Məhkəmə qərarları › İş №2(004)-3797/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3797/2023

21.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3797/2023 21.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/-2023-00403 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əsasən müəyyən olunur ki, ərizəçi sözügedən barışıq sazişi üzrə “Saziş üzrə ikinci tərəf Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 18:00-dək gecə qalmaq şərtilə birinci tərəf Ərizəçi ilə görüşərək ünsiyyətdə olmasına, vaxt keçirməsinə razıdır və buna etiraz etmir” şərtinin təsdiq edilməsini xahiş edir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/-2023-00403 nömrəli barışıq sazişindən görünür ki, “Saziş üzrə ikinci tərəf Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü səhər saat 10:00dan bazar günü saat 18:00-dək gecə qalmaq şərtilə birinci tərəf Ərizəçi ilə görüşərək ünsiyyətdə olmasına, vaxt keçirməsinə razıdır və buna etiraz etmir”. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs məhkəməyə verdiyi izahatında ərizəni qəbul etdiyini, sazışin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/-2023-00403 nömrəli barışıq sazişi “Saziş üzrə ikinci tərəf Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 18:00-dək gecə qalmaq şərtilə birinci tərəf Ərizəçi ilə görüşərək ünsiyyətdə olmasına, vaxt keçirməsinə razıdır və buna etiraz etmir” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/-2023-00403 nömrəli barışıq sazişi “Saziş üzrə ikinci tərəf Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 18:00-dək gecə qalmaq şərtilə birinci tərəf Ərizəçi ilə görüşərək ünsiyyətdə olmasına, vaxt keçirməsinə razıdır və buna etiraz etmir” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar