Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3827/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1951-ci il təvəllüdlü XXX Fərhad Ağamirzə oğlunun 31 may 2023-cü il tarixində qaraciyər xərçəngindən müvəqqəti yaşadığı Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Slejnoe şəhəri, Suvorov küçəsi, ev 62 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1955-ci il tarixində anadan olub. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinda ailəsi ilə birgə yaşayır. Mərhum xx.xx.1951-ci il təvəllüdlü XXX Fərhad Ağamirzə oğlu onun həyat yoldaşımdır. Mərhum həyat yoldaşı 31 may 2023-cü il tarixində Qaraciyər xərçəngindən müvəqqəti yaşadığı Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Sleinoe şəhəri, Suvorov küçəsi, ev 62 ünvanında vəfat etmişdir. xx.xx.2023-cü il tarixində mərhumun nəşi Azərbaycana gətirilmiş və 02 iyun 2023-cü ildə Sabunçu rayon Balaxanı Qəbristanlığında dəfn olunmuşdur. Halhazırda müəyyən sənədlər var ki, onların alınması və ya düzəlməsi üçün mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Lakin hazırda onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. O, qısa bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət etdim və Donetsk Xalq Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verdilər. Bundan sonra o mərhum həyat yoldaşı XXX Fərhad Ağamirzə oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyatda olduğu ərazi üzrə maraqlı şəxs olan Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Bütün bu səbəblərdən də o mərhum həyat yoldaşım XXX Fərhad Ağamirzə oğlunun ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün faktiki yaşadığım ərazi üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 3 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış 21 iyun 2023-cü il tarixli PHŞ-6-1-1/2-İ-xx-xx/2023 saylı məktubdan görünür ki, ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən xx.xx.2023-ci il tarixli 3-16-5/8- 27.22 /15/23 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən XXX Fərhad Ağamirzə oğlunun ölümünün qeydə alınması mümkün deyildir. X1 Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza bürosu Torezsk şöbəsi tərəfindən verilən 01 iyun 2023-cü il tarixli, 426 saylı ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, mərhum XXX Fərhad Ağamirzə oğlu xx.xx.2023-cü il tarixdə qaraciyər xərçəngindən müvəqqəti yaşadığı Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Slejnoe şəhəri, Suvorov küçəsi, ev 62 ünvanında vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü XXX Fərhad Ağamirzə oğlunun 31 may 2023-cü il tarixində qaraciyər xərçəngindən müvəqqəti yaşadığı Ukrayna Respublikası, Donetsk vilayəti, Slejnoe şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, xx.xx.1951-ci il təvəllüdlü XXX Fərhad Ağamirzə oğlunun 31 may 2023-cü il tarixində qaraciyər xərçəngindən müvəqqəti yaşadığı Ukrayna Respublikası, Donetsk vilayəti, Slejnoe şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə digər hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3827/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3827/2023
24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver