Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3814/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, general Mehmandarov küçəsi 26 A saylı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsinə içməli suya və çirkab suya görə əlavə hesablanmış 2200,30 manat borcun silinməsi, mənəvi zərərin əvəzi olan 5000 manat pulun əvəzinin Cavabdeh ASC-dən tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ASC tərəfindən əvvəlki istehlakçı Eminov Tomuya yazılmış 2200,30 manat məbləğində borcun İddiaçı tutulmasının qanunsuz hesab edilməsi və Cavabdeh ASC iləİddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirir ki, cavabdeh "Cavabdeh" ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən sudan istifadəyə görə Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç 26A savlı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsinə xx xxxxx 2019-cu il tarixli birtərəfli qaydada tərtib edilmiş üzləşmə aktına əsasən 2200.30 manat borc hesablanmış və həmin məbləğin ödənilməsi tələb olunmuşdur. Halbuki, Xətai rayonu İcra Hakimiyyəti başçısının 249 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə ünvan 2 saylı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsi onun adına sənədləşdirilmişdir. Hesablanmış 2200.30 manat borc məbləği isə 2016-cı ildə tətbiq edilmişdir. O qeyd olunan əsassız borcun silinməsi barədə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Bundan əlavə, avtoyuma məntəqəsində quraşdırılmış sayğac əsasında istifadə olunan suyun dəyəri kart vasitəsilə ödənilir ki, bu zaman sudan hər hansı formada qeyri-qanuni istifadə halları ümumiyyətlə baş verməmişdir. O, həmin qeyriyaşayış sahəsini 2018-ci ildə aldığına görə həmin obyektin istifadəsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN almamışdır, hazırda fərdi sahibkar statusu yoxdur, obyektə suyun verilməsi bərpa edildikdən sonra, ya özü fərdi sahibkar kimi qeydiyyata düşüb obyektdən təyinatı üzrə istifadə edəcək, ya da həmin obyekti icarəyə verəcək. Əlavə olaraq bildirir ki, ondan əvvəlki sahibə yazılan borcun ondan tələb edilməsi qanunsuz hesab edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 təqdim edib izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir. Qeyd edilən obyekt X6 adına olub, onun adına VÖEN vardır. İddiaçı ilə müqavilə bağlamamışlar, onun adına abonent kodu yoxdur. Obyekti təhvil alanda heç bir sənəd tələb etməyib. İddiaçı əvvəlcə borcu ödəməli və arayış təqdim etməli idi. Eminov Tomuya borc sayğacdan kənar qeyri-qanuni istifadə nəticəsində yazılmışdır. Qanunsuz istifadəni təsdiqləyən video görüntü vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Xətai rayonu İcra Hakimiyyəti başçısının 249 saylı, xx.xx.2018-ci il tarixli sərəncamından çıxarışdan müəyyən olunur ki, ünvan 2 saylı binanın yaxınlığında yerləşən 86,4 m2 ölçüdə məntəqə İddiaçı oğlunun adına sənədləşdirilmişdir. İş materiallarında olan Cavabdeh ASC Xətai tayon Sukanal İdarəsi tərəfindən tərtib olunmuş xx xxxxx 2019-cu il tarixli, 082780 saylı üzləşmə aktından müəyyən olunur ki, abonent X2 istifadəyə görə 1505,78 manat, çirkab sularına görə 694,52 manat, ümumilikdə 2200,30 manat borcu vardır. İş materiallarında olan abonent haqqında məlumat kartından müəyyən olunur ki, 19172547 saylı müqavilə xx.xx.2001-ci il tarixdə bağlanmış, ünvan 1 ünvanında yerləşən yuyucu kimi fəaliyyət göstərən müəssisə X6 adına qeydiyyatdadır. İşin mübahisəsiz halları odur ki, iddiaçının cavabdehlə sudan istifadə ilə bağlı müqaviləsi yoxdur. 2200,30 manat məbləğində borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır. İşin mübahisələndirilən halı odur ki, iddiaçı həmin borcun ondan tələb edilməməsini və cavabdehlə sudan istifadə ilə bağlı müqavilə bağlananadək suyun verilməsinin dayandırılması cavabdehə qadağan edilməsini xahiş edir. AR Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göstərilən Məcəllənin 198.1-ci maddəsinə əsasən tələb sahibi ilə bağlanmış müqaviləyə əsasən borcu üçüncü şəxs öz üzərinə götürə bilər (borcun keçirilməsi). Bu halda üçüncü şəxs ilk borclunun yerini tutur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerinə üçüncü şəxs tutur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, xx.xx.2001-ci il tarixdə müqavilə bağlanan zaman müəssisənin mülkiyyətçisi X7 olmuş, mübahisəli ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsinə quraşdırılmış su sayğacı X6 adına rəsmiləşdirilmişdir, onun adına ********** saylı VÖEN vardır. Buna görə də içməli sudan istifadəyə və çirkab sularına görə yaranmış müəssisənin mülkiyyətçisi olan X5 tutulmalı olan borcCavabdeh ASC tərəfindən İddiaçı tutula bilməz. Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh ASC tərəfindən əvvəlki istehlakçı Eminov Tomuya yazılmış 2200,30 manat məbləğində borcun İddiaçı tutulması qanunsuz hesab edilməli,Cavabdeh ASC iləİddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılması cavabdehə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən əvvəlki istehlakçı Eminov Tomuya yazılmış 2200,30 manat məbləğində borcun İddiaçı tutulması qanunsuz hesab edilsin və Cavabdeh ASC iləİddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılması cavabdehə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3814/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3814/2020
01.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver