Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5592/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh1nə və qeyrisinə qarşı “sayğacın quraşdırılması, mənəvi zərərin tutulması və s.” dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(011)-156/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları İddiaçı məxsus ünvan 1 ünvanında xx.xx.2014-cü ildə köhnə qaz sayğacı çıxarılaraq, yerində “İtron” G4 tipli sayğac quraşdırılmış, xx.xx.2020-ci il tarixdə isə həmin sayğac çıxarılaraq, yerində “MSQ” G4 tipli sayğac quraşdırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh1nə və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı – ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının istismara yararlı olub-olmamasının araşdırılması, ekspertiza olunması öhdəliyinin Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə qoyulması, Cavabdeh1 tərəfindən artıq hesablamanın silinməsi və yerinə standartlara cavab verən smart tipli yeni sayğacın quraşdırılmasının təmin edilməsi, Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Bakı şəhərində Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi bağlanmışdır (Müqavilə № 13- 1532). Müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixində, iddiaçının həmin tarixə qədər istifadə etdiyi “Smart-kart” tipli qaz sayğacı istismar müddətinin bitməsi səbəbi ilə əvəzinə Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacı (№**********7) quraşdırılmışdır və bununla bağlı eyni tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt bağlanmışdır. Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacını quraşdıran Cavabdeh1 mütəxəssisləri sayğacın standartlara tam cavab verdiyini bildirmişlər. Azərbaycan Respublikası Ölçmə Vasitələrinin Dövlət Reyestrindən müəyyən olunmuşdur ki, qaz sayğacının istehlakçısı ÇXR-nın Zenner şirkətidir. İddiaçı əvvəl “Smart-kart” tipli qaz sayğacından istifadə etdiyi zaman evdə istifadə etdiyi cihazlar kombi və QP-3 gözlü qaz piltəsi olmuşdur. İstismara verilən Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı quraşdırılan anda və hazırda da cihazlarda heç bir dəyişiklik olmamışdır, yəni əlavə cihaz qoyulmamışdır. Bu Qaz paylayıcısı ilə fiziki şəxs olan istehklakçı arasında qazın alğı-satqısı barədə xx.xx.2014- cü il tarixli 2/136185 nömrəli müqavilədə öz əksini tapmışdır. İddiaçı Zenner Atmos G4- T tipli mexaniki qaz sayğacını istismara yay ayından qəbul etdiyi üçün qaz sərfiyyatı az istifadə olunduğundan ödəniş məbləği də az olur və sayğacın düzgün işləyib işləməməsi şübhə doğurmurdu. İddiaçı 2020-ci ilin noyabr ayından başlayaraq qaz sərfiyyatında hədsiz dərəcədə artım müşahidə etməyə başlamışdır. Sonrakı aylarda da iddiaçının müşahidəsi davam etmişdir. Bununla belə, iddiaçı sərfiyyata görə hesablanan məbləğin də ödənilməsini təmin edirdi. İddiaçı ödənişin əvvəlki illərə nisbətdə hədsiz dərəcədə çox olmasını Cavabdeh1 yerlərdə qaz sayğacına baxış keçirən əməkdaşlarına dəfələrlə məlumat vermişdir. İddiaçının məlumatlarına heç bir əhəmiyyət verilmədiyi üçün şəxsən sərfiyyat ilə bağlı araşdırmalara başlamışdır. İlk öncə iddiaçı Cavabdeh1 104 Çağrı xidməti ilə əlaqə saxlayaraq, 2018-ci, 2019-cu və 2020-ci ilin noyabr ayından mart ayınadək istifadə edilən qaz sərfiyyatı və ödənilən məbləğ barədə məlumat istəmişdir. Cavab olaraq bildirilmişdir ki qaz sərfiyyatı; 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart tarixinədək 3695 kub.metr - 569 manat, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart tarixinədək 3240 kub.metr - 447 manat, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart tarixinədək qaz sərfiyyatı 5098 kub.metr -711 manat təşkil etmişdir. Sərfiyyata və ödəniş məbləğindən açıq göründüyü kimi, Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı quraşdırıldıqdan sonra əvvəlki illərə nisbətdə sərfiyyat və ödəniş 65% çox olmuşdur. Bütün bu rəqəmlər Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının istismara yararsız olmasından irəli gəlmişdir və bununla da istehlakçı olaraq iddiaçının maddi və mənəvi hüquqları pozulmuşdur. İddiaçı tərəfindən Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinə xx.xx.2021-ci il tarixində müraciət edilərək, xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nöğmrəli mexaniki sayğacın istismara yararlı olubolmamasının araşdırılmasını, ekspertiza olunmasını, artıq hesablamanın silinməsini və yerinə "Smart-kart" tipli qaz sayğacının quraşdırılması xahiş edilmişdir. İddiaçının müraciətinə xx.xx.2021-ci il tarixində Bakı Regional Qazın Satışı Departamcnti cavab vermiş və bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, istifadədə olan əvvəlcədən ödənişli G-d markalı 1402AZ**********20 nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək yeni sonradan ödənişli G-4 markalı **********7 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, hazırda istifadədə olan mexaniki qaz sayğacı vasitəsilə iddiaçının mənzilində istifadə edilmiş təbii qaza görə 108,80 manat borc yaranmış (əslində isə 200 manata qədər borc var idi) və iddiaçı tərəfindən ödənilməlidir. xx.xx.2021-ci il tarixli məktub iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir. İstehlakçı olaraq iddiaçının müraciətinə baxılmamışdır. Bundan az müddət sonra, Cavabdeh1 əməkdaşları heç bir rəsmi xəbərdarlıq etmədən Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacına plomb qoymuşdur və 10 günə qədər qazın verilişi dayandırılmışdır. İddiaçı tərəfindən istismara yararsız olan Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının hesabladığı məbləğin ödənilməsinə rəğmən Bakı Regional Qazın Satışı Departamentinə təkrar ərizə ilə xx.xx.2021-ci il tarixində Cavabdeh1 elektron poçt vasitəsilə müraciət edilərək, xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli mexaniki sayğacın istismara yararlı olub-olmamasının araşdırılmasını, ekspertiza olunmasını, artıq hesablamanın silinməsini və yerinə "Smart-kart” tipli qaz sayğacının quraşdırılması təkrar xahiş edilmişdir. İddiaçının müraciətinə heç bir əhəmiyyət verilməmişdir, istismara yararsız olan Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı isə artıq hesablaması davam etməkdədir. İddia ərizəsində qeyd edilənlər ona əsas vermişdir ki, iddiaçının istehlakçı olaraq hüquqları pozulmuşdur, pozulmuş hüquqlarının bərpası ilə bağlı iddiaçı məhkəmədənkənar qaydada aidiyyəti üzrə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hərəkət və hərəkətsizliyi ilə iddiaçıya mənəvi zərər dəymişdir. Belə ki, Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı standartlara cavab vermədiyi üçün dəfələrlə artıq sərfiyyata görə iddiaçıdan əsassız pul alınmış və eyni zamanda artıq hesablanmış məbləği ödəmədiyinə görə sayğaca "Müqəddəs Ramazan" ayında heç bir xəbərdarlıq edilmədən plomb qoyulmaqla iddiaçı və 5 nəfərdən ibarət ailə üzvləri mənəvi və fiziki olaraq əziyyət çəkmiş, iztirab keçirmişdir. Bu ərəfələrdə iddiaçı və ailəsi onlara edilən bu haqsızlığa görə psixoloji sarsıntı keçirmiş və bu da normal iş fəaliyyətlərinə, yaşayışlarına birbaşa təsir göstərmişdir. Plombun qoyulması iddia ərizəsinə əlavə edilən şəkillərdə tam sübut olunur. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olubolmamasının müəyyən edilməsi, Cavabdeh1 İB tərəfindən artıq hesablanmanın silinməsi, **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına cavab verən smart tipli yeni sayğacın quraşdırılmasının təmin edilməsi, Cavabdeh1 İB və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(011)-156/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh1nə və qeyrisinə qarşı “sayğacın quraşdırılması, mənəvi zərərin tutulması və s.” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarları ilə əsalandıraraq göstərmişdir ki, iddiaçını mənzilində quraşdırılmış İtron G4 tipli qaz sayğacının istismar müddəti bitdiyi üçün sayğac çıxarılmış və yerinə Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. İddiaçı hazırda iddiasını həmin qaz sayğacının düzgün işləməməsi ilə əsaslandırsa da, lakin Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacın düzgün işləməməsini və bunun nəticəsində ona artıq borc yazılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, göstərilən halların subut edilməsi yükü iddiaçının üzərinə düşür. Çünki bir qayda olaraq «sübut etmə yükü təkzibedənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Həmçinin, iddiaçının ünvanda quraşdırılmış Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə təyin edilmiş məhkəmə texniki ekspertizası ilə həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəflərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(011)-156/2022 saylı qətnaməsinin ləğv edilməsi, ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının istismara yararlı olub-olmamasının araşdırılması, Cavabdeh1 tərəfindən artıq hesablamanın silinməsi və yerinə standartlara cavab verən smart tipli yeni sayğacın quraşdırılmasının təmin edilməsi, Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti iddiaçının iddia tələbinə uyğun əsaslandırılmış və göstərilmişdir ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları heç bir rəsmi xəbərdarlıq etmədən "Müqəddəs Ramazan" ayında Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacını qaz xəttindən ayırmışlar, plomb qoymuşlar və qazın verilməsini dayandırmışlar. İddia ərizəsinə plombun qoyulmasını təsdiq edən şəkillər əlavə edilmişdir. Cavabdehlər iddia ərizəsinə etiraz və iddia tələbinin əksinə dair heç bir sübut təqdim etməmişlər. Cavabdeh1 qaz sərfiyyəti və ödəniş barədə çıxarış təqdim etmişdir, çıxarışda sərfiyyatın Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı qoyulduqdan sonra artması sübut olunur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər öz nümayəndələrinin məhkəmədə iştirakını təmin etmədiklərindən işə cavabehdehlərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər( ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli, 80 №-li Qərarı: 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.1.3. Qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin hallarından görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında xx.xx.2014cü ildə köhnə qaz sayğacı çıxarılaraq, yerində “İtron” G4 tipli sayğac quraşdırılmış, xx.xx.2020-ci il tarixdə isə həmin sayğac çıxarılaraq, yerində “MSQ” G4 tipli sayğac quraşdırılmış, iddiaçının həmin tarixə qədər istifadə etdiyi “Smart-kart” tipli qaz sayğacı istismar müddətinin bitməsi səbəbi ilə əvəzinə Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacı (№**********7) quraşdırılmışdır və bununla bağlı eyni tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt bağlanmışdır. Hazırda iddiaçı “ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olub-olmamasının müəyyən edilməsi, Cavabdeh1 İB tərəfindən artıq hesablanmanın silinməsi və **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına cavab verən smart tipli yeni sayğacın quraşdırılması, həmçinin Cavabdeh1 və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 100000 manat məbləğində mənəvi ziyanın tutulmasını tələb edir. Tələbin əsasını 2020-ci ilin noyabr ayından başlayaraq qaz sərfiyyatında hədsiz dərəcədə artım müşahidə olunması, bu artımın Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının istismara yararsız olmasından irəli gəlməsi və bununla da istehlakçı olaraq iddiaçının maddi və mənəvi hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının düzgün işləməməsi və bunun nəticəsində ona artıq borc yazılmasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi ilə yanaşı, iddiaçının ünvanında quraşdırılmış Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə təyin edilmiş məhkəmə texniki ekspertizası ilə həmin halın müəyyən edilməsi mümkün olmamasına da istinad etmişdir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertiza Mərkəzi ekspertizanın aparılmasından imtina etmiş və bununla bağlı Məhkəməyə 22 aprel 2022-ci il tarixli 10/2502 saylı məktub ünvanlanmışdır. Məktubda qeyd edilir ki, qaz sayğaclarının pasport göstəricilərinə və dövlət standartlarına uyğun olması, həmçinin istismara yararlı olmasının müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığına görə mümkün olmamışdır. Kollegiya qeyd edir ki, iddia ərizəsində iddia tələbinin birinci hissəsində - ünvan 2 ünvanında 31 may 2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli ZENNER Atmos G4-T tipli mexaniki qaz sayğacının istismara yararlı olub-olmamasının müəyyən edilməsidir ki, sayğac yoxlanılmadan tələbin bu hissəsində məhkəmənin münasibət bildirməsini mümkünsüz edir. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında quraşdırılmış Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacı (№**********7) pasport göstəricilərinə uyğundurmu və dövlət standartlarının tələblərinə cavab verirmi? ünvan 1 ünvanında quraşdırılmış Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacı (№**********7) istismara yararlıdırmı? sualları qoyulmaqla ölkədə yeganə laboratoriya olan Cavabdeh1ndə yeni məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, ekpertizanın şəffaf keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılan Azərbaycan Metrologiya İnstitutu X4, Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzinin nümayəndələri və mülki iş üzrə tərəflərin iştirakı ilə Cavabdeh1 sayğacların müayinə laboratoriyasında Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacının (№**********7) ekspertiza olunması üçün təkrar ekspertizanın keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin bu ərizəsinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Qeyd olunan faktların araşdırılması məqsədilə məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5592/2022 saylı qərardadı ilə kompleks məhkəmə-texnoloji və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “Azərbaycan Metrologiya İnstitutu” X4, Azərbaycan Respublikası Energetika Nazirliyinin, X2 Patent və X1 Mərkəzinin və Cavabdeh1 İB-nin mütəxəssisləri cəlb olunmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci ildə 10/5868 saylı rəy verilmişdir. Həmin rəydən görünür ki, xx.xx.2022-ci il tarixli, 103117-22 nömrəli akta görə G-4 markalı, **********7 zavod nömrəli mexaniki tipli qaz sayğacının hesablama mexanizmi ilişərək işləyir, sayğacın membranı havanı fasilələr ilə buraxdığından sayğacı yoxlamaq mümkün olmamışdır. Həmçinin ekspertizanın aparılması zamanı Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının rəis müavini T.Məmmədov, Sayğacların ekpertizası şöbəsinin rəis müavini A.Rəhimov və böyük mühəndisi A.Şahverənovun imzaları ilə təsdiq olunmuş qaz sayğacının yoxlanılması barədə MSK seriyalı 29/1710-03895-1 saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının 13552480 saylı plomb kəsilərək G-4 SM/7607 saylı qutu açılmış və sayğaca baxış keçirilmiş və müəyyən edilmişir ki, sayğac ilişərək işləyir, xətalar təyin edilə bilmədi. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş və kənar təsir izləri aşkar edilməmişdir. Sayğac istismara yararsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan faktlar və sübutlar apellyasiya şikayətinin “ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararlı olub-olmamasının müəyyən edilməsi və **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına cavab verən smart tipli yeni sayğacın quraşdırılması” hissəsini qismən təsdiq etdiyi üçün kollegiya hesab edir ki, apellyasiya şikayəti bu hissədə qismən təmin edilməli, iddia tələbinin **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı istifadəyə yararsız hesab edilərək yeni mexaniki qaz sayğıcı ilə əvəz olunmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin qeyd edilən hissəsi üzrə göstərilən nəticəyə gələrkən nəzərə alır ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən mexaniki qaz sayğacının dövlət standartlarına uyğun olaraq istismara yararsız olmasının müəyyən edilməsi **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacının dövlət standartlarına cavab verən smart tipli yeni sayğacının quraşdırılmasının təmin edilməsinə əsas vermir. Belə ki, iddiaçının xx.xx.2020-ci il tarixə kimi istifadə etdiyi “Smart-kart” tipli qaz sayğacı istismar müddətinin bitməsi səbəbi ilə əvəzinə Zenner Atmos G4-T (2020, Class 1,5) tipli mexaniki qaz sayğacı (**********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı quraşdırılarkən iddiaçı buna etiraz etməmiş, həmin saycacdan müəyyən vaxt ərzində istifadə etmiş, sonradan quraşdırılan yeni mexaniki qaz saycaçın istifadəyə yararsız olmasını müşahidə etdiyi üçün qaldırdığı iddiasında qaz sayracının dövlət standartlarına uyğun olaraq istismara yararlı olub-olmamasının müəyyən edilməsini xahiş etmiş və tələbinin bu hissədə əsaslı olması öz təsdiqi tapmışdır. Belə olan halda iddiaçının ünvanına artıq smart tipli deyil, yeni dövlət standartlarına uyğun olaraq istismara yararlı mexaniki sayğac quraşdırılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, abonentlərin istifadə edəcəyi hansı qaz saycaçlarının quraşdırılması abonentlərin istəyi ilə deyil, Cavabdeh1 İB tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən edilir. Apellyasiya şikayətinin artıq hesablanmış vəsaitin Cavabdeh1 İB tərəfindən silinməsi tələbinə dair dəlilləri ilə bağlı kollegiya hesab edir ki, iddiaçı artıq hesablanmış məbləğin nə qədər təşkil etməsi ilə bağlı məhkəməyə hər hansı tələb və bu tələbi təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də kollegiya heab edir ki, apellyasiya şikayətinin bu dəlilləri əsaslı hesab edilərək təmin edilə bilməz. Apellyasiya şikayətinin mənəvi zərərlə bağlı dəlillərini araşdıran kollegiya hesab edir ki, dəlillər bu hissədə qismən əsaslı olduğu üçün tələb qismən təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 İB-nə müraciət edilmiş, müraciəti cavabsız qalmış, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də o həm vaxt itkisinə məruz qalmış, həm də mənəvi stress keçirilmişir. Ona görə də kollegiya hesab edir ki, mənəvi ziyan hissədə iddia qismən təmin edilərək 500 manat məbləğində pul Cavabdeh1 İB-dən tutularaq iddiaçıya ödənilməsi ədalətlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Keçirilmiş eskpertiza təqdiqatinin dəyəri olaraq 102 manat məbləğində pul Cavabdeh1 İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qətetdi:
İddiaçı apellyasiya şikayəti qismən edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(011)-156/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçıya məxsus ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixində quraşdırılmış **********7 nömrəli Zenner Atmos G4-T tipli mexaniki qaz sayğacı istismara yararsız hesab edilsin və yenisi ilə əvəz olunsun. Mənəvi ziyana görə 500 manat məbləğində pul Cavabdeh1 İB-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Eskpertiza təqdiqatinin dəyəri olaraq 102 manat məbləğində pul Cavabdeh1 İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov