Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-463/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Pilot İnşaat Mənzil Tikinti Koorperativinin cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Pilot İnşaat MTK-ın cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı MTK Cavabdeh qarşı "müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, mənzildən çıxarılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 100 000 (bir yüz min) manat məbləğində pul geri qaytarmaq şərtilə, Cavabdeh tərəfindən İddiaçı MTK arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023-cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə; Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması və həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MTK məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, AR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi İ saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iş üzrə cəlb edilməsini, Cavabdeh ödədiyi 100 000 (bir yüz min) manat məbləğində pul geri qaytarmaq şərtilə, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanılmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh həmin mənzildən çıxarılması və həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1916/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış M1/03 saylı, 27 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh adına verilmiş 690473 saylı, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 100.000 (bir yüz min) manat pul İddiaçı MTK-dan tutularaq Cavabdeh xeyrinə ödənilməsi və Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması və ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1916/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil birinci instansiya məhkəməsinin işin geri qaytarılması barədə müraciətinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işə apellyasiya baxışı zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(006)-1916/2024 nömrəli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qeyd edilən işlə əlaqədar məhkəmənin icraatına “qətnamənin nəticə hissəsində buraxılan yanlışlığın aradan qaldırılması” barədə ərizənin daxil olması səbəbindən sözügedən mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(103)-6159/2024 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və iş üzrə “qətnamənin nəticə hissəsində buraxılan yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6159/2024 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, iş üzrə “qətnamənin nəticə hissəsində buraxılan yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-463/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-463/2025
08.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver