Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3958/2022 01.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 1954-cü il təvəllüdlü anası X3 25 may 2022-ci il tarixdə ölməsi faktının təsdiq edilməklə ölümü haqqında şəhadətnamənin verilməsinin maraqlı tərəf Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 10 sentyabr 1954-cü il təvəllüdlü anası X2 illər xəstəlikdən əziyyət çəkirdi. 25 may 2022-ci il tarixdə onun qəflətən səhhəti pisləşdi və təcili yardım çağırdılar. Həkim briqadası gəlincə anası F. Əskərova ölmüşdü. Anası xx.xx.2022-ci il tarixdə həmin gün Abşeron rayonunun Mehdiabad qəbristanlığında dəfn edildi. Anasının ölmündən sonra onun ölümü barədə sənəd almaq üçün poliklinikaya müraciət edəndə bildirmişlər ki, ölüm haqqında sənədi yalnız yaşadığı rayonun qeydiyyat şöbəsi verməlidir. O da, Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən ona 22 iyun 2022-ci il tarixli xx/xx-2274/09 nömrəli cavab məktubu ilə bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarına əsasən ölüm faktını təsdiq edən şəhadətnamə yalnız məhkəmə qətnaməsi əsasında qeydə alına bilər və ona görə də məhkəməyə müraciət etməlidir. Daha sonra, Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, bildirmişdir ki, 10 sentyabr 1954-cü il təvəllüdlü anası X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi anası ilə bağlı olan sənədləşmə işlərinin aparılması ilə bağlıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 10 sentyabr 1954-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx- 2274/09 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarında olan Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 58 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad ərazisindəki qəbiristanlığda dəfn edilmişdir. Bakı şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:20 dəqiqədə Mehdiabad qəsəbəsi, Məscid ünvanına çağırış olmuşdur. Çağırış yerinə gələn briqada ünvanda həkimə qədər ölmüş qadın cinsli meyit aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, mərhum onun qardaşının həyat yoldaşı olmuşdur. Mərhum xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, mərhum onun qonşusu olmuşdur. Mərhum xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin anası olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X1 qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin anası X3 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü ildə doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3958/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3958/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver