Məhkəmə qərarları › İş №2(004)-3744/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3744/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3744/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 03 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 03 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 xx.xx.2025-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsi ilə əlaqədar onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, xx.xx.1951-ci ildə Bakıda anadan olmıış anası X5 xərçəng xəstəliyindən 25 may 2025-ci ildə birgə yaşadıqları Xırdalan şəhəri “Kristal Abşeron” yaşayış kompleksində 5 nömrəli mənzildə vəfat etmişdir. O, anası ilə birlikdə Novruz bayramını Bakı şəhərində qeyd etmək üçün daimi yaşadıqları Türkiyədən bu ilin mart ayında Bakı şəhərinə gəlmişdir. Təyyarə ilə Bakı şəhərinə eniş etdikdən sonra onun vəziyyəti ağırlaşmışdır. MRT müayinəsi zamanı onun beynində törəmə olduğu aşkar olmuşdur. Qısamüddətli müalicələr nəticə vermiş və anası xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Evə çağırdıqları təcili yardım briqadası da onun ölümünü təsdiq edərək və ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Mərhum müsəlman adət-ənələrə uyğun olaraq xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xəzər rayonu Gtirgan kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yeganə vərəsəsidir. Anası evdə vəfat etdiyi və ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə almaq bu günə kimi mümkün olmamışdır. Bu yaxınlarda anası X1 ölümünün qeydiyyata alınması barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmişdir. Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Tibbi şəhadətnamənin alınması ilə bağlı Bakı şəhəri 3 nömrəli Poliklinkasına müraciət etmişdir. Həmin tibb müəssisəsindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, mərhumun ölüm səbəbi məlum olmadığı üçün poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi imkan xaricindədir”. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 03 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə məlumat verilmiş, onun nümayəndəsinin iştirakı təmin edilməmiş, lakin məhkəməyə xx.xx.2025-ci il tarixdə məktub ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 16004787 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin Vİİ-JQ 480384 saylı, xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 1971-ci ildə anadan olmuşdur. X2, anası X4r. - “Respublika Təcili və X6 Mərkəzi” PHŞ Abşeron TTTYS-nin 25 may 2025-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən 1951-ci il təvəllüdlü X1 meyiti aşkarlanmış, onun üzərində heç bir zorakılıq əlaməti yox idi. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.1951-ci il təvəllüdlü X1 ölüm səbəbi məlum olmadığından “ölüm haqqında şəhadətnamə”nin verilməsi mümkün olmamışdır. - 3 saylı “ASAN Xidmət” X7 Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanı xaricindədir. 3 saylı “ASAN Xidmət” X11 aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Pirallahı Bələdiyyəsinin 110 saylı, xx.xx.2025ci il tarixli arayışına əsasən 25 may 2025-ci il tarixdə vəfat etmiş X5 Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində yerləşən Gürgən qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmi nəvəsidir, mərhum isə onun əmisi qızı idi. X5 25 may tarixində vəfat etmişdir, o, Türkiyə Respublikasında yaşayırdı. Xəstə idi, qəflətən bura gəlmiş, yoxlanmış, başında problemi var idi. Həkimlər baxıb ona 3 ay yaşayacağını bildirmişlər. O, X3 Pirallahı rayonu, Gürgən qəsəbəsində yerləşən Gürgən qəbirstanlığında özü basdırmışdır. xx.xx.1951-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktını təsdiq edir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin anası xx.xx.1951-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə və şahid ifadəsi ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1951-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar