Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3745/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X34 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X9 Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Yelobank ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Xəzər Rayon İcra və probasiya Şöbəsinə, X35 şirkətinə, X2 və X10 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Yelobank ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlak və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Yelobank ASC-dən Ruminiya istehsali əl işi yataq mebelinin (1 çarpayi, 2 tumboçka, 2 güzgülü tryumo, 1 ədəd komod,l ədəd 3 gözlü şifoner) - 30 000 az, LG markalı kondisionerin - 1250 azn, 1 ədəd 2,5x1,5 qədim xalçanın-10 000 azn, çarpayının üzərində olanlar-500 azn, şifonerin içində olan paltarlar-500 azn, 2 ədəd şüşəli vaza-1000 azn, 2 ədəd qızılı gecə lampası-3000 azn, 6 gözlü çılçıraq (svarovski daşlari)-7000 azn, hamam içərisində olanlar 5000 azn= toplam- 58250 azn, Rumıniya istehsalı əl işi mebel (1 çarpayi, 1 ədəd güzgülü tryumo, 2ədəd 1 gözdən ibarət şifoner)-20000 azn, 1 ədəd LG kondisioner -1250 azn, 1 ədəd 3x1.5 xalça- 5000 azn, şifonerin içində olan əşyalar-1000 azn, qara rəngli printer aparatı-1000 azn, 1 ədəd sarı rəngdə olan (yantar daşı) təsbeh-700 azn, 5 gözlü çilçıraq-3000 azn= toplam-31 950 azn, yataq mebeli çarpayı, 2 tumboçka, 1 güzgülü tryumo, 3 gözlü şifoner)-17000 azn, çarpayının üzərində döşək yorğan dəsti-200 azn, Philips markalı tozsoran-300 azn, elektron radiator-100 azn, 1 ədəd çəhrayi çemodan-320azn, 1 ədəd LG kondisioner-1250 azn, 2x3 xalça- 1700 azn, 8 şamlı çilçıraq-5000 azn, 1 ədəd taxta çərçivəli rəsm-5000 azn, 2 ədəd dekorativ vazalar-1000 azn 2 ədəd yolka(boyük)-1000 azn (orta)- 700azn, Sharp markalı paltar yuyan maşını-800 azn= toplam-33 570azn, 1 ədəd mətbəx mebeli-17000 azn, qabyuyan-700azn,beko markalı soyuducu-1400 azn,LG markalı kondisioner- 1250azn, beko markalı soba-700azn, Ardo markalı-300azn, 6 şamlı çilçıraq-3000 azn, 1 ədəd masa 3 hissədən ibarət künc divan, 2 pufik-1700azn, toster 70 azn, mikser-130azn, mətbəx ləvazimatlari-10000 azn = toplam-36250azn, İtaliya istehsalı olan Cappelletti markalı mebel- 440 000 azn (1 ədəd 12 nəfərlik masa, 12 stul, 1 ədəd 1 gözlü servant, 1 ədəd 2 gözlü servant, 1 ədəd televizor altı komod, 2ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 2 ədəd balaca jurnal masaları, 3 ədəd taxta çərçivəli rəsm-30 000 azn, 1 ədəd Samsung televizor-5000 azn, 3 ədəd çilçıraq-17 000 azn, 4 ədəd bağlama karobka-15 000 azn, 1.5x2 və3x4 xalçalar-2700 azn, 1 ədəd divar saati- 60azn, LG kondisioner-1250azn= toplam-511 010 azn, 11 ədəd taxta çərçivəli divar rəsimləri-80000 AZN, 8 ədəd antikvar tumbalar 80 000 azn, 8 ədəd antikvar vazalar-80 000 azn, 1 ədəd bilyard masası-15000 azn, 2 ədəd kiy-4000 azn 4 ədəd kiy-2000azn, 1 ədəd plazma gold kondisioner-5000 azn, Vişer kondisioner -2000 azn, 1 ədəd Panasonic televizor-5000 azn, 1 ədəd pioner televizor-10000 azn, 1 ədəd LG soyuducu-2500azn, 1 ədəd televizor altığı-2000AZN, 20 ədəd stul 4 masa- 28 000 azn, 1 divan Cappelletti firması 2 kreslo-120 000 azn, 8 ədəd səyahət çemodanı-3000 azn, 6 ədəd karobka-20 000 azn, 14 ədəd divar bra-9800 azn, bilyard masası ətrafında 2 divan 4 kreslo- 28000 azn, Rumıniya istehsalı olan əl işi Nevada mebeli( 1 güzgülü komod, 1 3 gözlü komod)-30 000 azn, 1 ədəd ağ rəngli yazı stolu-400 azn, hamam otağında- cakuzi-5000 azn, hamam aksesuarlari 4000 azn, mətbəx mebeli- 19000azn, 6 şamlı çılçıraq-3000 azn, bosh paltaryuyan-700azn, kibri markalı tozsoran-5000 azn, mətbəxtdə olan qab qacaqlar-15000 azn = toplam-578400 azn, 1 ədəd taxta yelləncək-5000 azn, 1 ədəd taxta stol və 12 stul- 1500 azn,14 ədəd dibçəklər-1400azn= toplam-7900 azn, 1 ədəd ariston su gızdırıcı-1055 azn, 1 ədəd kombi sistemi-10000 azn, işıq generatoru-400azn=toplam 11 455 azn= ümumi toplam -1 268 785 azn, yuxarıda adları sadalanan əşyaların özlərinin və ya onların dəyəri kimi 1 268 785 AZN pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Xəzər rayonu İcra və Probasiya şöbəsinin tərtib etdiyi akt əsasında həyat yoldaşı X6 2(004)-198/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəh., Xəzər r-nu, M.İmaməliyev küç 4 ünvanda yerləşən fərdi yaşayış evindən icraya yönəldilməyən 1.268 785 manat məbləğində ev əşyaları götürülmüş və Nikoil Bankın nümayəndəsi X14 təhvil verilmişdir. Həmin əmlakların geri qaytarılması barədə həyat yoldaşı X15 cavabdehə dəfələrlə müraciət etsə də, lakin bugünə qədər cavabdeh həmin əmlaklarını geri qaytarmır. Həyat yoldaşı X15 1 ildən artıqdır həbsdə olduğuna görə iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə Pretenziya məktubu ilə rəsmi qaydada müraciət eləmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə onun pretenziya məktubunu alsa da, bugünə qədər heç bir cavab verməmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əmlak tələbinə dair iddiasına əsasən Bankdan iddia ərizəsində qeyd edilən əmlakların özlərini və ya onların dəyəri kimi 1 268 785 manat pulun alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Xəzər rayonu İcra və Probasiya şöbəsinin tərtib etdiyi akt əsasında iddiaçının həyat yoldaşı X6 2(004)- 198/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yeləşən fərdi yaşayış evindən icraya yönəldilməyən ******* manat məbləğində ev əşyaları götürülmüş və Nikoil Bankın nümayəndəsi X14 təhvil verilmişdir. Hazırda aktda qeyd edilən əmlakların və ya onların dəyəri kimi ******* manat pulun iddiaçıya qaytarılmasını məhkəmədən xahiş edir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi və X11 tərəfindən Yelo Bank ASC-yə ünvanlanan ərizəsindən göründüyü kimi, iddia tələbində də iddiaçının yoldaşı olaraq qeyd edilən X3 iddia tələbində qeyd edilən əmlakları aldığı bildirilmişdir. Həmçinin məhkəməyə təqdim edilən “İnam” Özəl Mühafizə şirkətinin məktubu və məktuba əlavə edilmiş aktlardan da göründüyü kimi əmlaklar xx.xx.2017-cü il tarixdən yuxarıda qeyd edilən şirkətə saxlanca verilmiş, xx.xx.2017-ci il tarixədək həmin şirkətdə olmuşdur. Odur ki, yuxarıda sadalanan hallardan da göründüyü kimi iddia tələbi üzrə Bankın heç bir qanuna zidd hərəkəti və ya etinasızlığı olmamış, qeyd olunan əmlaklara dair mübahisə iddiaçı ilə, onun həyat yoldaşı olan X15, X11 və “İnam” Özəl Mühafizə şirkətinin arasındadır və Banka heç bir aidiyyatı yoxdur. İddiaçı cavabdeh Yelobank ASC-yə qarşı əmlak tələbinə dair iddiasına əsasən bankdan iddia ərizəsində qeyd edilən əmlakların özlərini və ya onların dəyəri kimi 1.2687.85 manat pulun alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməmsini xahiş etmişdir. Məhkəmə tərəfindən X35 şirkəti, X12, X15 müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 16 may 2022-ci il tarixdə Rasım adlı şəxs banka müraciət edərək, 3 ədəd palma ağacını oradan götürmək istəmişdir. Bankın razılığı olmadan əşyaların olduğu yerdən heç nə çıxartmaq olmaz. Deməli həmin əşyaları bank satmışdır. Həmçinin bildirmişdir ki, onlar əşyaları bankdan tələb edirlər. Cavabdehi dəyişdirmək istəmirlər. Akt əsasında əşyalar banka verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, bank həmin əşyaları almış və İnam mühafizə şirkətinə təhvil vermişdir. İnam şirkəti 3 aydan sonra oradan çıxmışdır. Bankın bu olanlardan heç bir məlumatı olmamışdır. Onlar cavabdeh deyillər, cavabdehlər siyahısından çıxarılmalıdırlar. əşyaların onlarda olması ilə bağlı heç bir sübut yoxdur. Rasim Sahibə pul verərək əşyaları almışdır. Aktda qeyd olunanlara görə əşyalar banka verilmiş, bank isə həmin əşyaları İnam mühafizə şirkətinə vermişdir. Həmin əşyaların saxlancdan çıxarılması ilə bağlı banka heç bir məlumat verilməmişdir. Əşlayardan xəbərləri yoxdur, Rasim Sahiblə razılaşmış əşyaları Sahib Rasimə satmışdır. Əgər iddiaçının iddia etdiyi kimi əşyaların 1 milyon 200 min manat dəyəri olsa idi həmin əşyaları satıb kredit borclarını bağlayardılar. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən X35 şirkətinin nümayəndəsi və vəkili X1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həmin əşyaların saxlancdan çıxarılması ilə bağlı banka verilən məlumat iş materiallarına əlavə olunmuşdur. 2017-ci ildə onlardan sonra əşyalar mühafizə polisinə təhvil verilmişdir. Bu da onu göstərir ki, polislə bank arasında hansı əşyaların saxlanması ilə bağlı öhdəlik yaranmışdır. Yelobankın hər şeydən xəbəri olmuşdur. xx.xx.2022-ci i ltarixdə keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 bildirmişdir ki, daşınmaz əmlak ona 400 min manata təklif edilmişdir. 100 min ilkin ödəniş etmiş qalan məbləği isə nisyə alqı-satqı müqaviləsi əsasında ödəyəcəyi barədə bankla razılaşmışlar. Pulu ödəyə bilmədiyi üçün məhkəmə qətnaməsi ilə nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş və daışnmaz əmlka banka təhvil verilmişdir. Lakin bundan əvvəl evi qaldıqdan sonra bir müddət həmin evdə qalmış, həmin evin təmirinə 40 min manat pul xərcləmişdir. əşyalar bir otaqda yığılı olmuş, az miqdarda əşya olmuş, əşyalar olan otaq möhürlənməli olsa da otaqğa giriş-çıxış var imiş. Həmin otağa su damırmış. Əşyaların saxlandığı yerin qapısını bağlatdırmışdır ki, ona problem olmasın. Əşyaların dəyəri olmamışdır, çəkillərin dəyəri olmuşdur. Sahibə dəfələrlə gəlib şəkillərini götürməsini bildirmiş, lakin Sahib ona 100 min manat verəcəyi təqdirdə əşyaları Rasimə verəcəyini və onunla halallaşacağını bildirmişdir. Onlar aralarında razılaşmış və Rasim evdə olan əşyaları 100 min manata almış və daha sonra satmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Sahib prosesə gəlsə onun üzünə qarşı həmin əşyaları ondan 100 min manata aldığını deyə bilər. Palma ağaclarını o götürmüşdür. İş materiallarında olan Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru İsrafilov H.Ə, icra məmuru Nəcəfov A.Z., sahə inspektoru Vəliyev B.N., Buzovna qəsəbə nümayəndəliyindən X22, Fövqəladə Hallar Nazirliyinin Xəzər yanğından mühafizə hissəsinin növbə rəisi köməkçisi X7, bölmə komandiri X23, təlbkar Nikoil İKB-nin nümayəndələri Novruzov E.A, Muxtarov A.A, Zərbiyev S.H., hal şahidləri Bayramov E.S., Qafarov R.Ə iştirakı ilə tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, həmin aktda İddiaçı məxsus Bakı şəhəri Buzona qəsəbəsi, X26 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən fərdi yaşayış evindən 84 adda əmlakın siyahıya alınaraq tələbkarın etibarnamə üzrə nümayəndəsi X17 təhvil verildiyi, siyahıya alınmış əmlakdan başqa evdə qiymətli qızıl-zinət və qiymətli kağızların aşkar edilmədiyi, boşaldılmış ev və evdə olan 84 adlı siyahıya alınmış əmlakla birlikdə tələbkarın nümayəndəsi X17 təhvil verildiyi göstərilmişdir. Aktda olan “qeyd” qrafasında qeyd olunan əmlak və evin yuxarıda qeyd olunan nümayəndələrin iştirakı ilə İnam mühafizə şirkətinin xidmət rəisi X16 təhvil verildiyi yazılmışdır. İş materiallarında olan Nikoil Bankın nümayəndəsi X19 tərəfindən verilmiş xx.xx.2017ci il tarixli ərizədən görünür ki , o Xəzər Rayon Məhkəməsinin 2(004)-198/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinin evdən çıxarma hissəsi ilə bağlı icra vərəqəsi borcluların iştirakı olmadan borclulara məxsus siyahıya alınmış əmlakı və boşalmış evi almağıa bankın hazır olduğunu və təhvil alındığını bildirmişdir. İş materiallarında olan X12 tərəfindən Yelobank ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X27 ASC-dən 2017-ci ildə nisyə alqı-satqı müqaviləsi ilə aldığı Xəzər rayonu Buzovna qəsəbəsi X26 küçəsi döngə 9, ev 4 qalıq borcunu ödəyə bilmədiyi üçün nisyə alqı-satqı müqaviləsinin ləğvi və əmlakın banka qaytarılması haqqında qətnamə qəbul edildiyini, Xəzər rayon icra məmurlarının əmlakın boşaldılmasını təxirə saldıqlarını, ilkin olaraq banka 100000 manat ödədikdən sonra əvvəlki sahibi Sahib İbrahimovla öz aralaında əldə etdikləri razılığı görə evin əşyalarını (mebel, divan, yumşaq mebel, ekeltronika, bilyard, şəkillər və sairə) 100000 manata razılaşdıqlarını, razılaşdıqları 100000 manatı Sahibə verdiyini, əşyaları aldığını bildirmiş və əşyaları ilə birlikdə həyətdə olan və onun əkib qulluq etdiyi 3 ədəd palma ağacını götürməsinə etiraz edilməməsini xahiş etmişdir. İş materiallarında olan X35 şirkətinin Yelobank ASC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli cavab məktubdan görünür ki, X35 şirkəti Nikoyl İKB ASC-yə məxsus Bakı şəhəri Buzona qəsəbəsi, X26 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək İnam mühafizə şirkəti tərəfindən mühafizə olunduğunu, mühafizəyə qəbul olunan və mühafizədən çıxma haqqında təhviltəslim aktının şirkətə verilmədiyini, həmin mənzilin şirkət tərəfindən cəmi 3 ay 23 gün mühafizə olunduğunu, bəzi obyektlərin təhvil-təslim aktının yazılmamış verildiyini, son vaxtlar İsmayıllı rayonunda tərəflərindən mühafizə olunan yaşayış evinin (H. Zərdabi 1) təhvil-təslim aktının yazılmamış mühafizədən çıxarıldığını bildirmişdir. İş materiallarında olan İnam mühafizə şirkəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 29 saylı əmrdən görünür ki, xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsi, X26 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən, Nikoyl İKB ASC-yə aid yaşayış evinin 09:00-09:00 kimi mühafizəyə qəbul edilməsi, obyektin işçi dislokasiyasına daxil edilməsi əmr edilmişdir. İş materiallarında olan Nikoil Bank tərəfindən X35 şirkətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, bank Bakı şəhəri Buzona qəsəbəsi, X26 küçəsi, döngə 9, ev 4 ünvanındakı fərdi yaşayış evinin mühafizəsinin dayandırıldığını bildirmiş və mühafizəsinə dair müqaviləyə əlavələrin (xx.xx.2016-cı il tarixi müqaviləyə Əlavə 4) xitamının təsdiqi haqqında məlumatın onlara təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan İnam mühafizə şirkəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 42 saylı əmrdən görünür ki, xx.xx.2017-ci il tarixdən Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinin təsərrüfat rəhbərlərinin xahişi əsasında mühafizədən çıxarılması əmr edilmişdir. İş materiallında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1298/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı Yelobank ASC cavabdeh X4 qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yelobank ASC ilə X11 arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin ləğv edilməsi, Yelobank ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsi, X26 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq Yelobank ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, iddiaçı Yelobank ASC ilə cavabdeh X11 arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 14 iyul 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçı Yelobankın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsi, X26 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq Yelobank ASC-yə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı Yelobank ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Xəzər rayonu İcra və Probasiya şöbəsinin tərtib etdiyi akt əsasında həyat yoldaşı X6 2(004)-198/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəh., Xəzər r-nu, M.İmaməliyev küç 4 ünvanda yerləşən fərdi yaşayış evindən icraya yönəldilməyən 1.268 785 manat məbləğində ev əşyaları götürülüb və Nikoil Bankın nümayəndəsi X14 təhvil verildiyini bildirmiş və həmin əşyaların geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf əmlakın Yelobankda olması və əmlakların dəyəri ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir, İddiaçı tərəf əmlakların bank tərəfindən özgəninkiləşdirildiyini bildirmiş, lakin müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 məhkəməyə verdiyi izahatında əmlakın onun tərəfindən İbrahimov Sahibin razılığı ilə satıldığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materialları ilə cavabdehin təqsirli hərəkətləri müəyyən edilmir və sübuta yetirilmir. Məhkəmə hesab edir ki, iş üzrə iddia düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh Yelobank ASC-dən Ruminiya istehsali əl işi yataq mebelinin (1 çarpayi, 2 tumboçka, 2 güzgülü tryumo, 1 ədəd komod,l ədəd 3 gözlü şifoner) - 30 000 az, LG markalı kondisionerin - 1250 azn, 1 ədəd 2,5x1,5 qədim xalçanın- 10 000 azn , çarpayının üzərində olanlar -500 azn, şifonerin içində olan paltarlar- 500 azn, 2ədəd şüşəli vaza -1000 azn, 2 ədəd qızılı gecə lampası-3000 azn, 6 gözlü çılçıraq(svarovski daşlari)- 7000 azn, hamam içərisində olanlar 5000 azn= toplam-58250 azn, Rumıniya istehsalı əl işi mebel (1 çarpayi, 1 ədəd güzgülü tryumo, 2ədəd 1 gözdən ibarət şifoner)-20000 azn, 1 ədəd LG kondisioner -1250 azn, 1 ədəd 3x1.5 xalça-5000 azn, şifonerin içində olan əşyalar-1000 azn, qara rəngli printer aparatı-1000 azn, 1 ədəd sarı rəngdə olan(yantar daşı) təsbeh- 700 azn, 5 gözlü çilçıraq - 3000 azn= toplam-31 950 azn, yataq mebeli çarpayı,2 tumboçka, 1 güzgülü tryumo, 3 gözlü şifoner) -17000 azn, çarpayının üzərində döşək yorğan dəsti - 200 azn, Philips markalı tozsoran-300azn, elektron radiator-100 azn, 1 ədəd çəhrayi çemodan- 320azn, 1 ədəd LG kondisioner-1250 azn, 2x3 xalça- 1700 azn, 8 şamlı çilçıraq-5000 azn, 1 ədəd taxta çərçivəli rəsm-5000 azn, 2 ədəd dekorativ vazalar-1000 azn 2 ədəd yolka(boyük)- 1000 azn (orta)- 700azn, Sharp markalı paltar yuyan maşını-800 azn= toplam-33 570azn, 1 ədəd mətbəx mebeli-17000 azn, qabyuyan-700azn,beko markalı soyuducu-1400 azn,LG markalı kondisioner- 1250azn, beko markalı soba-700azn, Ardo markalı -300azn, 6 şamlı çilçıraq-3000 azn, 1 ədəd masa 3 hissədən ibarət künc divan, 2 pufik-1700azn, toster 70 azn, mikser-130azn, mətbəx ləvazimatlari-10000 azn = toplam-36250azn, İtaliya istehsalı olan Cappelletti markalı mebel-440 000 azn (1 ədəd 12 nəfərlik masa, 12 stul, 1 ədəd 1 gözlü servant, 1 ədəd 2 gözlü servant, 1 ədəd televizor altı komod, 2ədəd divan,2 ədəd kreslo, 1 ədəd jurnal masası, 2 ədəd balaca jurnal masaları, 3 ədəd taxta çərçivəli rəsm-30 000 azn, 1 ədəd Samsung televizor-5000 azn, 3 ədəd çilçıraq-17 000 azn, 4 ədəd bağlama karobka-15 000 azn, 1.5x2 və3x4 xalçalar-2700 azn, 1 ədəd divar saati- 60azn, LG kondisioner- 1250azn= toplam-511 010 azn, 11 ədəd taxta çərçivəli divar rəsimləri-80000 AZN, 8 ədəd antikvar tumbalar 80 000 azn, 8 ədəd antikvar vazalar -80 000 azn , 1 ədəd bilyard masası- 15000 azn, 2 ədəd kiy-4000 azn 4 ədəd kiy-2000azn, 1 ədəd plazma gold kondisioner -5000 azn, Vişer kondisioner -2000 azn, 1 ədəd Panasonic televizor -5000 azn, 1 ədəd pioner televizor-10000 azn, 1 ədəd LG soyuducu-2500azn, 1 ədəd televizor altığı-2000AZN, 20 ədəd stul 4 masa- 28 000 azn, 1 divan Cappelletti firması 2 kreslo-120 000 azn, 8 ədəd səyahət çemodanı-3000 azn, 6 ədəd karobka-20 000 azn, 14 ədəd divar bra-9800 azn, bilyard masası ətrafında 2 divan 4 kreslo-28000 azn, Rumıniya istehsalı olan əl işi Nevada mebeli( 1 güzgülü komod, 1 3 gözlü komod)-30 000 azn, 1 ədəd ağ rəngli yazı stolu-400 azn, hamam otağında- cakuzi-5000 azn, hamam aksesuarlari 4000 azn, mətbəx mebeli- 19000azn, 6 şamlı çılçıraq-3000 azn, bosh paltaryuyan-700azn, kibri markalı tozsoran-5000 azn, mətbəxtdə olan qab qacaqlar -15000 azn = toplam-578400 azn, 1 ədəd taxta yelləncək- 5000 azn, 1 ədəd taxta stol və 12 stul-1500 azn,14 ədəd dibçəklər-1400azn= toplam-7900 azn, 1 ədəd ariston su gızdırıcı-1055 azn, 1 ədəd kombi sistemi-10000 azn, işıq generatoru- 400azn=toplam 11 455 azn= ümumi toplam -1 268 785 azn, yuxarıda adları sadalanan əşyaların özlərinin və ya onların dəyəri kimi 1 268 785 AZN pulun alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3745/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3745/2022
01.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver