Məhkəmə qərarları › İş №2(004)-3704/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3704/2023

18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3704/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi və maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, onun əri - xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1976-ci ildə Bakı şəhərində doğulmuş X6 onun əridir. X2 xx.xx.2022-ci il tarixdə qohumlarının evində Abşeron rayonu Masazır qəsəbəsi F.Kərimzadə 85 ünvanda olarkən qəflətən səhhəti pisləşmişdir, dərhal təcili tibbi yardım çağırsalar da, həkim gələnə kimi Elnur vəfat etmişdir. X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Dağüstü 2 qəbristanlığında dəfn etmişlər. O, təcili tibbi yardımın verdiyi arayışı təqdim edərək, ölüm haqqında tibbi şəhadətnamə almaq üçün poliklinikaya müraciət etmişdir. X1 xəstəliyini təsdiqləyən stasionar epikriz olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün 3 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Ərizəçi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət edərək əri xx.xx.1976-ci ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini bildirmiş və ölüm haqqında şəhadətnamə almaq istəmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnaməni (Forma AZS-106) təqdim etmədiyinə görə ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizənin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. BŞT və X5 Stansiyasının 4 nömrəli bölməsi xx.xx.2022-ci il tarixli 202 nömrəli xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, həqiqətən xx.xx.2022-ci il t arixdə saat 12:30-da ünvan 2 ünvana X3 adına olan çağırış yerinə gələn 4 saylı bölmənin həkimi R.Xəlilov kişi cinsli meyit aşkar etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8- X/5-1772/2023 nömrəli məktubu ilə X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli GİM 362379 nömrəli mədaxil qəbzindən görünür ki, X3 Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Dağüstü-2 qəbirstanlığında dəfn edilməsi üçün X7 63 manat rüsum ödəmişdir. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 69 nömrəli arayışdan görünür ki, Ərizəçi X2 xx.xx.2022-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Dağüstü-2 qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhəri Nəsimi rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli Vİİ-JQ 392235 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.1976-ci ildə Bakı şəhərində doğulmuş X6 ilə xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş Ərizəçi xx.xx.1999-cu il tarixdə 512 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Yasamal RPİ tərəfindən xx.xx.2012-ci ildə verilmiş AZE 09548723 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1976-ci ildə Bakı şəhərində doğulmuş X6 ünvan 3 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1976-ci ildə Bakı şəhərində doğulmuş X6 Ərizəçi əridir. X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Dağüstü-2 qəbristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamə verilməsi 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar