Məhkəmə qərarları › İş №2(004)-3589/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3589/2024

31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3589/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla) mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş qardaşı X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X2 xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində vəziyyəti qəflətən pisləşdi. Qardaşı qaraciyər serrozundan əziyyət çəkirdi. Təcili tibbi yardış briqadası çağırılsa da, təcili tibbi yardım gələnə qədər o rəhmətə getdi. Qardaşı Suraxanı rayon qəbirastanlığında dəfn olunub. Bakı şəhər 14 saylı poliklinikaya müraciət etsə də, evdə rəhmətə getdiyi üçün 106 saylı tibbi şəhadətnamə ala bilmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktının müəyən edilməsi ona mərhuma dair sənədlərin həll edilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə izahatında qeyd etmişdir ki, təmsil etidiyi maraqlı şəxs - Maraqlı şəxs2 məhrum X2 həyat yoldaşı idi. İddia tələbi ilə razıdırlar və olduğunu bildirərək maraqlı şəxs təmin olunmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan: 509115 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 13 sentyabr 1950ci ildə Bakı şəhərində anadan olmuşdur. İİ-JQ seriyalı, 342336 nömrəli nikah haqqında şəhadətnaməni surətindən görünür ki, X4 ilə X3 arasında 28 oktyabr 1979-cu il tarixdə nikaha daxil olmuş və bu barədə 4942 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə " Aziyev”, arvada “Aziyeva” soyadı verilmişdir. Azərbaycan Respublikasi Təcili və X1 Stansiyasının 8 saylı bölməsinin “ölüm haqqında xəbərdarlıq” sorğusundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanına X2 adına çağırış daxil olmuş, 12:09-da xəstənin yanına gəlmə vaxtı qeyd olunmuş, çağırışı 8 saylı bölmənin həkimi Həsənquliyev Sübhan yerinə yetirmişdir. Kişi cinsli meyid aşkar olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nizami rayon Qeydiyyat şöbəsinin 3- 16-5-/7-14xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1950-ci il tarixində Bakı şəhərində anadan olmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il tarixində Bakı şəhərində anadan olmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar