Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3760/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 5-ci bəndinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 5-ci bəndinin təsdiq edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01024 nömrəli barışıq sazişinin 5-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Maraqlı şəxs (Birinci tərəf) ilə Ərizəçi (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01024 nömrəli barışıq sazişinin 5-ci bəndindən görünür ki, “Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X1 İkinci tərəf atası Ərizəçi ilə whatsapp tətbiqi vasitəsi ilə, onlayn görüntülü telefon danışıqları və internet vasitələrilə görüşməsinə şərait yaradacağına və bundan əlavə İkinci tərəf Ərizəçi xx.xx.2021-ci il təvəllüdlü X2 ilə Azərbaycana gəldiyi zaman görüşməsinə şərait yaradacağına dair öhdəlik götürür”. Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. O, bildirmişdir ki, maraqlı şəxs tərəfindən uşaqla ünsiyyətə dair hər hansı maneə yaradılmır. İş materiallarına tərəflər arasında baş tutmuş vatsapp yazışmaları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsaəsən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maraqlı şəxs (Birinci tərəf) ilə Ərizəçi (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01024 nömrəli barışıq sazişinin etibarsızlığı xüsusatı (tamamilə və ya qismən) mövcud deyildir (tərəflərin vəkillərinin izahatlarına əsasən). Saziş hər iki tərəfin iradə ifadəsidir. Təqdim edilmiş vatsapp yazışmalarının məzmunu və təhlilinə əsasən müəyyən edilir ki, maraqlı şəxs tərəfindən uşaqla ünsiyyətə dair birbaşa olmasa da, dolayı maneələr və digər psixoloji təsirlər yaradılır. Ünsiyyət tam sərbəst və rahat şəkildə təmin edilmir. Mülki hüquq münasibətlərinin subyektləri öhdəliklərini hüquqi baxımdan vicdanla həyata keçirtməyə borcludurlar. Hüquqdan sui-istifadə etmək qadağandır. Ərizəçinin vəkillə müqavilə bağlamaqla hazırki ərizə ilə məhkəməyə müraciət etməsi ilə bağlı marağı və həmin marağı doğuran səbəblər və şərait nəzərə alınır. Barışıq sazişinin könüllü icrasından Maraqlı şəxs tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01024 nömrəli barışıq sazişinin 5-ci bəndi “Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X1 İkinci tərəf atası Ərizəçi ilə whatsapp tətbiqi vasitəsi ilə, onlayn görüntülü telefon danışıqları və internet vasitələrilə görüşməsinə şərait yaradacağına və bundan əlavə İkinci tərəf Ərizəçi xx.xx.2021-ci il təvəllüdlü X2 ilə Azərbaycana gəldiyi zaman görüşməsinə şərait yaradacağına dair öhdəlik götürür.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 5-ci bəndinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01024 nömrəli barışıq sazişinin 5-ci bəndi “Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X1 İkinci tərəf atası Ərizəçi ilə whatsapp tətbiqi vasitəsi ilə, onlayn görüntülü telefon danışıqları və internet vasitələrilə görüşməsinə şərait yaradacağına və bundan əlavə İkinci tərəf Ərizəçi xx.xx.2021-ci il təvəllüdlü X2 ilə Azərbaycana gəldiyi zaman görüşməsinə şərait yaradacağına dair öhdəlik götürür.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3760/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3760/2025
13.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver