Məhkəmə qərarları › İş №2(004)-3940/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3940/2022

22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3940/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X15 oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X6 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasının Yasamal rayonu X1 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək həyat yoldaşı X6 15 yanvar 2015-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 bildirmişdir ki, X9 onun qayınatasıdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, qaynatası 2015-ci ildə, ürək tutmasından, 57 yaşında vəfat etmişdir. Sədərək yolunun üzərindəki qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, X9 onun atasıdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, atası 2015-ci ildə, ürək tutmasından, 57 yaşında vəfat etmişdir. Sədərək yolunun üzərindəki qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan İİ – ЖГ № 307381 seriya nömrəli nikhaın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X9 ilə X8 arasında xx.xx.1980-ci il tarixdə 10№-li akt qeydi ilə nikah bağlanmışdır. Arvada Rəsulova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər Təcili və X5 Stansiyası sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixdə 3-cü Xrebtovı 129/110 ünvanında 1958-ci il təvəllüdlü X6 vəfatı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 xx.xx.2015-ci ildə xəstəlik nəticəsində vəfat etməsi faktı üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri İH-nin Mənzil Kommunal Departamenti Əhaliyə Vətəndaşılq Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 54 saylı arayışdan görünür ki, X3 qapısı ümumşəhər qəbirstanlığında xx.xx.2015-ci il tarixində dəfn olunmuşdur. İş materiallarında olan 3 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X6 3 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə müraciəti qeydə alnmadığından və ölümün səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı Şəhər Maraqlı şəxs tərəfindən X4 ünvanlanmış xx.xx.2016-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, onun xx.xx.2016-cı il tarixdə X6 ölümünün qeydiyyata alınması barədə daxil olmuş ərizəsinə baxılmışdır. Ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişin təmin edilməsi mümkün olmamışdır və ona ölüm faktının müəyyən olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, X6 15 yanvar 2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, 1958-ci il təvəllüdlü X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi, iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 15 yanvar 2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar