Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4050/2022 19.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, mərhum əri - xx.xx.1956-cı il təvəllüdlü X3 22 iyun 2022-ci il tarixdə “Xərçəng” xəstəliyi ilə əlaqədar yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hal-hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. Mərhum xx.xx.1956-cı il təvəllüdlü X6 onun əridir. Mərhum əri 22 iyun 2022-ci il tarixdə “Xərçəng” xəstəliyi ilə əlaqədar yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzildə vəfat etmiş, onu 23 iyun 2022-ci ildə qohum-qonşu və digər mərasim iştirakçılarının iştirakı ilə Qaradağ rayon Lökbatan qəsəbə qəbrstanlığında dəfn etmişlər. Lakin bugünə kimi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Belə ki, o, qısa müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poliklinikasına rəsmi müraciət etmiş, lakin onlar da şəhadətnamənin verilməsini ölümdən sonra təcili yardım çağırılmaması səbəbindən mümkünsüz hesab edərək məhkəməyə müraciət etməsini bildirmişlər. Bundan sonra mərhum əri X4 ölüm haqqında şəhadətnaməni almaq üçün qeydiyyatda olduğu ərazi üzrə Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Bütün bu səbəblərdən də o, mərhum əri X3 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün qeydiyyatda olduğu ərazi üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin edilməsini və ərixx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, mərhum xx.xx.1956-cı il təvəllüdlü X6 onun atasıdır. 22 iyun 2022-ci il tarixdə əziyyət çəkdiyi xəstəliyi ilə bağlı yaşadığı ünvan 1 yerləşən mənzildə vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, obyektiv və hərtərəfli baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi 15 oktyabr 1981-ci il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 114 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri TTTYS-nın 4 saylı Bölməsinin 22 iyun 2022-ci il tarixli 808 nömrəli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:21-də ünvan 1 ünvanına X6 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi T.Əliyev yerinə yetirmiş, həmin xəstəyə həkimə qədər ölüm diqanozu qoyulmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi dini icmasının 29 iyun 2022-ci il tarixli 29 saylı arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 rayonu ərazisində yerləşən Lökbatan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. - İcbari Tibbi Sığorta üzrə Agentliyi Tibbi Ərazi X2 Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 146 nömrəli məktubundan görünür ki, ölüm haqqında təsdiqləyici sənədin olmaması səbəbindən tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-2443/15 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının qeydə alınması mümkün deyildir və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin və şahidin izahatlarından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində faktiki yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və o, ölümündən sonra Qaradağ rayon Lökbatan qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Hazırda ərizəçi məhrum əri X3 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4050/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4050/2022
19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver