Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-361/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Həcər İsmayıl qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh6 və Cavabdeh5 qarşı “birgə mülkiyyətdə olan evin naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Həcər İsmayıl qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh6 və Cavabdeh5 qarşı “birgə mülkiyyətdə olan evin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən birgə mülkiyyətdə olan evdə ¼ hissədən B tikilisinin birinci mərtəbəsində iki otaqdan ibarət (27 kv.metr) və ikinci mərtəbədən ibarət mənzilinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə cavabdehlər Həcər İsmayıl qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh6 və Cavabdeh5 məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərməklə məlumat versə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. AZEMİS-dən çıxarışdan müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə və Cavabdeh6 xx.xx.2023-cü il tarixdə ölmüşlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Həcər İsmayıl qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh6 və Cavabdeh5 qarşı “birgə mülkiyyətdə olan evin naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli GPP ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-361/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-361/2024
15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver