Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3473/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, X3 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm şəhadətnaməsinin verilməsi, qətnamənin icrasını Bakı şəhər Qaradağ Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası, X6 xx.xx.2021-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Sarıqum bağ evləri ünvanda şəxsi həyət evində vəfat etmiş və Biləsuvar rayon qəbiristanlığında dəfn edilmişdir. Dəfn mərasimi ilə bağlı başı qarışdığından atasının vəfatı ilə bağlı müvafiq orqanlara vaxtında məlumat verə bilməmişlər. xx.xx.2022-ci il tarixdə Bakı şəhər Qaradağ Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək atası X3 ölüm faktının müəyyən edilməsini və onun adına olum şəhadətnaməsinin verilməsini xahiş etmiş, ancaq Bakı şəhər Qaradağ Rayon Qeydiyyat Şöbəsi atası, X3 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, atası xx.xx.1944-cü il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusu, məhrum isə qonşusunun atasıdır. Qonşu kimi bir-birinin evlərinə gediş gəlişləri olub. Ərizəçinin atasının xx.xx.2021-ci il tarixdə halı pisləşmiş və həmin gün də rəhmətə getmişdir. Sonuncunu Biləsuvar rayonunda dəfn etmişlər. O, dəfn mərasimində iştirak edə bilməsə də, yas mərasimlərində iştirak etmişdir. X3 xx.xx.2021-ci il tarixdə ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Ərizəçi onun qonşudur. Ərizəçinin atası Sarıbala dayı xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Biləsuvarda dəfn edilmişdir. Ayaqlarında ağrılar olduğu o dəfndə iştirak etməmiş, amma yas mərasimində orda olmuşdur. X3 xx.xx.2021-ci il tarixdə ölməsi faktını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X12 X13 Mərkəzi Publik hüquqi Çəxsin xx.xx.2022-ci il tarixli, 246 nömrəli məktubdan görünür ki, X1 Tibb Mərkəzində dispanser qeydiyyatında olmadığından və ölüm diaqnozu məlum olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-1744/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Biləsuvar rayon Günəşli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Günəşli kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 həqiqətən də xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1944-cü il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3473/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3473/2022
19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver