Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3637/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abrurahman qızı, Ərizəçi MMC (Maraqlı şəxs MMC) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi MMC (Maraqlı şəxs MMC) “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə maraqlı şəxs arasında Bakı 12 saylı Mediasiya Təşkilatında mediator X1 iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00840 nömrəli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi və bugünədək ərizəçi tərəfindən çəkilmiş 300 manat xərcin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə məhkəmə aidiyyatına görə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarından müəyyən edilir ki, hər iki tərəf hüquqi şəxsdir və hazırki tələb ərizəçi və maraqlı şəxs arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən irəli gələn mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən irəli gələn mübahisənin tənzimlənməsinə yönəlmişdir. Beləliklə, məhkəmə tərəflərin hüquqi şəxs olmasını, barışıq sazişinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlməsini nəzərə alaraq hesab edir ki, hazırki ərizəyə məhkəmə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində baxıla bilməz. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən xx.xx.2024 il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat məbləğində rüsum ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi MMC-nin Maraqlı şəxs MMC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi MMC-yə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi MMC-yə (Ərizəçi MMC, VÖEN **********, "xxxx" ASC, kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. PAHAAZ22) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Xəlil
Məhkəmə qərarları › İş №2(004)-3637/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3637/2024
02.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver