Məhkəmə qərarları › İş №2(004)-3873/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3873/2024

19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3873/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” X7) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1979-cu il təvəllüdlü X1 26 may 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X6 2022-ci ilin əvvəllərində ağır xəstəliyə düçar olmuş və aparılan müalicələr effektli olmamışdır. Nəticədə o, 26 may 2024-cü ildə yaşadıqları ünvan 1 ünvanında axşam saatlarında dünyasını dəyişmişdir. Bundan sonra qohumlara bu barədə xəbər vermişdir. X6 xx.xx.2024-cü il tarixində Sumqayıt qəbiristanlığında dəfn edilmişdir. İlk günlər dəfn işləri ilə məşğul olduqlarından onun ölümü ilə bağlı sənədləri almaq üçün bir neçə gündən sonra aidiyyəti qurumlara müraciət etmişlər. Lakin onlara heç bir arayış verilməmişdir. Bu səbəbdən də 1 saylı Bakı “ASAN Xidmət” X7 ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması isə zəruridir. Bu sənəd gələcəkdə bir çox ortaya çıxacaq hüquqi məsələlərin həllində gərəkli olacaqdır. Ölüm haqqında şəhadətnamənin başqa şəkildə tərəfindən alınması isə qeyrimümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum həyat yoldaşı uzun sürən xərçəng xəstəliyindən sonra 26 may 2024-cü il tarixdə vəfat etmişdir. Başları dəfnə qarışdığından onun ölümü ilə bağlı sənədləri ala bilməmişdir. Mərhum həmin gü axşam saat 21:00-22:00 radələrində vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndə onun anası, bacısı, qardaşı, oğlu da evdə olmuşdur. Çünki artıq həyat yoldaşının vəziyyəti pisləşmişdi. Mərhum Sumqayıt qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Təcili və X8 Stansiyasının 5 saylı bölməsi tərəfindən təqdim edilmiş, 26 may 2024-cü il tarixli, 01377 nömrəli xəbərdarlıq vərəqəsinə əsasən xəstə - X2 yanına 26 may 2024-cü il tarixdə, saat 22:04-də gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, kişi cinsli meyit qeyd edilmişdir. İş materialalrında olan 1 saylı Bakı “ASAN Xidmət” X3 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə, ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan AA3489215 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, mərhumun bacısıdır. Qardaşı uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Qardaşı ölən zaman yanında olmuşlar. X13 gələn zaman qardaşı artıq vəfat etmişdi. Dəfnində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi bacısı, mərhum isə bacısının həyat yoldaşı olmuşdur. Mərhum uzun müddət xəstəlikdən əziyyət çəkmişdir. Həmin gün bacısı səhər ona zəng edib bildirmişdir ki, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirmişlər. Elə həmin gün axşama yaxın zəng edib vəziyyətinin lap agır olduğunu bildirmişdir. Zəngdən dərhal sonra bacısıgilə getmişdir. Uşaqlar stress yaşamasın deyə onları aparmaq istəmiş, lakin oğlu evdə qalmışdır. Bacısı qızını aparıb öz evlərinə qoyub təzədən bacısıgilə qayıtmışdır. Mərhum axşam radələrində vəfat etmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin həyat yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin əri xx.xx.1979-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar