Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3432/2025 23.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Vəliyeva Heyvagül Valeh qızının katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh və Bakı 6 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh və Bakı 6 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024cü il tarixli, MŞB/6 - 00395 saylı barışıq sazişinin tərəflər arasındakı nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 noyabr 2018-ci il tarixində Cavabdeh ilə ailə qurmuşdur. Nikahları həmin tarixdə rəsmi qaydada Nəsimi rayon Qeydiyyat şöbəsində qeydə alınıb. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 adlı iki uşaqları var. Onların arasında olan ailə münasibətləri pozulmuş və buna görə də, onlar Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, MŞB/6-00395 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən: tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə, 194 nömrə ilə qeydə alınmış nikahın əlavə vaxt verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalarına etiraz etmir. İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün stabil pul məbləğində hər biri 300 (üç yüz) manat, ümumilikdə 600 (altı yüz) manat alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 10-dək birinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Birinci tərəf kimi çıxış edən İddiaçı yetkinlik yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X5 ataları Cavabdeh ilə hər həftə həftədə 2 (iki) dəfə olmaqla sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir. İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X5 təhsil haqqı ödənişini təhsil müddəti bitənə kimi tam həcmdə ödəməyi öhdəsinə götürür. Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh razılığa gəlirlər ki, birgə nikahdan dünyaya gəlmiş uşaqları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün dayəyə hər ay ödəniş olaraq 400 (dörd yüz) USD (ABŞ dolları) ikinci tərəf kimi çıxış edən Cavabdeh tərəfindən ödənilsin. Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh razılığa gəlirlər ki, birgə nikahdan dünyaya gəlmiş uşaqları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X2 işlərini qarşılıqlı razılıq əsasında aparılmasına dair öhdəlik götürürlər. Bildirmişdir ki, onlar mediasiya prosesində razılığa gəlmişlər. Barışıq sazişinin icra olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 10 günlük müddət keçmişdir, lakin maraqlı şəxs Cavabdeh könüllü olaraq barışı sazişini icra etmir. Buna görə də, məhkəməyə müraciət etməklə, barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Daha sonra ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “barışıq sazişi”nin 2.2, 2.3, 2.4, 2.5, 2.6 və 2.7-ci bəndlərinin təsdiqi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və sözügedən sazişin təsdiq olunması barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər Cavabdeh və Bakı 6 saylı Mediasiya Təşkilatının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 6 saylı X3 Mədinə Yusif qızı ilə Cavabdeh arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 06 mart 2025-ci il tarixli MŞB/6- 00395 saylı barışıq sazişindən görünür ki, “Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə, 194 nömrə ilə qeydə alınmış nikahın əlavə vaxt verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmirlər; İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalarına etiraz etmir; İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024cü təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün stabil pul məbləğində hər biri üçün 300 (üç yüz) manat, ümumilikdə 600 (altı yüz) manat alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 10-dək birinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür; Birinci tərəf kimi çıxış edən İddiaçı yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X5 ataları Cavabdeh ilə hər həftə həftədə 2 (iki) dəfə olmaqla sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir; İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X5 təhsil haqqı ödənişini təhsil müddəti bitənə kimi tam həcmdə ödəməyi öhdəsinə götürür; Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh razılığa gəlirlər ki, birgə nikahdan dünyaya gəlmiş uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X1 üçün dayəyə hər ay ödəniş olaraq 400 (dörd yüz) USD (ABŞ dolları) ikinci tərəf kimi çıxış edən Cavabdeh tərəfindən ödənilsin; Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh birgə nikahdan dünaya gəlmiş uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X2 işlərini qarşılıqlı razılıq əsasında aparılmasına dair öhdəlik götürürlər”. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 267973 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 28 noyabr 2018-ci il tarixdə nikaha daxil olmuş və bu barərə 194 saylı akt qeydi tərtib edilmişdir. Ərə “Seyidov”, arvada “Seyidova” soyadı verilmişdir. İş materiallarında olan X4 Vaşınqton şəhərindəki Azərbaycan Respublikasının səfirliyi tərəfindən verilmiş AZ-İV 299528 saylı, 19 may 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 aprel 2020-ci il tarixdə X4 Florida ştatında anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 7 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V 036703 saylı, 29 avqust 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 iyun 2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış 06 mart 2025-ci il tarixli MŞB/6-00395 saylı barışıq sazişinin 2.2, 2.3, 2.4, 2.5, 2.6 və 2.7-ci bəndləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış 06 mart 2025-ci il tarixli MŞB/6-00395 saylı aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: 2.2 İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalarına etiraz etmir. 2.3 İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün stabil pul məbləğində hər biri üçün 300 (üç yüz) manat, ümumilikdə 600 (altı yüz) manat alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 10-dək birinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2.4 Birinci tərəf kimi çıxış edən İddiaçı yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X5 ataları Cavabdeh ilə hər həftə həftədə 2 (iki) dəfə olmaqla sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir. 2.5 İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X5 təhsil haqqı ödənişini təhsil müddəti bitənə kimi tam həcmdə ödəməyi öhdəsinə götürür. 2.6 Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh razılığa gəlirlər ki, birgə nikahdan dünyaya gəlmiş uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X1 üçün dayəyə hər ay ödəniş olaraq 400 (dörd yüz) USD (ABŞ dolları) ikinci tərəf kimi çıxış edən Cavabdeh tərəfindən ödənilsin. 2.7 Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh birgə nikahdan dünaya gəlmiş uşaqları: xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü təvəllüdlü X2 işlərini qarşılıqlı razılıq əsasında aparılmasına dair öhdəlik götürürlər. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3432/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3432/2025
23.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver