Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3900/2020 25.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X1 vəfat etməsi faktının müəyyən eüdilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirir ki, qardaşı X4 xx xxxxxx 1950ci ildl Salyan rayonunda anadan olmuşdur. O, xx.xx.2020-ci il tarixdə özünəməxsus Yasamal rayonu-2, ev 7, mənzil 25 ünvanında vəfat etmişdir. Bildirir ki, qardaşı heç vaxt evli olmamış və və onun övladı yoxdur. O, iki gün ərzində zənglərə cavab verməmiş və qapını döysələrdə qapını açmamış, buna görə də çox narahat olmuşlar. xx.xx.2020-ci il tarixdə səhər saat 9-10 arası Fövqəladə Hallar Nazirliyinin, polisin, TTTY stansiyası əməkdaşlarının, qonşuların və qohumların iştirakı ilə evə daxil olmuşlar. Qardaşının vanna otağında üzü üstə koma vəziyətində olduğunu görmüşlər. bu barədə TTTY stansiyasının həkimi tərəfindən tibbi sənəd verilmişdir. Koma vəziyyətindən 2 saat sonra təxminən 14:00 radələrində rəhmətə getmiş və onlar yenidən TTY çağırmış və TTTY stansiyası onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verərək qardaşının ölümünü təsdiq etmişlər. Lakin onlara ərazi üzrə 39 saylı poliklinikadan qardaşının ölümü ilə bağlı şəhadətnamə verməkdən imtina edilmişdir. Səbəb kimi isə poliklinikada onun adına tibbi kartanın tapılmaması göstərilmişdir. Qardaşı Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. Bütün bunları nəzərə alaraq ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz izahatında bildirmişdir ki, o mərhumun bacısı oğludur. Mərhum ölməmişdən iki gün əvvəl ona zəng edib, lakin telefonu bağlı olub. Ayın 9-da evə gedərək qapısını döymüşlər, lakin qapını açmamışdır. Fövqəladə Hallar Nazirliyi, TTTY əməkdaşlarnı və polis çağıraraq onların köməyi ilə qapını açmışlar. Mərhum hamam otağında yerdə yıxılmış vəziyyətdə tapılmışdır. Həkim artıq koma vəziyyətində olduğunu və xəstəxanaya aparmağa ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 oğlu öz izahatında bildirmişdir ki, mərhumun bacısı oğludur. Onun ölümündən 1-2 gün qabaq onunla əlaqə saxlaya bilməmişlər. Ayın 9-u Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarını çağırmışlar. Ayın 9-u yaşadığı Yasamalda yerləşən ünvanda vəfat etmişdir. İş materiallarında olan Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, Yasamal rayonu, Yeni Yasamal 2, ev 7, mənzil 25 ünvanında 1950-ci il təvəllüdlü X1 həkimə qədər ölüm kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdə Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 39 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli 20 nömrəli məktubunda qeyd olunur ki, X4 39 saylı şəhər poliklinikasına heç bir zaman xəstəliklə bağlı müraciət etməmişdir və xəstəlikləri barədə heç bir tibbi sənədi yoxdur. Bu səbəbdən X2 ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1950-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3900/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3900/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver