Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3953/2020 15.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə və 39 saylı şəhər poliklinikasına qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə və 39 saylı şəhər poliklinikasına qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-cu ildə məhkəməyə müraciət edərək, onun anası - xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X2 onun doğma anasıdır. Anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt təcili yardım çağırılmış və Bakı şəhəri Təcili və X3 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verılmiş, xəbərdarlıq vərəqində həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunması göstərilmişdir. Mərhum anasını xx.xx.2020-ci ildə Lənkəran rayonu Yuxarı Nüvadi kəndindəki qəbristanlıqda dəfn etmişlər. Bu fakt Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 432 nömrəli arayışı, qəbrin fotoşəkilləri, 39 nömrəli poliklinikanın xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli imtina məktubları ilə öz təsdiqini tapır. Hazırda o, anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs və 39 saylı şəhər poliklinikasının səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə təkrar verilmiş AZ-İ seriyalı 991415 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X2 Ərizəçi doğma anasıdır. Bakı şəhəri Təcili və X3 Stansiyasının 4 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, 4 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimləri xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvana gəldikdə 1978-ci il təvəllüdlü X1 öldüyünü müəyyən etmişlər və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunduğunu qeyd etmişlər. 39 nömrəli şəhər poliklinikası xx.xx.2020-ci il tarixli 17 nömrəli məktubla Ərizəçi müraciətinə cavab olaraq bildirmişdir ki, X2 heç bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş, onun xəstəlikləri barədə heç bir tibbi sənədi yoxdur. Bu səbəbdən G.Səfərovaya ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli xx/xx-1426/15 nömrəli məktubu ilə anası X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 432 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2020-ci ildə Lənkəran rayonu Yuxarı Nüvadi kəndindəki qəbristanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş məzar daşının fotoşəkillərindən müəyyən edilir ki, X1 adına quraşdırılmış məzar daşında mərhumun adı, doğum və ölüm tarixi göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığagötürmənin, nikahın, boşanmanın, ölümünqeydedilməfaktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X2 Ərizəçi doğma anasıdır. X2 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda vəfat etmişdir. Mərhum G.Səfərova xx.xx.2020ci il tarixdə Lənkəran rayonu Yuxarı Nüvadi kəndindəki qəbristanlıqda dəfn olunmuş və məzar daşı qoyulmuşdur. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnəhəvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3953/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3953/2020
15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver