Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-371/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 Rahim oğluna qarşı “paylı mülkiyyətdəki payın naturada ayrılması və ya əmlakın hərracda satılaraq əldə olunmuş pulun mülkiyyətçilər arasında paylarına müvafiq şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 Rahim oğluna qarşı “paylı mülkiyyətdəki payın naturada ayrılması və ya əmlakın hərracda satılaraq əldə olunmuş pulun mülkiyyətçilər arasında paylarına müvafiq şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclası 08 oktyabr 2024-cü il tarixə, saat 11:45-ə təxirə salınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, tərəflər arasındakı mübahisə məhkəmədən kənar qaydada öz həllini tapdığından iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən cavabdehin işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclas protokoluna imza edilməklə rəsmiləşdirilir. Hazırki mülki iş üzrə Cavabdeh2 Rahim oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmiş, həmçinin AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə verildiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı Cavabdeh2 Rahim oğluna qarşı “paylı mülkiyyətdəki payın naturada ayrılması və ya əmlakın hərracda satılaraq əldə olunmuş pulun mülkiyyətçilər arasında paylarına müvafiq şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5, 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 Rahim oğluna qarşı “paylı mülkiyyətdəki payın naturada ayrılması və ya əmlakın hərracda satılaraq əldə olunmuş pulun mülkiyyətçilər arasında paylarına müvafiq şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-371/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-371/2024
08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver