Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1139/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı qaytarılması qərara alınmışdır (hakim Elman Məmmədov). Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 nömrəli, 02 may 2024cü il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərardadının ləğv edilərək mülki iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Həmin qərardadda qeyd edilmişdir: “Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır”. Hesab edirlər ki, məhkəmə tərəfindən qəbul edilmiş sözügedən qərardad qanunsuz və əsassızdır. Belə ki, cavabdeh elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq 02 may 2024-cü il tarixdə İddiaçı tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, yəni cavabdeh işə mahiyyəti üzrə baxılıb qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmənin cavabdehin işə mahiyyəti üzrə baxılıb həll olunmasını tələb etməməsinə dair göstərdikləri həqiqəti əks etdirmir. Ona görə də hesab edirlər ki, məhkəmə tərəfindən iş üzrə qətnamə çıxarmalı idi. Bundan başqa iddiaçının ərizənin geri götürülməsi barədə ərizəsi elektron sistemə yerləşdirilməmiş və buna görə də cavabdeh tərəfindən həmin ərizəyə münasibət bildirilməsi təmin edilməmişdir. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Buradan belə bir nəticəyə gəlmək olar ki, İddiaçı tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Ona görə də İddiaçı Cavabdeh1 evdən çıxarılmasını tələb etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İddiaçı iddia ərizəsində torpağın alqı-satqısı barədə müqaviləni formal olaraq Cavabdeh1 ilə bağladığını bildirmişdir. Bu, o deməkdir ki, həmin əqd əhəmiyyətsiz əqdir, belə əqdlər üçün iddia müddəti qanunla bir il müəyyən olunmuşdur. Ona görə də torpağın alqı-satqısı barədə bağlanmış müqavilə üzrə iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh baxılmamış saxlanmaya dair etiraz verdiyini bildirsə də, onun tərəfindən sözügedən etiraz ərizəsi mülki işin baxılmamış saxlanılması məsələsinə münasibətdə deyil, iddia ərizəsinə münasibətdə verilmişdir. Həmçinin mülki işin baxılmamış saxlanılması barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının qəbul edildiyi, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 və onun vəkilinümayəndəsi Vəkil məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər və sözügedən məhkəmə iclasında iştirak etmiş İddiaçı prosessual qanunvericiliyə uyğun olaraq malik olduğu hüquqdan istifadə edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 940/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qəbul edildikdən sonra İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə, Cavabdeh1 evdən çıxarılması və evin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, ona məxsus olmuş torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılmasına, evin boşaldılmasına, aralarında Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, sözügedən iddia tələbinə dair 2(012)- 3425/2024 saylı mülki iş xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuş və 12 iyun 2024-cü il tarixə, saat 11:20-yə məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsində göstərilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin vəkili-nümayəndəsi tərəfindən verilmiş şikayət təmin olunsa belə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə başqa mülki iş məhkəmənin icraatında olduğundan, bu hal hazırki mülki işə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edəcəkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş xüsusatlara münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etsə də, cavabdehlərin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi iş materialları ilə sübut olunmur, əksinə Cavabdeh1 iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etdiyini şikayət ərizəsində qeyd etmişdir. Həmçinin cavabdehlər əvvəlki məhkəmə iclaslarında iştirak edərək izahatlar vermiş, sonuncu məhkəmə iclaslarında iştirak etmədiklərindən ərizənin baxılmamış saxlanmasına dair də hər hansı münasibət bildirməmişlər. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan şikayəti təmin etməmişdir. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə qeyd edilən maddənin tələbləri baxımından cavabdehin işi mahiyyəti üzrə həll olunmasını tələb etməməsi müəyyən edilmədiyindən, əksinə cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etdiyindən birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə, Cavabdeh1 evdən çıxarılması və evin boşaldılması” tələbinə dair mülki iş olsa da, qeyd edilən hal şikayətin təmin edilməməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin həmin və ya digər məhkəmənin icraatında olmasına əsaslanmaqla mülki prosessual qanunvericiliyin tələbləri baxımından həll etməli idi. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1139/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1139/2024
20.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver