Məhkəmə qərarları › İş №2(004)-3959/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3959/2025

21.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3959/2025 21.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, X12 xx.xx.2025-ci il tarixdə yaşı və səhhəti ilə əlaqədar olaraq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki evində ev şəraitində vəfat etmişdir. Ölüm faktı xx.xx.2025-ci il tarixdə saat 12:31-də çağırışa gələn Təcili və X3 18 saylı bölməsinin həkimləri tərəfindən qeydə alınmışdır. Ərizəçi X20un əmisi qızıdır. Vaqif Fiqarov evli olmamış, uşaqları və valideynləri yoxdur, yeganə yaxın qohumu onun bacısı olan Sofya Fiqarova bir ay öncə, yəni xx.xx.2025-ci ildə vəfat etmişdir. X20 ayrı və tək yaşadığı üçün yaxın qohumları onun ölüm xəbərini gec almışdırlar. Mərhum bələdiyyə hesabına Yasamal qəbiristanlığında dəfn edilmişdir. Ölümlə bağlı sənədləşmə işləri aparılmamışdır. Sonradan vərəsəlik işi ilə bağlı məsələ ilə məşğul olarkən ərizəçi müəyyən etmişdir ki, ölüm şəhadətnaməsinin alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər ötürülmüşdür. Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin məktubla Qeydiyyat Şöbəsi məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını, şahidin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 02198635 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhər Voroşılov rayon qeydiyyat şöbəsinin ИЖ 014201 saylı, 18 iyul 1953-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 iyun 1953-cü ildə anadan olmuşdur. X21 Əliyeviç, anası X2. - “Bakı Şəhər Təcili və X8 Stansiyası” PHŞ Statistika Şöbəsinin 20 mart 2025-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən 71 yaşlı X7 ölümün ilkin səbəbi – həkimə qədər ölüm, kişi cinslı meyit-dir. Xəstənin yanına gəlmə saatı 12:31-dir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 “Bakı Baş Səhiyyə Mərkəzi” X22 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.1951-ci il təvəllüdlü X4 ölüm səbəbi məlum olmadığından “ölüm haqqında şəhadətnamə”nin verilməsi mümkün olmamışdır. - Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 27 fevral 2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 403565 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2025-ci il tarixdə beyin damarlarının digər dəqiqiləşdirilməmiş zədələnmələri səbəbindən Bakı şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 150 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin Abdullayeva Ərizəçi etibarnaməsiylə Vəkil ünvanlanmış 03 iyun 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 01 iyul 2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilib. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 24 iyun 2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, xx.xx.1953-cü il təvəllüdlü vətəndaş X7 ailə təkibi və qohumları haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı və övladalı haqqında hər hansı bir məlumat aşkar edilməmişdir. X16 Rüstəmoviçin 613 saylı xx.xx.1953-cü il tarixili doğum haqqında akt qeydi Səbail rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. X1 ailə tərkibi və qohumları haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və vətəndaş X10 xx.xx.1982-ci ildə vətəndaş X17 (xx.xx.1952) ilə 142 saylı nikah haqqında akt qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Həmin nikah xx.xx.1995-ci il 275 saylı akt qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində pozulmuşdur. Övladları haqqında hər hansı bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 20 iyun 2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, müraciətlə əlaqədar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Vaqif Fiqarovun doğumu, habelə Sofiya Fiqarovanın doğumu, ölümü, onun X13 nikahı və nikahının pozulması haqqında məlumatlar aşkar olunmuşdur. Bununla bağlı müvafiq akt qeydlərinin kserosurətləri təqdim olunmuşdur. Həmçinin bildirilmişdir ki, informasiya sistemində V.Fiqarovun nikahının, nikahının pozulmasının, ölümünün, habelə onun və S.Fiqarovanın övladlarının doğumunun qeydə alınmasına dair hər hansı məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 30 iyul 2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, xx.xx.1953-cü il təvəllüdlü X12 xx.xx.1953-cü il tarixli 613 saylı doğum akt qeydi Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir. - Fotoşəkildən müəyyən olunur ki, X9 aid məzar daşının üzərində xx.xx.1953xx.xx.2025-ci il tarixləri qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində bildirmişdir ki, anası Ərizəçi əmisi qızıdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vaqiflə yaxın əlaqəsi olmayıb. Bildiyi qədəri ilə xəstəliyi yox idi. Bacısı vəfat edəndən sonra daha da pisləşmişdi. O, dəfndə iştirak etmişdir. Vaqif ailə həyatı qurmamışdır. O, xx.xx.1953-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktını təsdiq edir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1953-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə və şahid ifadəsi ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar