Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3816/2023 21.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, onun atası - xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş X7 Ərizəçi doğma atasıdır. X7 xx.xx.2023-cü il tarixdə yaşadıqları ünvan 1 ünvanda vəfat etmişdir. X6 Qaradağ rayonu Ümumşəhər (Qurd Qapısı) qəbristanlığında xx.xx.2023-cü il tarixdə dəfn edilmişdir. Lakin ona ölüm haqqında şəhadətnamə almamışlar. Ərizəçi təcili tibbi yardımın verdiyi arayışı təqdim edərək, ölüm haqqında tibbi şəhadətnamə almaq üçün poliklinikaya müraciət etmişdir. X2 poliklinikada tibbi kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün 2 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə ərizəçiyə və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun mərhum X1 doğma qızıdır. X1 xx.xx.2023-cü il tarixdə yaşadıqları ünvan 1 ünvanda qəflətən səhhəti pisləşmişdir, təcili tibb yardım zəng etmişlər. Lakin həkim gələnə kimi İlham Şükürov vəfat etmişdir. X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qurd Qapısı adlanan qəbristanlıqda dəfn etmişlər. 2 saylı Bakı “ASAN Xidmət” X3 xx.xx.2023-cü il tarixli 3-16-5/7-790/75/23 nömrəli məktubu ilə X5 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə etmişdir. BŞT və X4 Stansiyasının 3 nömrəli bölməsinin xx.xx.2023-cü il tarixli 0539 nömrəli xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə saat 07:00-da ünvan 1 ünvana 1961-ci il təvəllüdlü X5 adına olan çağırış yerinə gələn 3 saylı bölmənin təcili yardım briqadasının həkimi Ş.Quliyeva kişi cinsli meyit aşkar etmişdir. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 49 nömrəli arayışdan görünür ki, Ərizəçi atası X7 xx.xx.2023-cü ildə Bakı şəhəri Qaradağ rayonu Ümumşəhər (Qurd Qapısı) qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin vəkilinin izahatından, şahidin ifadəsindən və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş X7 Ərizəçi doğma atasıdır. X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir və xx.xx.2023cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Ümümşəhər (Qurd Qapısı) qəbristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X5 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3816/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3816/2023
21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver