Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4004/2023 08.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum atası X1 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 və X2 ərizədə qeyd olunan xüsusatları təsdiq etməklə X1 01 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsini və Xızı rayonu Fındığan kənd qəbirstanlığında dəfn olunmasını məhkəmə bildirmişlər. İş materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 01 iyul 2023-cü il tarixdə X1 meyiti aşkar edilmişdir. İş materiallarında olan Xızı rayonu Xələnc-Fındığan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışdan görünür ki, X4 01 iyul 2023-cü il tarixdə Xızı rayonu Fındığan kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına X1 dəfn yerinin şəkilləri əlavə olunmuşdur. İş materiallarında olan Bakı Şəhər Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması mümkün deyildir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, X1 01 iyul 2023-cü il tarixdə Bakı şəhərində ölməsi öz təsdiqini tapır. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.1953-cü il təvəllüdlü X1 01 iyul 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X1 01 iyul 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4004/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4004/2023
08.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver