Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3789/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Ərizəçi X7 Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının qeydə alınması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının qeydə alınması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X2 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum bacısı X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bacısının vəfatının qeydə alınması məqsədilə Qeydiyyat Şöbəsinə müraciət etsə də, bildirilmişdir ki, ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeyd alınması mümkün deyildir. Bildirir ki, bununla bağlı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona ünvanlanmış müvafiq məktublarda da, bununla bağlı aidiyyati məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Belə ki, mərhum bacısı X2 ölümü "Təcili və X10 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsi” də öz təsdiqini tapmışdır. Odur ki, bacısı X2 ölümünün qeydə alınmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 07540991 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1953-cü il tarixdə Zərdab rayonunda doğulmuşdur. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Təcili və X10 X16 Xəbərdarlıq Vərəqəsindən görünür ki, xəstə X3 dərman vasitələri ilə müalicə yazılmış və sahə həkiminə müraciət edilməsi tövsiyyə edilmişdir. xx.xx.2025-ci il tarixli "Təcili və X10 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, X6 həkiməqədər ölmüşdür. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar ölümün qeyda alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Zərdab rayon Qeydiyyat Şöbəsi məhkəmənin sorğusuna 386 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, ünvan 2eydə alınmış X7 xx.xx.1956-cı il tarixli 83 saylı doğum və X4 xx.xx.1953-cü il tarixli 36 saylı doğum haqqında akt qeydlərinin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: xx.xx.1953-cü il tarixli 36 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, X8 xx.xx.1953-cü il tarixdə doğulmuşdur. X5, anası X9r. xx.xx.1956-cı il tarixli 83 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, X12 xx.xx.1956-cı il tarixdə doğulmuşdur. X5, anası X9r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli "Təcili və X10 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsinə əsasən X6 həkiməqədər ölmüşdür. Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Ərizəçiyə ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. Hazırda ərizəçi X12 xx.xx.2025-ci il tarixdə vəfat edən bacısı X2 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş doğum haqqında aktı qeydi və ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən müəyyən olunur ki, ərizəçinin bacısı X6 30 aprel 1953-cü il tarixdə Zərdab rayonunda anadan olmuş, 16 may 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 30 aprel 1953-cü il tarixdə Zərdab rayonunda anadan olmuş X2 16 may 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 aprel 1953-cü il tarixdə Zərdab rayonunda anadan olmuş X2 16 may 2025ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3789/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3789/2025
18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver