Məhkəmə qərarları › İş №2(004)-3976/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3976/2025

20.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3976/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və nikahın pozulması” barədə ərizəsinə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏNETDİM: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və nikahın pozulması” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizədə ünvan 1 ünvanda yaşadığını qeyd etmiş, eyni zamanda “AZEMİS” elektron portal çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadadır. Eyni zamanda, ərizəçi tələbində nikahın pozulması barədə xahişini bildirsə də, həmin tələblə xüsusi icraat qaydasında müraciət etmişdir. Məhkəmə hesab edir ki, nikahın pozulması tələbinə xüsusi icraat qaydasında baxıla bilməz. Ərizəçinin həmin tələblə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, ərizə geri qaytarıldığından, həmçinin ərazi aidiyyəti üzrə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə Yasamal rayon Məhkəməsində baxılması mümkün olmadığından ərizəçi tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum ona geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, o, nikahın pozulması barədə iddia tələbi ilə iddia icraatı qaydasında iddiaçının seçimi əsasında məhkəməyə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı isə qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: Ərizəçinun Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və nikahın pozulması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o, nikahın pozulması barədə iddia tələbi ilə iddia icraatı qaydasında iddiaçının seçimi əsasında məhkəməyə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı isə qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. xx.xx.2025-ci il tarixli, 74551494 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar