Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3792/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə 22 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30.10.1942-ci il təvəllüdlü mərhum bacısı X2 08.04.2021-ci il tarixdə ünvan 1 ünvanında ev şəraitində yaşla əlaqədar olaraq qəflətən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1951-ci il tarixində Şamaxı şəhərində anadan olmuşdur və hal-hazırda ünvan 2 ünvanında ailəsi ilə birgə yaşayır. Mərhum onun bacısıdır. Mərhum bacısı X4 31.01.942-ci il tarixində Şamaxı şəhərində anadan olmuşdur. Mərhum bacısı 08 aprel 2021-ci il tarixində qonaq getdiyi qardaşı X9 mənzilində yəni ünvan 3 ünvanında ev şəraitində yaşla əlaqədar olaraq qəfətən vəfat etmişdir. Hətta həkim çağırmışlar və onlar gələnə kimi artıq bacısı vəfat etmişdir. Onu da qeyd edir ki, mərhum bacısı X3 09 aprel 2021-ci il tarixində qohum qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Şamaxı rayon Şaxəndən qəbirstanlığında dəfn etmişlər. Bir müddət sonra o, mərhum bacısının ölüm haqqında şəhadətnaməsini almaq üçü Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və ona rəsmi olaraq imtina edilərək məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Hətta bundan əlavə olaraq şəhadətnamənin alınması üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına rəsmi müraciət etmişdir. Lakin onlar da şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməyini bildirdilər. O isə bu səbəbdən mərhum bacısının ölüm faktının müəyyən edilərək məhkən qərarı ilə şəhadətnamə alınması üçün Yasamal rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Ərizəçi həmçinin məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi onunla bağlı olan sənədləşmə işlərinin aparılmasının olmasını qeyd etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 30.10.1942-ci il təvəllüdlü X2 08.04.2021-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ tərəfindən 25.01.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1951-ci ildə Şamaxı şəhərində anadan olmuş Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal RPİ tərəfindən 18.03.2005-ci il tarixdə verilmiş AZE seriyalı 03412971 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 30.10.1942-ci ildə Şamaxı şəhərində anadan olmuş X6 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 18.03.1974-cü il tarixdə təkrarən verilmiş İİ-JQ seriyalı 379510 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 13.08.1951-ci ildə Şamaxı şəhərində anadan olmuş, atası X16, anası X5r, bu barədə doğum haqqında akt qeydləri kitabında 30.08.1951-ci il tarixdə 250 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 27.11.1972-ci il tarixdə təkrarən verilmiş İ-JQ seriyalı 428445 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30.10.1942-ci ildə Şamaxı şəhərində anadan olmuş, atası X16, anası X5r, bu barədə doğum haqqında akt qeydləri kitabında 31.10.1942-ci il tarixdə 175 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Təcili və X11 Stansiyasının 08.04.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi əsasında müəyyən edilmişdir ki, 08.04.2021-ci il tarixdə saat 21:45 dəqiqədə Xırdalan şəhəri, 24-cü məhəllə, ev 18 ünvanına çağırış olmuşdur. Çağırış yerinə gələn həkimi Xəlilov Rövşən və tibb bacısı Əliyeva T. ünvanda həkimə qədər ölmüş qadın cinsli meyid aşkar etmişlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 05/76-1474/15 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən Ərizəçi ünvanlanmış məktubda bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. P.Cavadova vəfat etdiyi ünvanda qısa müddətli qonaq olduğu üçün və həmin ünvanda qeydiyyatda olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, X4 onun bibisi idi. Mərhum 08 aprel 2021-ci il tarixdə qonaq getdiyi qardaşı X10 mənzilində yaşla əlaqədar olaraq qəflətən vəfat etmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum Şamaxı rayon Şaxəndən qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, X4 onun bibisi idi. Mərhum 08 aprel 2021-ci il tarixdə qonaq getdiyi qardaşı X10 mənzilində yaşla əlaqədar olaraq qəflətən vəfat etmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum Şamaxı rayon Şaxəndən qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin bacısı olmuşdur. 08.04.2021-ci il tarixdə Xırdalan şəhərində vəfat etmişdir. X1 rayon Şaxəndən qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi bacısının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin bacısının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə bacısının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin bacısı X2 08.04.2021-ci il tarixdə Xırdalan şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 oktyabr 1942-ci il təvəllüdlü X2 08 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3792/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3792/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver