Məhkəmə qərarları › İş №2(004)-3868/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3868/2025

20.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3868/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış 10 iyun 2025-ci il tarixli MŞB/13/2025-00417 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi maraqlı şəxsə müraciəte edərək onun himayəsində olan qeyri-rəsmi, yəni faktiki nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş X1 onun himayəsinə verilməsini istəmişdir. Bu barədə razılığa gəlmək üün ərizə ilə Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 13 saylı mediasiya təşkilatına müraciət etmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatında 10 iyun 2025-ci il tarixli MŞB/13/2025-00471 saylı barışıq sazişi bağlamışlar. Həmin Sazişin 1-ci bəndinə əsasən övladı xx.xx.2008-ci il təvəllüdlü X2sı Maraqlı şəxs himayəsindən alınaraq, yetkinlik yaşına çatanadək onun himayəsinə verilməsi barədə və həmin sazişin 2-ci bəndinə əsasən almentin tutulmasını müəyyən edən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 2(004)-5894/2023 saylı qətnaməsinin icraatına xitam verilməsi barədə razılığa gəlmişlər. Hal-hazırda qeyd olunan sazişin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti vardır.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00471 nömrəli barışıq sazişinə əsasən:

1. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə övladları xx.xx.2008-ci il təvəllüdlü X1 2-ci tərəf Maraqlı şəxs himayəsindən alınaraq yetkinlik yaşına çatana qədər 1-ci tərəf Ərizəçi himayəsinə verilməsi barədə razılığa gəldilər.

2. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs 12 dekabr 2023-cü il tarixli, 2(004)-5894/2023 iş nömrəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə övladları xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması 1-ci tərəf Ərizəçi hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamənin icrasına xitam verilməsi barədə razılığa gəldilər.

7. Məhkəmə tərəflərin izahatını dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

13. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

14. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə övladları xx.xx.2008-ci il təvəllüdlü X1 2-ci tərəf Maraqlı şəxs himayəsindən alınaraq yetkinlik yaşına çatana qədər 1-ci tərəf Ərizəçi himayəsinə verilməsi barədə razılığa gəldilər.

2. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs 12 dekabr 2023-cü il tarixli, 2(004)-5894/2023 iş nömrəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə övladları xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması 1-ci tərəf Ərizəçi hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamənin icrasına xitam verilməsi barədə razılığa gəldilər. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar