Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3507/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X5 katibliyiilə, Ərizəçi Maraqlı şəxs1 və ünvan 2kilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və ünvan 2kilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediator X3 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs1 ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Uşağın saxlanılması üçün alimentin tutulması mediasiya qaydasında barışıq sazişi ilə həll edilmiş, lakin barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Bu səbəbdən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və Mediasiya Şurasının qərarı ilə təsdiq edilmiş barışıq sazişindən görünür ki, tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi Ərizəçi himayəsində saxlanılması üçün 03 aprel 2023-cü il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs1 alimenti ödəyəcəyi barədə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər rəsmi qaydada məlumatlandırılmışdır, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi (“Birinci tərəf”) və xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 (“İkinci tərəf”) ünvan 2kilatının mediatoru X2 iştirakı ilə aşağıdakı şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri barədə bu Sazişi imzalamışdırlar: Birinci tərəf: Ərizəçi bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs1 ilə birgə nikahdan dünyaya gəlmiş övladları yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsinə razıdır və buna etiraz etmir. Bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs1 sazişin surətini icra olunması üçün iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı ikinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. İkinci tərəf: Maraqlı şəxs1 birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gəlmiş övladları yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq birinci tərəf Ərizəçi aliment ödənilməsi barədə razıdır və bu sazişin surətini icra olunması üçün iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öhdəlik götürür. Bu mübahisə ilə bağlı birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasənməhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesinin nəticəsi olaraq ünvan 2kilatında bağlanmış və mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: Tərəflər övladları xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin ödənilməsi ilə bağlı aşağıdakı qaydada razılıq əldə etmişlər:
1. “İkinci tərəf” qismində Maraqlı şəxs1 “Birinci tərəf” qismində Ərizəçi - övladları xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 325 (üç yüz iyirmi beş) manat, cəmi 650 (altı yüz əlli) manat sabit pul məbləğində aliment ödəyəcəkdir.
2. “Birinci tərəf” “İkinci tərəf”-in övladları xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 325 (üç yüz iyirmi beş) manat, cəmi 650 (altı yüz əlli) manat sabit pul məbləğində aliment ödəməsi ilə razılaşır və buna etiraz etmir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayşən Sultanova-Məmmədova