Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3413/2025 23.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (X7 və Bakı 3 saylı Mediasiya Təşkilatı maraqlı şəxs qismində cəlb edilməklə) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli , MŞB/2-02015/2022 nömrəli X4 təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsasladırılmışdır ki, Ərizəçi maraqlı şəxs X6 ilǝ xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur və nikahları Nizami rayon Qeydiyyat şöbəsində 261 nömrə ilə qeyd edilmişdir . Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 anadan olmuşdur . Birgə yaşadıqları müddətdə ilk vaxtlar münasibətləri normal olmuş , daha sonra araalrında ailədaxili münaqişələr yaranmış . getdikcə də həmin münaqişələr davamlı olmuş və daha da kəskinləşmişdir . Birlikdə eyni ailəni davam etdirmək mümkün olmadığından , nikahın pozulması , uşağın ananın himayəsində qalması və aliment tələbi ilə ilkin olaraq mediasiya prosesi barədə müraciət etmiş və mediasiya zamanı aralarında xx.xx.2023 - cü il tarixli , MSB / 2-02015 / 2022 nömrəli barışıq sazişi imzalanmışdır . Həmin saziş üzrə qəbul etdikləri şərtlər , həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdaki kimi müəyyən edilmişdir : 1.Tərəflər nikahın davam etdirilməsi üçün razılaşırlar ki, Maraqlı şəxs yaranmış problemlə bağlı Ərizəçi atası X3 dayısı X1 iştirakı ilə üzr istəyəcəkdir . 2.Tərəflər nikahın davam etdirilməsi üçün razılaşırlar ki, Maraqlı şəxs psixloji travmalardan müalicə edəcək və narkoloji test müayinəsindən keçəcəkdir . 3.Maraqlı şəxs öhdəsinə götürür ki , övladı xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 15-dək 300 (üç yüz) manat alimenti Ərizəçi ödəyəcəkdir. 4.Ərizəçi öhdəsinə götürür ki, hər həftənin çərşənbə və şənbə günlərində Maraqlı şəxs övladı xx.xx.2029-cu il təvəllüdlü X5 ilə ünsiyyətdə olmasına şərait yaradacaqdır. Maraqlı şəxs uşaq ilə ünsiyyətdə olmaq üçün öncədən Ərizəçi məlumat verəcəkdir . 5.Maraqlı şəxs öhdəsinə götürür ki , övladı xx.xx.2019 - cu il təvəllüdlü X5 ilə ünsiyyətdə olarkən ailə problemlərini bildirməyəcək , uşaqla yüksək səslə danışmayacaqdır . 6. Tərəflər razılaşır ki , nikahın davam etdirilməsi şərtlərinə əməl olunmadığı təqdirdə taraf nikahın pozulması üçün məhkəməyə müraciət edəcəkdir . Lakin saziş bağlandıqdan sonra cavabdeh öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmir , uşağın saxlanması üçün maddi yardım etmir . Ərizəçi övladı ilə ata evinə sığınmışdır , uşağı azyaşlıdır , vǝ hesab edir ki , onun maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Qanunvericiliyin tələbinə əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduğundan Maraqlı şəxs də uşağını saxlamaqda maddi dəstək olmalı , həmçinin üzərinə götürdüyü aliment öhdəliyi icra olunması olunması üçün xüsusi icraat qaydasında qətnamə qəbul edilməlidir . Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi, həmçinin AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məlumat verilmiş, lakin o məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi, həmçinin AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi və vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/2-02015/2022 nömrəli Barışıq sazişinə əsasən, 1.Tərəflər nikahın davam etdirilməsi üçün razılaşırlar ki, Maraqlı şəxs yaranmış problemlə bağlı Ərizəçi atası X3 dayısı X1 iştirakı ilə üzr istəyəcəkdir . 2.Tərəflər nikahın davam etdirilməsi üçün razılaşırlar ki, Maraqlı şəxs psixloji travmalardan müalicə edəcək və narkoloji test müayinəsindən keçəcəkdir . 3.Maraqlı şəxs öhdəsinə götürür ki , övladı xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 15-dək 300 (üç yüz) manat alimenti Ərizəçi ödəyəcəkdir. 4.Ərizəçi öhdəsinə götürür ki, hər həftənin çərşənbə və şənbə günlərində Maraqlı şəxs övladı xx.xx.2029cu il təvəllüdlü X5 ilə ünsiyyətdə olmasına şərait yaradacaqdır. Maraqlı şəxs uşaq ilə ünsiyyətdə olmaq üçün öncədən Ərizəçi məlumat verəcəkdir . 5.Maraqlı şəxs öhdəsinə götürür ki , övladı xx.xx.2019 - cu il təvəllüdlü X5 ilə ünsiyyətdə olarkən ailə problemlərini bildirməyəcək , uşaqla yüksək səslə danışmayacaqdır . 6. Tərəflər razılaşır ki , nikahın davam etdirilməsi şərtlərinə əməl olunmadığı təqdirdə taraf nikahın pozulması üçün məhkəməyə müraciət edəcəkdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/2-02015/2022 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/2-02015/2022 Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Tərəflər nikahın davam etdirilməsi üçün razılaşırlar ki, Maraqlı şəxs yaranmış problemlə bağlı Ərizəçi atası X3 dayısı X1 iştirakı ilə üzr istəyəcəkdir . 2.Tərəflər nikahın davam etdirilməsi üçün razılaşırlar ki, Maraqlı şəxs psixloji travmalardan müalicə edəcək və narkoloji test müayinəsindən keçəcəkdir. 3.Maraqlı şəxs öhdəsinə götürür ki , övladı xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 15-dək 300 (üç yüz) manat alimenti Ərizəçi ödəyəcəkdir. 4.Ərizəçi öhdəsinə götürür ki, hər həftənin çərşənbə və şənbə günlərində Maraqlı şəxs övladı xx.xx.2029-cu il təvəllüdlü X5 ilə ünsiyyətdə olmasına şərait yaradacaqdır. Maraqlı şəxs uşaq ilə ünsiyyətdə olmaq üçün öncədən Ərizəçi məlumat verəcəkdir . 5.Maraqlı şəxs öhdəsinə götürür ki , övladı xx.xx.2019 - cu il təvəllüdlü X5 ilə ünsiyyətdə olarkən ailə problemlərini bildirməyəcək, uşaqla yüksək səslə danışmayacaqdır .
6. Tərəflər razılaşır ki, nikahın davam etdirilməsi şərtlərinə əməl olunmadığı təqdirdə taraf nikahın pozulması üçün məhkəməyə müraciət edəcəkdir . İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev