Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3547/2024 18.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçı1 və X1 cavabdehlər Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Ləğv Prosesində olan "xxxx" ASC-yə qarşı "hərrəcın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və X5 cavabdehlər Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Ləğv Prosesində olan "xxxx" ASC-yə qarşı "hərrəcın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, vərəsəsi olduqları X4 mülkiyyətində olmuş, ipotkea müqaviləsi əsasında "xxxx" ASC qarşısında yüklü edilmiş ünvan 1 ünvandakı mənzilə dair cavabdeh "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış hərrac nəticələri barədə 20 fevral 2017-ci il tarixli 11/07 saylı protokolun və həmin mənzilə dair bu hərrac protokolu əsasında cavabdehlər "xxxx" MMC ilə “Ləğv Prosesində olan "xxxx" ASC arasında bağlanmış alqı-satqı müqaviləsinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, ünvan 2 ünvandakı mənzilin real bazar qiymətinə uyğun qiymətləndirilməsi, müəyyən olunmuş qiymətlə açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 409/13 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən 17861,74 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 2794,22 manat manat dəbbə pulunun, cəmi 22444,96 manat məbləğində borc cavabdeh X2 tutulması,tutmanın X4 mülkiyyətində olan ipoteka müqaviləsi əsasında “DekaBank“ ASC qarşısında yüklü edilmiş ünvan 2 ünvandakı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilmiş məbləğdən kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin olunması, məbləğ kredit borcunun ödənilməsinə yetmədikdə qalan borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bu qətnamə əsasında Bakı Apellyasiya Məhkəməsi29103)-409/13 saylı, 14 05 2013-cü il tarrixli icra vərəqəsi çıxarmış və həmin icra vərəqəsini icra olunması üçün Bakı şəhər Yasamal rayon İcra Şöbəsinə yönləndirmiş, Bakı şəhər Yasamal rayon İcra Şöbəsi İcraata başlamaq haqqında qərar qəbul etmişdir. Bundan sonra, digər cavabdehlər "xxxx" MMC və "xxxx" ASC 20 fevral 2017 -ci il tarixdə hərracı keçiriblər və həmin tarixdə icra predmeti olan yuxarıda göstərilən mənzilin hərracının nəticələri haqqında 11/07 saylı protokol tərtib ediblər. Elə 20 fevral 2017 -ci il tarixində də qeyd olunan cavabdehlər arasında mənzilin alqı-satqısı müqaviləsi bağlanmışdır. Protokola və müqaviləyə əsasən keçirilmiş hərracda istinad edilən əmlak 31875,00 manat məbləğdə "xxxx" ASC-yə satılıb. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 20 fevral 2017-ci il tarixli hərrac nəticələri barədə 11/07 saylı protokol və onun əsasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, mübahisə predmeti olan əmlak yenidən hərrac keçrilən günə qiymətləndirilməli və həmin qiymətlədə hərraca çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdehlər Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Ləğv Prosesində olan "xxxx" ASC (nümayəndələri) məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Yasamal Rayon Məhkəməsinin 30 iyul 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X8, İddiaçı1, X3 qarşı borcun alınması, tələbin ipoteka predmetinə yönəlldilməsi, yaşayış və qeydiyyat hüquqlarına xitam verilməsi və xərclərin əvəzinin alınması tələbinə dair iddiası qismən təmin edilmiş, gecikdirməyə görə 2224 manat 01 qəpik məbləğində dəbbə pulunun, 1789 manat məbləğinədək azaldılması, cavabdeh X2 17894 manat 52 qəpik məbləğində əsas borc, 1026 manat 83 qəpik məbləğində faiz borcu, 3459 manat 15 qəpik cərimə faizləri, 1789 manat dəbbə puju, cəmi 24169 manat 50 qəpik məbləğində pulun alınaraq, iddiaçı "xxxx" ÄSC-yə verilməsi, 29 iyul 2011-ci il tarixli ipoteka müqaviləsi ilə ipoteka qoyulmuş cavabdeh X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hindşah Naxçıvani küçəsi ev 15, mənzil 208 açıq hərracda satılmaqla 17894 manat 52 qəpik məbləğində əsas borcun, 1026 manat 83 qəpik məbləğində faiz borcun, 3459 manat 15 qəpik cəriptə faizlərin, 1789 dəbbə pulun, cəmi 24169 manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hindşah Naxçıvani küçəsi 15 saylı evin, 208 saylı mənzilinin ilkin satış qiymətinin 50000 manat miqdarında müəyyən edilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" ASC-nin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğdə borc cavabdeh X2 alınaraq, iddiaçı "xxxx" ASC-yə qaytarılması, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" ASC-nin tələblərindən artıq olduqda, artıq məbləğin cavabdeh X6 qaytarılması, cavabdeh X2 nümayəndələrə göstərdiyi xidmət üçün 750 manat məbləğində pulun alınaraq, iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-409/13 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş; həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2012-ci il tarixli qətnaməsi əsas, faiz borcu, cərimə faizləri, dəbbə pulu cəmi 24169 manat tutulması hissəsində qismən ləğv edilməsi; X2 17861,74 manat əsas, 2794,22 manat faiz borcu, 1789 manat dəbbə pulu cəmi 22444,96 manat tutularaq, "xxxx" KB ASC-yə ödənilməsi; qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 01 saylı, 03 noyabr 2012-ci il tarixli və 01/2 saylı, 17 noyabr 2012-ci il tarixli Açıq Hərracın keçirilməsinə dair Bildirişlərdən görünür ki, X8, İddiaçı1 və X5 03 dekabr 2012-ci il tarixli hərracın keçirilmə vaxtı barədə məlumatlandırılmışdılar. 30 dekabr 2016-cı il tarixli Açıq Hərracın keçirilməsinə dair 02 saylı Bildirişdən görünür ki, icra işi üzrə tərəflər (tələbkar, borclu və icra məmuru) 30 yanvar 2017-ci il təkrar hərracın keçirilmə vaxtı barədə məlumatlandırılmışdılar. 11 iyun 2023-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X7 həkimə qədər ölüm müəyyən edilmişdir. 11/07 saylı, 20 fevral 2017-ci il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hindşah Naxçıvani küçəsi 15 saylı evin, 208 saylı mənzil Ləğv Prosesində olan "xxxx" ASC tərəfindən əldə olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Yasamal rayon İcra şöbəsinin 17/72-975/1-3475 saylı, xx.xx.2014-cü il tarixli sifarişinə əsasən X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.H.Naxçıvani küçəsində yerləşən, 15 saylı evin, 208 nömrəli mənzilinin sifariş məktubunun üzərindən uzun müddət keçdiyindən tərəflərindən heç bir məlumat aşkar edilməmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-409/13 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən 17861,74 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 2794,22 manat manat dəbbə pulunun, cəmi 22444,96 manat məbləğində borc cavabdeh X2 tutulması, tutmanın X4 mülkiyyətində olan ipoteka müqaviləsi əsasında “DekaBank“ ASC qarşısında yüklü edilmiş ünvan 2 ünvandakı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilmiş məbləğdən kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin olunması, məbləğ kredit borcunun ödənilməsinə yetmədikdə qalan borcun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Müvafiq qətnamənin icraya göndərilməsi nəticəsində ipoteka predmetinin hərracdan satılması məqsədilə Yasamal Rayon İcra Şöbəsi tərəfindən hərracın təşkili üçün "xxxx" MMC-yə sifariş verilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 50.000 manat göstərilmişdir. “İpoteka haqqında” qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. İddiaçılar tərəfindən təqdim edilmiş açıq hərracın keçirilməsinə dair bildirişlərdən (05 noyabr 2012-ci il, 19 noyabr 2012-ci il, 30 dekabr 2016-cı il tarixli) görünür ki, ilkin və təkrar hərracların keçirilmə vaxtı barədə icra işi üzrə tərəflər məlumatlandırılmışdırlar. İlkin və təkrar hərrac baş tutmadığından nəticə etibarilə 20 fevral 2017-ci il tarixdə ipoteka predmeti Ləğv Prosesində olan "xxxx" ASC tərəfindən alınmış və bununla bağlı eyni tarixli alqı-satqı müqaviləsi və protokol imzalanmışdır. 20 fevral 2017-ci il tarixli, 11/07 Hərracın yekunları barədə protokoldan görünür ki, ipoteka predmetinin ilkin hərrac qiyməti 50.000 manat, təkrar hərrac qiyməti 42500 manat müəyyən edilmiş və yekun olaraq, Ləğv Prosesində olan "xxxx" ASC tərəfindən 31875 manat məbləğində əldə edilmişdir. “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. AR Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, hərrac təşkilatçısı tərəfindən hərracın “İpoteka haqqında” qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara riayət edilməməsi ilə həyata keçirilməsinə dair hər hansı bir hal, habelə hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar aşkar edilmədiyindən iddia tələbi əsassız olub rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və X1 cavabdehlər Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Ləğv Prosesində olan "xxxx" ASC-yə qarşı "hərrəcın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3547/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3547/2024
18.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver