Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3831/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 24.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 15.01.1961-ci il təvəllüdlü X3 06.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirir ki, o, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. X2 onun qardaşıdır. 06.05.2021-ci il tarixdə qardaşı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 168V saylı evdə vəfat etmişdir. Həmin vaxt X9 bölməsinə zəng etmiş, Təcili yardım əməkdaşları evə gələrək müayinə etmiş, qardaşının ölməsi barədə arayış vermişdir. O, ərazi üzrə poliklinikaya müraciət etsə də, qardaşı uzun müddət həbsxanada olduğu üçün poliklinikada heç bir məlumat olmadığından tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Daha sonra ölüm haqqında şəhadətnaməni almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu barədə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin 20.05.2021-ci il tarixli 05/Q-924/75 nömrəli məktubundan müəyyən olunur ki, X3 ölüm faktının qeydə alınması mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Təcili və X4 Stansiyası tərəfindən verilmiş 06.05.2021-ci il tarixli, 0849 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, 163V saylı evə X3 adına çağırış daxil olmuş, 1961-ci il təvəllüdlü X3 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon, Xırdalan bələdiyyəsinin Mərasim Xidməti şöbəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli, 12 saylı arayışa əsasən müəyyən olunur ki, X5 06.05.2021-ci il tarixdə Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 5 saylı şəhər poliklinikasının 08.05.2020-ci il tarixli 1010 nömrəli məktubunda qeyd olunur ki, X5 06.05.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum şəxs əvvəllər Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə ölüm səbəbi aydın deyildir. Bu səbəbdən Ərizəçi X5 üçün ölüm haqqında Forma № 106 verilməsindən imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 15.01.1961-ci il təvəllüdlü X3 06.05.2021-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.01.1961-ci il təvəllüdlü X3 06.05.2021-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3831/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3831/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver