X6 ilə Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən restoranda görüş zamanı qardaşların ona zor tətbiq etmə hədəsi ilə qalan 14200 manatın ödənilməsi barədə yazılı qeydlər aparmasına məcbur edildiyini, psixi təzyiq altında həmin məbləğin verilməsi barədə qeydlər aparmaqla imzaladığını göstərmişdir. Emil Behbudovun müraciəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılaraq göstərilən xüsusatların mülki xarakterli olduğu müəyyən edilməklə bu barədə ərizəçiyə məlumat verilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən verilən cavabdan görünür ki, Emil Behbudov ərizəsində 30000 manat dəyərində olan evin pulunun 15800 manatının ödənildiyini, izahatında isə 14200 manatının ödənildiyini bildirmişdir. İddiaçı isə evin pulunun 13000 manatının ödənildiyini bütün ərizələrində qeyd etmişdir. İş materiallarından görünür ki, bütün razılaşmalar evi alan şəxs ilə Emil Behbudov arasında baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Odur ki, göstərilənlərə əsasən o, İddiaçı tərəfindən qaldırılmış iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontorunun və Cavabdeh3 nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış 05 fevral 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsini alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə müqavilədə müəyyən edilmiş məbləği, yəni 2000 manatı satıcı İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-352/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 13000 manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 1688/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 13000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 588/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1688/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-786/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh1 13000 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsininə dair satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında 2000 manata 05 fevral 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış,satılan torpaq sahəsi üzərində sənədsiz fərdi yaşayış evi olduğundan,tərəflər qeyri-rəsmi olaraq daşınmaz əmlakın satış dəyərini 30000 manata razılaşmış,həmin puldan İddiaçı 17000 manatın ona verildiyini,13000 manatın isə verilmədiyini iddia iddia edərək ,cavabdehə qarşı pul tələbi ilə bağlı məhkəmə çəkişmələri olmuş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-588/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-786/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-588/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad edərək. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını öz qətnaməsində göstərmişdir ki,həm iddiaçı,həm də cavabdeh evin alqı-satqısına dair aralarında olan razılaşmanın əhəmiyyətsiz olduğunu bilmiş,lakin buna baxmayaraq iddiaçı cavabdehdən 17000 manat pulu,cavabdeh isə kənd təsərrüfatlı torpaqda inşa edilmiş evi özbaşına tikili olan əmlakı-evi əldə etməyə çalışmış,belə olan halda iddiaçı cavabdehdən əhəmiyyətsiz əqdə görə ona çatası 13000 manat pulu deyil,əmlakı,yəni cavabdehə verilmiş 0,02 ha torpaq sahəsində inşa etdirmiş evi cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edə bilərdi.Lakin,İddiaçı tələbini yaşayış evinin alqı-satqısından irəli gələn öhdəliklərə cavabdeh tərəfindən əməl olunmaması,həmin müqavilə nəticəsində cavabdehin borclu qaldığı 13000 manatı ödəməməsi ilə əsaslandırmış,satdığı özbaşına tikilinin-evin qaytarılması barədə tələb irəli sürməmiş,tərəflər arasında olan əqd əhəmiyyətsiz əqd olduğundan iddiaçı gələcəkdə hazırkı mübahisəli evin cavabdehdən geri tələb etmək hüququnu özündə saxlayır.Beləliklə yuxarıda qeyd olunduğu kimi Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-786/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi mövcuddur və həmin qətnamədə müəyyən edilmiş edilmiş hallar AR MPM-in 82.3-cü maddəsinə əsasən yenidən sübut edilmir.Hazırki iddia tələbindən görünr ki, İddiaçı iddia ərizəsi 2 tələbdən ibarətdir. Birinci tələb Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılması, ikinci tələb isə onunla Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpağın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsidir və iddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2,337.3 və 560.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə iddia tələbinin İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, 05 fevral 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir və hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 334, 337, 339 və 354-cü maddləri təşkil edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.İşin faktiki hallarından görünür ki, torpaqla bağlı hər iki tərəfin iradə ifadəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış,iddiaçı müqavilənin formal olaraq bağlandığını iddia etsədə,bunu təstiq edən subutlar müəyyən edilməmiş,müqavilənin bağlandığı 2018-ci ildən hazırkı iddia ərizəsinədək etibarsızlıqla bağlı iddianın qaldırılmaması deyilənləri bir daha təstiq edir.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını kəsici müddətlər ərzində mübahisələndirmədiyi üçün,bu əsasla iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı predmeti olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsidir, orada tikilən ev özbaşına tikilidir, İddiaçının cavabdehə yaşayış evi kimi satdığı əmlak özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində sərəncam verilə və bu barədə olan müqavilə qanunla müəyyən edilmiş qaydada notarial qaydada təsdiqlənə bilməz. MM-in 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhz bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını öz qətnaməsində göstərmişdir ki,həm iddiaçı,həm də cavabdeh evin alqı-satqısına dair aralarında olan razılaşmanın əhəmiyyətsiz olduğunu bildikləri halda, buna baxmayaraq iddiaçı cavabdehdən 17000 manat pulu,cavabdeh isə kənd təsərrüfatlı torpaqda inşa edilmiş evi özbaşına tikili olan əmlakı-evi əldə etməyə çalışmış,belə olan halda iddiaçı cavabdehdən əhəmiyyətsiz əqdə görə ona çatası 13000 manat pulu deyil,əmlakı,yəni cavabdehə verilmiş 0,02 ha torpaq sahəsində inşa etdirmiş evi cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olmuşdur. Qey olunanlara əsasən məhkəmə hesab edir ki,iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091,1092 və 1093-cü maddələri təşkil edir. Lakin, qeyd olunanlara baxmayaraq İddiaçı əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma obyekti olmuş ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş evin qaytarımasını tələbi sürmək əvəzinə, evdən Cavabdeh1 çıxarılması barədə iddia qaldırmışdır ki, bu da iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091,1092 və 1093-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmir və bu səbəbdən məhkəmə iddia tələbinin bu hissədə də rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, ona məxsus olmuş torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılmasına və aralarında Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-940/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-940/2024
20.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver