Məhkəmə qərarları › İş №2(004)-3997/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3997/2023

22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3997/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 avqust 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş anası X2 xx.xx.2023-cü il tarixdə ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə mərhum anası təcili tibbi yardım vasitəsilə X5 TTY şöbəsinə gətirilmiş və qısa zaman daxilində vəfat etmişdir. Ölüm faktının təsdiq edilməsi barədə tibbi şəhadətnamənin ona təqdim edilməsindən imtina edilmişdir. Sonradan Maraqlı şəxsnə müraciət etmiş, lakin mübahisənin məhkəmə qaydasında həlli tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçi X3 ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı, 09749662 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 03 avqust 1957-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 “X8” X9 xx.xx.2023-cü il tarixli, PHŞ-6-2/2-R-479-42-272/2023 saylı məktubundan görünür ki, 03 avqust 1957-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il saat 22:40-da 8 saylı təcili tibbi yardım vasitəsi ilə X5 TTY şöbəsinə gətirilmiş, xx.xx.2023-cü il saat 23:00-da xəstədə bioloji ölüm qeydə alınmış, ölüm hadisəsi barədə Nəsimi rayon 20-ci Polis bölməsinə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu səbəbdən X8 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. “X8” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, 03 avqust 1957-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə saat 22:40-da təcili tibbi yardım şöbəsinə daxil olmuş və xx.xx.2023-cü il saat 12:00-da kəskin ürək-damar çatışmazlığı diaqnozu ilə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-16- 5/83163/15/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 03 avqust 1957-ci il tarixində Bakı şəhərində anadan olmuş X2 05 iyun 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, ərizəçi X1 ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 avqust 1957-ci il tarixində Bakı şəhərində anadan olmuş X2 05 iyun 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar