Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3761/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, xx.xx.1949-cu il təvəllüdlü X7 onun həyat yoldaşıdır. Onlar xx.xx.1978-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.1983-cü ildə X3 və xx.xx.1981-ci ildə X5 anadan olmuşdur. ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışlar. 15 noyabr 2009-cu il tarixdə həyat yoldaşı X2 vəziyyəti qəflətən pisləşmiş, dərhal təcili yardıma zəng vuraraq evə həkim çağırmışlar. Həkim 15 noyabr 2009-cu il tarixdə, saat 15 radələrində mənzilə gəlmiş, lakin həkim gələnə kimi həyat yoldaşı vəfat etmişdir. Bu barədə Bakı şəhəri Təcili və X4 Stansiyası Sahə həkimi xəbərdarlıq vərəqəsi vermişdir. Səhəri günü, yəni 16 noyabr 2009-cu il tarixdə qohumlar və qonşuların iştirakı ilə mərhum həyat yoldaşı X6 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn etmiş və el adəti ilə bütün dini mərasimləri təşkil etmişlər. Mərhum yoldaşının dəfn mərasimi ilə məşğul olduğundan, vaxtında Qeydiyyat şöbəsinə müraciət edə bilməmişdir. Həmin dövrdə elə hesab etmişdir ki, ölüm kağızı almaq üçün nə vaxt istəsə Qeydiyyat şöbəsinə müraciət edə bilər. 2011-ci ildə mərhum həyat yoldaşı X2 adına ölüm haqqında şəhadətnamə verilməsi barədə Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs müraciətə xx.xx.2011-ci il tarixli məktubla cavab verilmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim edilmədiyindən müraciətin təmin edilməsi mümkün olmadığı bildirilərək ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülmüşdür. Mərhum həyat yoldaşı X2 ölüm haqqında şəhadətnaməsi ona pensiya təminatı üçün lazımdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2011-ci il tarixli 245/01 nömrəli məktubundan müəyyən olunur ki, X2 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 184 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X2 adına çağırış daxil olmuş, 60 yaşlı X2 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 25 saylı arayışa əsasən müəyyən olunur ki, X7 xx.xx.2009-cu il tarixdə Buzovna qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzi, 16 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 332 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.1949-cu il təvəllüdlü X7 16 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, xəstəliyi haqqında tibbi sənədlər təqdim edilmədiyinə və xx.xx.2009-cu il tarixdə vəfat etdiyinə görə X7 haqqında ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2009-cu il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2009-cu il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3761/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3761/2022
31.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver