Məhkəmə qərarları › İş №2(004)-3412/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3412/2021

26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3412/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2021-ci il tarixdə Bakı şəhərində ərizəçinin oğlunun ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X4 31 oktyabr 1981-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatda olmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sira 6,ev 51 ünvanında yaşamışdır. X4 qaraciyər serrozu, Hepatit C xəstəliyindən əziyyət çəkirdi, ev şəraitində vəfat etmişdir. Hətta onu xəstxanaya çatdırmağa cəhd edilsə də,artıq vəfat etdiyindən mümkün olmamışdır. O, 15 yanvar 2021ci ildə vəfat etmişdir. Bununla əlaqədar Təcili və X1 Stansiyasının 5 saylı bölməsi ilə əlaqə saxlanılmışdır. Həmin bölmənin təcili tibbi yardım briqadası mənzilə gəlmiş və briqadanın Zeynalova soyadlı həkimi ölüm faktını 15 yanvar 2021-ci il tarixdə, saat 05:50-də qeydə almışdır. Ərizəçi 15 yanvar 2021-ci ildə Binəqədi qəsəbəsində yerləşən Binəqədi Keyrəki qəbiristanlıqda dəfn edilmişdir. Dəfnlə əlaqədar Binəqədi qəsəbə bələdiyyəsindən arayış əldə olunmuşdur, arayışdan da görünür ki, X7 15 yanvar 2021-ci il tarixində Binəqədi Keyrəki qəbiristanlıqda dəfn olunub. Oğlu Ərizəçi ölümü haqqında tibbi şəhadətnamə almaq üçün onun qeydiyyatı üzrə 16.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 39 Nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Poliklinikanın 57 №-li 16.03.2021-ci il tarixli məktubu ilə X2 ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi ölümün baş vermə səbəbi məlum olmadığından verilməsi mümkün olmamışdır. Bundan sonra 15 yanvar 2021-ci il tarixdə oğlunun ölüm faktının qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsinin 05/Q/-229/15 №-li, 16.01.2021-ci il tarixli cavab məktubu ilə Ərizəçi ölüm faktının qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin oğlu X5 ifadəsində göstərdi ki, səhər saat 04:00 raddələrində Ərizəçi köməyə çağırmış və onlar Razim Əhmədovu qaldırmağa çalışan zaman artıq ev şəraitində keçindiyini görmüşlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindəndən görünür ki, X4 31.10.1981-ci il tarixdə Ermənistanın Spitnak rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26.01.2021-ci il tarixli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X2 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndalıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan 28.01.2021-ci il tarixli Ərizəçi verilmiş Arayışdan görünür ki, Əhmədov Razim Rafiq oğlu 15 yanvar 2021-ci il tarixdə Binəqədi Keyrəki qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan 39 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 16.03.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, İİ Alatava,ev 95-də qeydiyyatda olan X2 ölümünün səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X1 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, 5 saylı bölmənin təcili tibbi yardım briqadasının tərkibinə 15.01.2021-ci il tarixdə, saat 05:50-də Bakı şəhəri, Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi, sira 6,ev 51 ünvanına çağırış edilmiş vəşəxsin həmin ünvanda rəhmətə getdiyi qeyd edilmişdir. İş materiallarında olan qəbirüstü fotoşəkillərdən görünür ki, X2 31.10.2021-ci ildə anadan olduğu və 15.01.2021-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 31.10.1981-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş X2 15.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 31.10.1981-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş X2 15.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar