Məhkəmə qərarları › İş №2(004)-3936/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3936/2023

28.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3936/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/2-2167/23 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs ilə faktiki olaraq xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəlüdlü Hüseyn, xx.xx.2011-ci il təvəlüdlü Əli və xx.xx.2011-cı il təvəlüdlü Xədicə adlı övladları olmuşdur. xx.xx.2018-ci ildə nikahları pozulmuşdur. Mediasiya mərhələsi zamanı tərəflər arasında razılıq eldə edilmiş və MŞB/2-2167/23 saylı, xx.xx.2023-cu il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən: “İkinci tərəf” ( Maraqlı şəxs ) Saziş imzalandıqdan sonra “Birinci tərəfə” ( Ərizəçi-na) xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün ilk ödənişi xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ayın 15 olmaqla, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat alimentin uşaqlar 18 yaşına çatanadək anaları Ərizəçi (təqdim etdiyi bank hesabına) ödənilməsini öhdəsinə götürür. Hazırki vəziyyətdə cavabdeh Maraqlı şəxs MŞB/2-2167/23 saylı, xx.xx.2023-cu il tarixli barışıq sazişinə əməl etmir, aliment öhtəliyini vaxtında icra etmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı 3 uşaqları olmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Bakı 2 saylı mediasiya təşkilatının mediatoru X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MSB/2-2167/23 saylı barışıq sazişindən görünür ki, tərəflər “İkinci tərəf’ (Maraqlı şəxs) Saziş imzalandıqdan sonra “Birinci tərəfə” (Ərizəçi) xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün ilk ödənişi xx.xx.2023cü il tarixdən başlayaraq, hər ayın 15 olmaqla, hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 660 manat alimentin uşaqlar 18 yaşına çatanadək, anaları Ərizəçi-na (təqdim etdiyi bank hesabına) ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/2-2167/23 saylı barışıq sazişinin təsdiq edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün ilk ödənişi xx.xx.2023cü il tarixdən başlayaraq, hər ayın 15 olmaqla, hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 660 manat alimentin uşaqlar 18 yaşına çatanadək, anaları Ərizəçi (təqdim etdiyi bank hesabına) ödənilməli və alimentin tutulmasının başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/2-2167/23 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün ilk ödənişi xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ayın 15 olmaqla, hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 660 manat alimentin uşaqlar 18 yaşına çatanadək, anaları Ərizəçi (təqdim etdiyi bank hesabına) ödənilsin və alimentin tutulmasının başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar