Məhkəmə qərarları › İş №2(004)-3405/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3405/2022

19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3405/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, X4 Tofiq oğlunun katibliyi ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, arvadı X1 18 may 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə qəbul edəsiniz. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin arvadı X2 20 fevral 1958-ci il tarixində Füzuli rayonunda anadan olmuşdur. Füzuli rayonundan məcburi köçkündür. Məcburi köçkün kimi müvəqqəti olaraq, ünvan 1 ünvanında yarımçıq tikilidə məskunlaşmışdır. 18 may 2022-ci il tarixində həmin yaşadığı ünvanda qəflətən vəfat etmişdir. Sağ ikən şəkər xəstəliyindən müalicə almışdır. xx.xx.2022-ci il tarixində Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına zəng edilərək məlumat verilmiş və həmin stansiyanın həkim heyəti saat 10:36 radələrində qeyd etdiyi yarımçıq tikilidə xəstənin yanına gəlmişlər. Stansiyanın 4 saylı bölməsinin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2022-ci il tarixində ölüm haqqında xəbərdarlıqdır vərəqəsi verilmiş, lakin həmin vərəqdə ölümün ilkin səbəbi göstərilməmişdir. xx.xx.2022-ci il tarixində Füzuli rayonunun Əhmədalılar kənd qəbristanlığmda rəhmətlik həyat yoldaşı X1 nəşi dəfn edilmişdir. Bundan sonra Bakı şəhər Baş səhiyyə idarəsinin 39 nömrəli şəhər poliklinikasına müraciət olunmuşdur. Həmin poliklinikadan müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü X1 ölümü qəflətən olduğundan və səbəbi məlum olmadığından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nm 4.4.5 bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil.Ölümün qəflətən baş verməsi faktını qohumları və qonşuları da təsdiqləyə bilərlər. Ərizəçi və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilmiş, ərizəçi və maraqlı şəxsin nümayəndəsi iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barələrində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.6-ci bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarın 4.8-ci bəndinə əsasən isə, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Qeyd edilən qəraraın 9.2 bəndinə əsasən, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi hüquqi əhəmiyyətli fakta bağlı pretenziya qaydalarına riayət etməmişdir və həmin sənədlərin başqa qaydada alına bilməməsinə dair sənəd əlavə etməmişdir. Belə ki, ərizəçi ərizəyə 39 nömrəli şəhər Poliklinikasının tibbi şəhadətnamənin verilməsindən imtina barədə arayışını əlavə etsə də, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqan tərəfindən ölüm faktının qeydə alınmasından imtina barədə arayışını ərizəyə əlavə etməmişdir. Həmçinin ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir. Buna görə də ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-cu maddəsinə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən olunması” tələbi barədə ərizəsinə dair mülki işə ərizəçi lazımi sənədləri ala bilməməsini təsdiq edən həmin sübutları ərizəyə əlavə etmədiyindən və məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığından ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar