Məhkəmə qərarları › İş №2(004)-3539/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3539/2022

01.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3539/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il təvəllüdlü atası X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X4 xx.xx.2022-ci tarixində xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Həmin vaxt Təcili və Təxirəsalınmaz bbi Yardım Stansiyasına müraciət etsə də, onlar gələndə atası artıq vəfat etmişdir. Bununla bağlı Təcili və X6 Stansiyasının həkimi ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Başının dəfn işlərinə, yas mərasiminin təşkilinə qarışması ilə əlaqədar ölüm haqqında şəhadətnaməsinin alınması üçün vaxtında müraciət edə bilməmiş, sonradan müraciət etsə də, müddətin keçməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmin ölüm haqqında şəhadətnamə vərəsəliyin açılması və s. məqsədlər üçün hüquqi əhəmiyətli fakt olması səbəbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X1 və X5 məhkəməyə verdikləri ifadələrində göstərmişdirlər ki, Ərizəçi ilə qohumdurlar. Ərizəçinin atası X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və onlar da dəfn mərasimində iştirak etmişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərn ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş, İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 139 nömrəli şəhər poliklinikasİ tərəfindən verilib ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 128 saylı məktubdan görünür ki, ərizəçinin atası 1941ci il təvəllüdlü X2 39 saylı poliklinikada qeydiyyatda olmaması, heç bir müraciətinin qeydə alınmaması və ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiasının 31.01,2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur, ata qrafasında X4 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X6 Stansiyası tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X4 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1941-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1941-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar