Məhkəmə qərarları › İş №2(004)-3775/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3775/2024

02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3775/2024 02.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X5 xx.xx.1953-cü ildə Bakı şəhərində doğulmuşdur. Birlikdə Yasamal rayonu, Tolstoy küçəsi 68-də yaşayırdılar. Birgə nikahlarından iki övladı var. O, xx.xx.2024-cü ildə Yasamal rayonu, Tolstoy küçəsi 68-də vəfat etmişdir. Müəyyən səbəblərdən bugünkü günə qədər ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Həyat yoldaşı ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. X1 ölüm haqqında şəhadətnaməsinin alınması bugünkü gündə və gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən də o, xx.xx.2024-cü il tarixdə yoldaşının ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15/2431/24 saylı məktubla cavab verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Həmçinin Bakı Şəhəri Maraqlı şəxs tərəfindən ona ünvanlanmış imtina məktubunda qeyd edildiyi kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümü qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilən səbəblərə görə X1 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsinə əsas yaratmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun qaynanasıdır. Rəhmətlik qaynatası içki aludəçisi idi. Hətta aptekdən spirt alıb içirdi. İxtisasça həkim olduğu üçün onun insan səhhətinə nə qədər zərərli olduğunu bilir. Hətdindən artıq çox içirdi, o qədər içirdiki özündə belə olmurdu. Həmin günü o da onlarda idi, səhər Gülnaz xala onu çağırdı ki, deyəsən özündə deyil, həmin vaxt ani təzyiqi qalxdığı üçün keçinirmiş. Ərizəçi onu çağıranda bədəni soyuq olsada yuxarı boyun hissəsində nəbzi döyünürdü. Onlar təcili yardıma tez xəbər etmiş, lakin təcili yardım gələnə kimi artıq o, keçinmişdir. Rəhmətliyi Qala qəbristanlığında dəfn etmişlər. Rəhmətliyin həkimə getməklə heç arası yox idi. O, xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır. 06 yanvar 2024-cü il tarixdə ona zəng edib bildirdilər ki, bacısının həyat yoldaşı X5 rəhmətə gedib. O, həmin gün onlara getmiş və rəhmətliyi məscidə aparmışlar, o, bir gündə orada qaldı. X2 Qala qəbristanlığında dəfn etmişlər. O, xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etdi. Belə ki, iş materiallarında olan: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri Səadət Sarayının (Nikah Evi) 20 iyun 1980-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinə əsasən X5 ilə X3 arasında 20 iyun 1980-cı il tarixdə nikah bağlanmış, həmin nikah 2485 akt qeydi ilə rəsmiləşdirilmişdir. - Bakı şəhəri Təcili və X4 Stansiyasının 08 saylı bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X5 xx.xx.2024-cü il tarixdə saat 10:25 radələrində ünvan 2 ünvanında vəfat etmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 03 nömrəli şəhər poliklinikasının 27 iyun 2024-cü il tarixli məktubuna əsasən onun həyat yoldaşı xx.xx.1953-cü il təvəllüdlü X1 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəfindən mərhumun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 3- 16-5/8-15-2431/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1953-cü il təvəllüdlü X5 həqiqətən də xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar