Məhkəmə qərarları › İş №2(004)-3756/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3756/2023

24.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3756/2023 24.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar Ərizəçi iştirakı ilə, Tələbkar Ərizəçi borclu Maraqlı şəxs1 qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəçi borclu Maraqlı şəxs1 qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladı - xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs1 hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsinə dair onunla borclu Maraqlı şəxs1 Bakı şəhəri 3 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbkar Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və borclu Maraqlı şəxs1 ilə onun arasında Bakı şəhəri 3 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi xahiş etdi və bildirdi ki, hazırkı vaxta kimi Maraqlı şəxs1 alimenti ödəsə də, barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl etmədiyinə görə, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu Maraqlı şəxs1 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, borclu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Maraqlı şəxs1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tələbkar Abdullayeva (Əlizadə) Türkan İlqar qızı və borclu Maraqlı şəxs1 arasında aliment tutulmasına dair Bakı şəhəri 3 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5195/2022 nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, X5 və Maraqlı şəxs1 arasında xx.xx.2018-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 201 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmuşdur. Tələbkar Abdullayeva (Əlizadə) Türkan İlqar qızı və borclu Maraqlı şəxs1 arasında aliment tutulmasına dair Bakı şəhəri 3 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs1 hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimenti xx.xx.2022-ci il tarixdən başlayaraq X3 ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılaşmasına əsasən birgə nikahından doğulmuş övladları - xx.xx.2019-cu il təvəllüdlü X4 anası X2 yanında saxlanmışdır. Tələbkar Ərizəçi məhkəmə iclasında Maraqlı şəxs1 hazırkı vaxta kimi alimenti ödəsə də, barışıq sazişinin tələblərinə tam və vaxtında əməl etmədiyini, bu səbəbdən məhkəməyə müraciət etdiyini bildirdi. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 355- 23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tələbkar Abdullayeva (Əlizadə) Türkan İlqar qızı və borclu Maraqlı şəxs1 arasında aliment tutulmasına dair Bakı şəhəri 3 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs1 hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar