Məhkəmə qərarları › İş №2(004)-3740/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3740/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3740/2022 26.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1963-cü il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası xx.xx.1963-cü il təvəllüdlü X8 xx.xx.2019-cu il tarixdə anidən ürək xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra Bakı şəhərində yerləşən “Əhmədli” qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 28.01,2020-ci il tarixli 123-05/15 saylı -məktubla cavab verdi ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum atası xx.xx.1963-cü il təvəllüdlü X5 adına ölüm haqqında şəhadətnamə verilmədi. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamə almağa zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx.xx.1963-cü il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi bəzi sənədləşmə işlərinin aparılmasının vacibliyini qeyd etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1991-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, atası X8, anası X1r, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991ci il tarixdə 1070 nömrə ilə qeyd edilmişdir.. İş materiallarında olan Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 123-05/15 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini məsləhət görür. İş materiallarında olan Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 188 nömrəli arayışdan görünür ki, Ərizəçi atası X8 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Əhmədli qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********2 saylı Arayışın surətindən görünür ki, Ərizəçi (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər X3 qədər ölüm halını təsdiq edən Aktdan görünür ki, X9 xx.xx.2019-cu il tarixdə saat 07:55 dəqiqədə xəstəxanaya çatdırılmışdır. Müayinə zamanı meyit üzərində zorakılıq əlamətləri yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçi onun dostudur. Mərhum 20 noyabr 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, Əhmədli qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X5 xx.xx.1963-cü ildə doğulduğu, xx.xx.2019-cu ildə vəfat etdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin atası olmuşdur. xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. X2 qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası X5 xx.xx.2019-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə doğulmuş X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar