Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3853/2020 30.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs qismində 2001-ci il tarixdən təqaüd alması hüququnun təmin olunması, eyni zamanda ona qulluğa görə ərizəçiyə stajın hesablanması üçün həmin şəxsin göstərilən müddətdən öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olma faktını müəyyən edir. Həmçinin Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsəsən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinə əsasən şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində olması faktı deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsi nəzərdə tutulur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 2(004)-3853/2020 saylı mülki iş üzrə ərizəçinin öhdədə olma faktının müəyyən edilməsi tələbi onun özünün digər şəxslərin öhdəsində olması deyil, X1 onun öhdəsində olması faktının müəyyən edilməsi ilə bağlı tələbdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə hazırki məzmunda mülki məhkəmə qaydasında baxılmalı olmadığı üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Həmçinin məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, ərizə Ərizəçi tərəfindən imzalanmamış və ərizəçi qanunvericilklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizələrə görə müəyyən olunmuş 10 manat məbləğində dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər Ərizəçi rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3853/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3853/2020
30.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver