Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1916/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkilnın iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh və AR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi İ saylı Bakı Ərazi İdarəsinə qarşı "müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, mənzildən çıxarılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MTK Cavabdeh qarşı "müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, mənzildən çıxarılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 100 000 (bir yüz min) manat məbləğində pul geri qaytarmaq şərtilə, Cavabdeh tərəfindən İddiaçı MTK arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023-cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə; Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 162, M17, m2 ünvanda yerləşən mənzildən çıxarılması və həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə görə İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində inşa edilən yaşayış binasının 7 saylı girişin, 17-ci mərtəbəsində, (yeni ünvan- ünvan 1an ibarət yaşayış sahəsi və 172.0 kv.m. terrası Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə həmin sahənin haqqını müqavilənin şərtlərinə uyğun ödəməyi tərəflər öhdəsinə götürərək, müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin qiymət 245 000 manat təşkil etdiyi göstərilmişdir. O cümlədən, müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən ilkin ödəniş 100 000 manat edildikdən sonra, ümumi dəyərin qalan hissəsi, yəni 145 000 manat 8 ay ərzində, ən geci xx.xx.2023-cü il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə İddiaçı MTK-ya müraciət edərək, yerdə qalan 145 000 manat məbləğinin hazırda ödəmək imkanı olmadığını, yalnız həmin mənzili girov qoyaraq ipoteka götürə biləcəyini və həmin pulla borcunu ödəyəcəyi üçün, xahiş etmişdir ki, ona borcun olmaması barədə maliyyə arayışı verilsin. Əlavə olaraq üzərinə öhdəlik götürərək borcunu xx.xx.2023-cü il tarixədək tam ödəyəcəyini, əks təqdirdə mənzilin mülkiyyət hüququndan imtina edərək mənzili geri qaytaracağını bildirmişdir. Ərizəsi nəzərə alınaraq və borcunuzu bağlanması məqsədilə ipoteka götürməyini asanlaşdırmaq məqsədi ilə cavabdehə etibar edilərək, ona müvafiq sənədlər qabaqcadan verilmiş, tərəflərindən bütün köməkliklər göstərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə göstərilən mənzilinə daşınmaz əmlakının dövlət reyestrindən çıxarış almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçıraraq xx.xx.2023-cü il tarixədək heç bir ödəniş etməmişdir. Ödənişi vaxtında ödəmədiyinə görə bir neçə dəfə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qalmışdır. Müxtəlif bəhanələrlə vaxtı uzadaraq, açıq-aşkar borcu ödəməkdən imtina etmişdir. Daha sonra İddiaçı MTK məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, AR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi İ saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iş üzrə cəlb edilməsini, Cavabdeh ödədiyi 100 000 (bir yüz min) manat məbləğində pul geri qaytarmaq şərtilə, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh həmin mənzildən çıxarılması və həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçının Cavabdeh azərbaycan dilini yaxşı bilmədiyini istifadə edərək ona ərizə yazdırıb imzalatdığını, həmçinin ərizənin məzmunu borcun olmağı barədə olsa da, borca dair heç bir sənədin olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbləri təmin edilməlidirlər. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış № M1/03 saylı, 27 mart 2023-cü il tarixli çoxmənzilli yaşayış binasında mənzilin alğı-satqısına dair müqavilənin surətindən görünür ki, İddiaçı MTK Bakı Şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 7 saylı girişin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.8 kv.m-dan ibarət mənzili və 172.0 kv.m-dan ibarət terrası Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə növbəsində mənzili və terrası mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Həmin müqavilənin 2-ci v 3-cü maddələrinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 2995,0 (iki min doqquz yüz doxsan beş) manat müəyyən edilir. Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarlarından hesablanır. Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 245 000,0 (iki yüz qırx beş min manat) manat təşkil edir. Müqavilə imzalanan gün Cavabdeh 100 000,0 (bir yüz min) manat məbləğini ödəməyi öhdəsinə götürür. Yerdə qalan 145 000,0 (bir yüz qırx beş min) manat məbləğini 8 ay ərzində xx.xx.2023-cü il tarixinədək ödəyir. Müqavilə üzrə hesablaşmalar müəyyən olunmuş müddətdə Azərbaycan manatı ilə həyata keçirilir. İş materialında olan çoxmənzilli yaşayış binasında mənzilin alqı-satqısına dair № M1/03 saylı müqaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh 81.8 kv.m-dan ibarət mənzili və 172.0 kv.m-dan ibarət terrasın tikintisinə görə İddiaçı MTK-ya ilkin 100 000,0 (bir yüz min) manatı məbləğini, qalan 145 000,0 (bir yüz qırx beş min) manat məbləğini isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MTK-nın ( VÖEN **********) 27 mart 2023-cü il tarixli GDĞ/1 seriyalı, № 042598 nömrəli kassa mədaxil orderi surətindən görünür ki, Cavabdeh (Pasport rus 7********) tərəfindən müqavilə M1/03 üçün 100.000,0 (bir yüz min) manat kassaya mədaxil edilmişdir. İş materialında olan 27 mart 2023-cü il tarixli İddiaçı MTK-nın sədri tərəfindən imzalanmış maliyyə arayışının surətindən görünür ki, Cavabdeh həqiqətən İddiaçı MTK-nin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 162,1 girişli 17 (+1 səviyyəli zirzəmi,+1 səviyyəli kürsü) mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 154,5 kv.m, yaşayış sahəsi 123,08 olan 76 saylı mənzilin sahibidir. Mənzilin pay haqqını tam ödəyibdi. Kooperativə heç bir borcu yoxdur. İş materialında olan İddiaçı MTK üzvlərinin 27 mart 2023-cü il ümumi iclasının 86 №-li protokolundan çıxarışın surətindən görünür ki, Cavabdeh kooperativə qəbul olunmaqla, MTK-nin ünvan 2 ünvanda 1 girişli 17 (+1 səviyyəli zirzəmi,+1 səviyyəli kürsü) mərtəbəli yaşayış binasının 17-ci mərtəbədə, 3 otaqlı, ümumi sahəsi 154,5 kv.m yaşayış sahəsi 123,08 kv.m olan 76 saylı mənzilin payçısı olması təsdiq edilsin. İş materialında olan Cavabdeh İddiaçı MTK-ya ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı MTK ilə arasında M1/03 saylı, 27 mart 2023-cü il tarixli alğısatqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 7 saylı binanın, 17-ci mərtəbəsində 81.8 kv.m mənzil və 172.0 kv.m. terras onun mülkiyyətinə verilmiş, əvəzində 245.000 manat pulun ən geci xx.xx.2023-cü il tarixinə gədər ödəməli idi. Hal-hazırda həmin mənzilin ödənişinin 100.000 manatını ödəmişdir. Yerdə qalan 145.000 manatı ödəmək üçün hazırda imkanı yoxdu, yalnız kredit şərtləri ilə ipoteka alıb ödəyə bilər. Ona görə də, MTK-dan xahiş etmişdir ki, mənzilin dəyərinin tam ödəmədiyinə baxmayaraq, onun borcun tam ödənilməsi barədə maliyyə arayışının verilməsini xahiş etmişdir. Əlavə olaraq üzərinə öhdəlik götürərək borcunu xx.xx.2023-cü il tarixədək borcun tam ödəyəcəyi öhdəliyini üzərinə götürmüşdür. Əks təqdirdə mənzilin mülkiyyət hüququndan imtina edərək mənzili geri qaytaracağını bildirmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 162, 164, mənzil 76 yeni qaydalarla AZ 1014, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 128.2 kv.m. sahə olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materialında olan İddiaçı MTK-nin 02 fevral 2024-cü il tarixli Cavabdeh ünvanladığı pretenziyanın surətindən görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə görə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində inşa edilən yaşayış binasının 7 saylı girişin, 17-ci mərtəbəsində, (yeni ünvan- ünvan 1an ibarət yaşayış sahəsi və 172.0 kv.m. terrası ona təqdim etməyi, müqavilənin 2.3-cü bəndinə əsasən qiymət 245 000 manat təşkil etdiyi göstərilmişdir. O cümlədən, müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən ilkin ödəniş 100 000 manat edildikdən sonra, ümumi dəyərin qalan hissəsi, yəni 145 000 manat 8 ay ərzində, ən geci xx.xx.2023-cü il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə cavabdeh yazdığı ərizə ilə, İddiaçı MTK-ya müraciət edərək, yerdə qalan 145 000 manat məbləğin hazırda ödəmək imkanı olmadığını, yalnız həmin mənzili girov qoyaraq ipoteka götürə biləcəyini və həmin pulla borcunu ödəyəcəyi üçün, cavabdehə borcun olmaması barədə maliyyə arayışı verilməsini xahiş edərək, əlavə olaraq üzərinə öhdəlik götürərək borcunu xx.xx.2023-cü il tarixədək tam ödəyəcəyini,əks təqdirdə mənzilin mülkiyyət hüququndan imtina edərək mənzili geri qaytaracağını bildirmişdir. Ərizəsini nəzərə alaraq və borcunun bağlanması məqsədilə ipoteka götürməyini asanlaşdırmaq məqsədi ilə cavabdehə etibar edilərək, ona müvafiq sənədlər qabaqcadan verilmiş, tərəflərindən cavabdehə bütün köməkliklər göstərilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək ödəniş edilməmişdir. Ödənişi vaxtında və tam şəkildə həyata keçirmədiyinə görə bir neçə dəfə cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qalmışdır. Buna görə də, cavabdehə sonuncu dəfə xəbərdarlıq edilərək, bildirilmişdir ki, göstərilən borcu 3 (üç) gün müddətində ödəsin, əks təqdirdə müqaviləyə və digər hüquqlarına birtərəfli qaydada xitam verilməsinə dair məhkəmədə iddia qaldıralacaqdır. İş materialında olan İddiaçı MTK-nin 26 yanvar 2024-cü il tarixlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ərizənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında M1/03 saylı, 27 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə görə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində inşa edilən yaşayış binasının 7 saylı girişin, 17-ci mərtəbəsində, (yeni ünvan- ünvan 1an ibarət yaşayış sahəsi və 172.0 kv.m. terrası ona təqdim etməyi, müqavilənin 2.3-cü bəndinə əsasən qiymət 245 000 manat təşkil etdiyi göstərilmişdir. O cümlədən, müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən ilkin ödəniş 100 000 manat edildikdən sonra, ümumi dəyərin qalan hissəsi, yəni 145 000 manat 8 ay ərzində, ən geci xx.xx.2023-cü il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, yerdə qalan məbləği hazırda ödəmək (borcun bağlanması) məqsədi ilə ipoteka götürmək istədiyini, bunun üçün mənzilin mülkiyyət sənədləri tələb edildiyinə görə, ona qabaqcadan ödənişi tam edilməsi barədə maliyyə arayışı və digər müvafiq sənədlər verilməsini xahiş edərək, eyni zamanda da yazılı qaydada üzərinə öhdəlik götürmüşdür. Tərəflərindən də ona etibar edilərək, müvafiq sənədlər ona təqdim edilmişdir. Lakin, Cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, borc bağlanılmamışdır. Ödənişi vaxtında və tam şəkildə həyata keçirmədiyinə görə, bir neçə dəfə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qalmışdır.Əksinə sahibliyinə verilmiş yaşayış sahəsində layihədən kənar,özbaşın işlər görmüşdür. Buna görə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən xahiş edilmişdir ki, göstərilənləri nəzərə alıb X2 adına yuxarıda göstərilən yaşayış sahəsi və terrasla bağlı, verilmiş mülkiyyət sənədlərin (çıxarışın) etibarsız hesab edilməsi və yaxud daşınmaz əmlakın özgəninkiləşdirilməsinin müvəqqəti qadağan edilməsi barədə qərar qəbul edilsin. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqaviləyə əsasın İddiaçı MTK mənzilin Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə həmin sahənin haqqını, yəni 245000 manat vəsaiti ödəməyi öhdəliyinə götürmüşdür. Həmin müqaviləyə əsasən cavabdeh 100 000 manat ilkin ödənişi etmişdir. Bundan əlavə, Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə İddiaçı MTK-ya müraciət edərək, yerdə qalan 145 000 manat məbləğinin hazırda ödəmək imkanı olmadığını, yalnız həmin mənzili girov qoyaraq ipoteka götürə biləcəyini və həmin pulla borcunu ödəyəcəyi üçün, xahiş etmişdir ki, ona borcun olmaması barədə maliyyə arayışı verilməsini, əlavə olaraq üzərinə öhdəlik götürərək borcunu xx.xx.2023-cü il tarixədək tam ödəyəcəyini, əks təqdirdə mənzilin mülkiyyət hüququndan imtina edərək mənzili geri qaytaracağını bildirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçıraraq xx.xx.2023-cü il tarixədək heç bir ödəniş etməmişdir. Hazırda iddiaçı Cavabdeh ödədiyi 100 000 (bir yüz min) manat məbləğində pul geri qaytarmaq şərtilə, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023-cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh həmin mənzildən çıxarılması və həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbləri ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək, onun azərbaycan dilini yaxşı bilmədiyindən istifadə edərək iddiaçının nümayəndəsimin ona ərizə yazdırıb imzalatdığını, həmçinin ərizənin məzmunu borcun olmağı barədə olsa da, borca dair heç bir sənədin olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarını əsas tutaraq belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının alqı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, tərəflər arasında 27 mart 2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqaviləyə əsasın İddiaçı MTK mənzilin Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə həmin sahənin haqqını, yəni 245000 manat vəsaiti ödəməyi öhdəliyinə götürmüşdür. Həmin müqavilədən görünür ki, daşınmaz əmlakın dəyəri tərəflər arasında 245000 manata razılaşdırılmış və həmin müqavilədə nəzərdə tutulan məbləğin yarısından az olan hissəsi yəni 100000 manatı cavabdeh tərəfindən ödənilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin ödəmə aldatma məqsədi ilə həyata keçirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh İddiaçı MTK-ya ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdeh yerdə qalan 145 000 manat məbləğinin hazırda ödəmək imkanı olmadığını, yalnız həmin mənzili girov qoyaraq ipoteka götürə biləcəyini və həmin pulla borcunu ödəyəcəyi üçün, ona borcun olmaması barədə maliyyə arayışının verilməsini xahiş etmişdir. Əlavə olaraq üzərinə öhdəlik götürərək borcunu xx.xx.2023-cü il tarixədək tam ödəyəcəyini, əks təqdirdə mənzilin mülkiyyət hüququndan imtina edərək mənzili geri qaytaracağını bildirmişdir. MTK həmin ərizəni nəzərə alaraq və borcunun bağlanması məqsədilə ipoteka götürməyini asanlaşdırmaq məqsədi ilə cavabdehə etibar edərək, ona müvafiq sənədlər qabaqcadan vermiş, cavabdehə bütün köməkliklər göstərilmişdir. Nəticədə cavabdeh xx.xx.2023-cü il tarixdə göstərilən mənzilinə daşınmaz əmlakının dövlət reyestrindən çıxarış almış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçıraraq xx.xx.2023-cü il tarixədək heç bir ödəniş etməmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, cavabdehin həmin müqaviləni bağlayarkən məqsədi iddiaçını aldatma olmuşdur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh nümayəndəsi iddiaçının Cavabdeh azərbaycan dilini yaxşı bilmədiyini istifadə edərək ona ərizə yazdırıb imzalatdığını qeyd edərək, həmin ərizənin iş üzrə sübut olmadığını vurğulamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli ərizə şəxsən tam fəaliyyət qabiliyyəti olan Cavabdeh tərəfindən kiril əlifbasına əsasən tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 145.000 manatı ödədiyini bildirsə də, pulun iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, mübahisəli mənzilin Cavabdeh tərəfindən 145.000 manatın ödənilməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi 145.000 manat pulun ödənildiyini, lakin MTK tərəfindən Cavabdeh qəbzin verilmədiyini bildirsə də, məhkəmə hesab edir ki, işgüzar qaydalara əsasən ödənildiyi məbləğin qəbzini MTK-dan tələb etmək cavabdehin öhdəliyindədir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh aldatma ilə hərəkət etdiyi üçün və bu hallar iddiaçıya alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra məlum olduğu üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edildiyindən, iddia tələbi bu hissədə əlavə araşdırılma aparılmağa zərurət qalmadan təmin edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Cavabdeh tilə İddiaçı MTK arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh tərəfindən ödənilmiş 100.000 (bir yüz min) manat ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Son olaraq məhkəmə iddia tələbinin “Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 162, M17, m2 ünvanda yerləşən mənzildən çıxarılması və həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” hissəsi il bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi üçün mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından; neqator iddiasından. Vindikasiya iddiası mülkiyyətçinin bir şeyə sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddianın qaldırdığı anda şeyə malik olan qeyri qanuni sahibdir. Vindikasiya obyekti həmişə natura şəklində qalmış fərdi müəyyən edən şeydir. Neqator iddiasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddianın məqsədi üç niyyətlə şərtlənir: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq (məsələn, mülkiyyətçi evini özbaşına tutan şəxsin həmin evdən çıxarmaq məqsədi); ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən hərəkətlərin qarşısını qabaqcadan almaq məqsədi (məsələn, əşyadan istifadəyə mane ola biləcək tikintinin aparılmasını qadağan etməyə nail olmaq məqsədi); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək (məsələn, mülkiyyətçinin evini pəncərəsinin qarşısında tikilən hasarı sökmək və s.) Neqator iddiasının əsası dedikdə, iddiaçı tərəfindən məhkəməyə verilən tələbin əsaslandığı başa düşülür. Bu hallar özündə iki əsas cəhəti əhatə edir: iddiaçının əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətini şərtləndirən hallar; üçüncü şəxsin bu səlahiyyətlərin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edən hallar. İddiaçı bu iki halı əsaslandırmağa borcludur. Lakin iddiaçı cavabdehin etdiyi hərəkətin hüquqazidd olub-olmadığını sübut etməyə və əsaslandırmağa borclu deyil. Bu halın müəyyən edilməsi iddianın əsasına daxil deyil. Ehtimal olunur ki, cavabdeh öz hərəkətini hüquqauyğun olmasını sübut edənə kimi, onun hərəkəti hüquqazidd sayılır. Neqator iddianı təmin edən məhkəmə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. Neqator iddia bir qayda olaraq daşınmaz əşyalara mülkiyyət hüququnu müdafiə etmək üçün tətbiq edilir. Neqator iddianın anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin 4-cü bəndində verilmişdir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsi ilə tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli alqısatqı müqaviləsi etibarsızdır. Bu hal isə cavabdehin hazırda həmin mənzildə qalması iddiaçının öz mülkiyyətində olan mənzilindən sərbəst şəkildə istifadə etməsinə maneəçilik törədərək, onun mənzilinə dair istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 162, M17, m2 ünvanda yerləşən mənzildən çıxarılmalı və həmin ev Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023-cü il tarixli çıxarış ləğv edilməli, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 100.000 (bir yüz min) manat pul İddiaçı MTK-dan tutularaq Cavabdeh xeyrinə ödənilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 162, M17, m2 ünvanda yerləşən mənzildən çıxarılmalı və həmin ev Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023-cü il tarixli çıxarış ləğv edilsin. Alqı-satqı müqaviləsi üzrə ödənilmiş 100.000 (bir yüz min) manat pul İddiaçı MTKdan tutularaq Cavabdeh xeyrinə ödənilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 162, M17, m2 ünvanda yerləşən mənzildən çıxarılsın və Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 162, M17, m2 ünvanda yerləşən mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1916/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1916/2024
22.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver