Məhkəmə qərarları › İş №2(004)-3446/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3446/2020

14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3446/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-cu ildə məhkəməyə müraciət edərək, onun əri - xx.xx.1952-ci ildə Füzuli rayonu Qoçəhmədli kəndində doğulmuş X1 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1952-ci ildə Füzuli rayonu Qoçəhmədli kəndində doğulmuş X4 onun həyat yoldaşıdır. R.Məmmədov xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mərhum ərini Şirvan şəhərindəki El qəbristanlıqda dəfn etmişlər. Bu fakt Şirvan Bələdiyyəsinin arayışı, qəbrin fotoşəkilləri, 56 saylı MKİS-in arayışı və Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli imtina məktubu ilə öz təsdiqini tapır. Hazırda o, ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.1952-ci ildə Füzuli rayonu Qoçəhmədli kəndində doğulmuş X4 onun doğma qardaşıdır. Qardaşı Rafail xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X7 şəhərindəki El qəbristanlıqda dəfn etmişlər. Füzuli rayonu Qoçəhmədli kənd Sovetliyi tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı 315314 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, Ərizəçi və X4 xx.xx.1980-ci il tarixdə 7 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bakı şəhəri Təcili və X3 Stansiyasının 4 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi xx.xx.2016-cı il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, 4 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimləri xx.xx.2016-cı il tarixdə saat 14:38-də ünvan 1 ünvana gəlmişlər, X1 həkimin yanında “ÜİX kəskin koronar sindrom, infarkdan sonrakı kardioskleroz” səbəbindən öldüyü müəyyən edilmiş, kişi cinsli meyit aşkar olunduğunu qeyd etmişlər. Şirvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03/112 nömrəli arayışından müəyyən edilir ki, X4 xx.xx.2016-cı ildə vəfat edib və Şirvan şəhər “El qəbristanlığı”nda dəfn edilmişdir. 56 saylı MKİS-in verdiyi xx.xx.2020-ci il tarixli 320 nömrəli arayışdan müəyyən edilir ki, Fizuli rayonundan məcburi köçkün olan Ərizəçi qeydiyyatsız olaraq ünvan 1 ünvanda yaşayır, X4 xx.xx.2016-cı ildə vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-347/69 nömrəli arayışına əsasən X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/76-505/15 nömrəli məktubu ilə X1 adına ölüm haqqında şəhadətnaməsi olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş məzar daşının fotoşəkillərindən müəyyən edilir ki, X1 məzar daşında mərhumun adı, doğum və ölüm tarixi göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığagötürmənin, nikahın, boşanmanın, ölümünqeydedilməfaktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidin ifadəsindən və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1952-ci ildə Füzuli rayonu Qoçəhmədli kəndində doğulmuş X4 Ərizəçi həyat yoldaşıdır. X4 xx.xx.2016-cı il tarixdə yaşadığı ünvan 2 ünvanda vəfat etmişdir. Mərhum Şirvan şəhər “El qəbristanlığı”nda dəfn edilmiş və məzar daşı qoyulmuşdur. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci ildə Füzuli rayonu Qoçəhmədli kəndində doğulmuş X1 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnəhəvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar